AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Bacımın cinsi azlıq olduğu mənə təsir edirdi”
24/10/2014 Yazdır
Xətaidəki qətli törədən Pərvanə Nuriyeva: “Bacımın cinsi azlıq olduğu mənə təsir edirdi”
 
Oktyabrın 22-də Bakıda bütün ölkəni sarsıdan bir olay baş verdi. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 “a” mənzil 39-da 20 yaşlı Günel Nuriyevanın başı kəsilmiş meyiti aşkarlandı. Sonradan məhkəmə tibb ekspertləri G.Nuriyevanın bədəni üzərində çoxsaylı bıçaq xəsarətləri də aşkarladılar. Bu qorxunc olaydan məlumat alan hər kəsi düşündürən bir sual vardı - musiqi məktəbinin tələbəsi olan qızı bu cür amansızlıqla kim qətlə yetirib?
 
İlkin versiya kimi tələbənin onu sevən oğlan tərəfindən öldürülməsi nəzərdən keçirilib. Mənzilə oğrunun girdiyi və tələbə qızla rastlaşaraq onu öldürmək qərarına gəldiyi versiyası da araşdırılıb.
 
İstintaqçılar ilkin olaraq G.Nuriyevanın təmasda olduğu şəxslərin əhatə dairəsini müəyyən etmək üçün telefonunu axtarıblar. Lakin telefon G.Nuriyevanın qan gölməçəsində aşkarlandığı mənzildə tapılmayıb.
 
Həmin dəqiqələrdə onun bacısı Pərvanə Nuriyeva da qanlı olayın baş verdiyi mənzilin qarşısına gələrək içəri daxil olmaq istəyib. Lakin mənzilin qarşısında olan polis əməkdaşları onu içəri buraxmayıblar. O, mənzilə polis çağırmış əkiz bacısı ilə istintaqçıların mənzildə zəruri istintaq hərəkətlərinin başa çatdırmasını gözləyiblər.
 
Nuriyevalar 3 bacıdırlar. Onların atası Etibar Nuriyev uzun illər “Aqrarsənaye” İstehsalat Birliyində çalışıb.
 
Şəki Sahibkarlıq Assosiasiyasının, Respublika Sahibkarlar Konfederasiyasının və Şəki bələdiyyəsinin üzvüdür. E.Nuriyevi tanıyanlar onun qızının belə bir qətl törətdiyinə inana bilmirlər. Maddi imkanları yaxşı olan E.Nuriyev hər 3 qızının əziyyət çəkmədən Bakıda təhsil almaları üçün qanlı olayın baş verdiyi ünvanda illər öncə mənzil alıb.
 
Bacılar dindirilərkən P.Nuriyevanın əkiz bacısı deyib ki, təhsil aldığı məktəbdən evə qayıdandan sonra mənzilin qapısını öz açarı ilə açaraq içəri daxil olub. Evin dağınıq və koridorda qan ləkələrinin olmasını görüncə qışqıraraq çölə qaçıb. Telefonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və gördüklərini danışıb. Həmin vaxt onun qışqırıq səsini eşidən binanın komendantı da Xətai Rayon Polis İdarəsinə zəng vurub. Əraziyə gələn polis mənzildəki yataq otağında Günel Nuriyevanın boğazı kəsilmiş meyitini aşkarlayıb. İstintaq-əməliyyat qrupu hadisə yerini müayinə edərək G.Nuriyevanın qatili ilə əlbəyaxa olması qənaətinə gəliblər.
 
Həmin dəqiqələrdə Pərvanə Nuriyeva mənzilə daxil olmağa can atıb. Lakin onun və əkiz bacısının psixoloji travma almaması üçün içəri buraxmayıblar. P.Nuriyevanın qeyri-adi davranışları əkiz bacıları ayrı-ayrılıqda dindirən istintaqçıların diqqətindən qaçmayıb. Mənzilin qarşısında dayanan polis əməkdaşları da əkizlərdən birinin reaksiyalarının adekvat olmadığını müşahidə ediblər və bunu istintaqçılara deyiblər. İstintaqçılar isə 19 yaşlı bir qızın belə amansız qətli törədəcəyinə, həm də öz doğma bacısına qarşı edəcəyinə inanmaq istəməyiblər. Amma hər ehtimala qarşı bu versiyanı da yoxlamağa qərar veriblər.
 
Bir neçə çarpaz dindirmə P.Nuriyevanın acı etirafını ortaya çıxarıb. O, doğma bacısını cinsi azlıq nümayəndəsi olmasından şübhələndiyinə görə öldürdüyünü deyib. Bildirib ki, evə digər qızları gətirməsinə etiraz edib və bu əməllərinə son qoymasını tələb edib. Lakin bacısı onun xəbərdarlığına məhəl qoymayıb. Hadisədən bir qədər əvvəl isə yenidən bacılar bu mövzuda söhbətə başlayıblar. Həmin vaxt divanda uzanan G.Nuriyeva bacısından onun işlərinə qarışmamasını tələb edib. Onun əlində bıçaq üstünə gəldiyini görüncə isə digər otağa qaçmaq istəyib. Həmin vaxt P.Nuriyeva bacısına qolundan, ardınca isə belindən bir neçə bıçaq xəsarəti yetirib. Sonradan isə çapaladığını görərək əl-qolunu bağlayıb.
 
G.Nuriyeva istintaqçılara bacısının boğazını necə kəsdiyini də danışıb. Deyib ki, bacısı ilə mənzildə süpürləşmə zamanı stolun üstündən düşərək sınan vazanın qırığını götürərək onun boğazını kəsib. Soyuqqanlı qatil bunu bacısının ölümünə əminlik üçün etdiyini də açıqlayıb. Bundan sonra qanlı paltarlarını soyunaraq paltaryuyan maşına qoyub və heç nə olmamış kimi mənzili tərk edib. Öldürdüyü bacısının telefonunu da götürərək sim-kartını da sındırıb.
 
“Bacımın hərəkətləri məndə şübhə yaradırdı. Normal hərəkətlər etmirdi. Hər gün evə qızlar gətirirdi. Onun cinsi azlıq olduğu mənə təsir edirdi. Bu səbəbdən də tez-tez mübahisəmiz düşürdü. Sonuncu dəfə özümü saxlaya bilmədim, öldürmək məcburiyyətində qaldım”, - deyə 19 yaşlı qız ifadəsində qanlı qətli törətdiyini etiraf edib.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amasızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./yenimusavat/
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft