AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 20 gün ac qalan icra başçısı kim olub?
28/08/2015 Yazdır

Torpaqlarımızın azadlığı uğrunda hər 6 -nəfərindən biri şəhid, hər 3-nəfərindən biri kəllə-beyin travması alan, 3 -nəfər Azərbaycanın "Milli Qəhrəmanı”, 4-nəfəri "Azərbaycan Bayrağı” ordeni, 2-nəfəri "Vətən Uğrunda” medalı ilə təltif olunan Laçın Polis Batalyonuna bütün döyüş vaxtı rəhbərlik edən hər birmizin fəxri Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimov sıradan olan bir icra başçısı deyil”.

Newsaze.com xəbər verir ki, bu sözləri Avrasiya.net-ə açıqlamasında "Laçın” Futbol Klubunun baş məşqçisi Abuzər Nadirov bildirib:

"O, böyuk vətənpərvər, əsil dövlət adamıdır və onunla göruş hər bir insanda böyük ruh və özünəinam yaradır. Onun rəhbərliyi altında Qarabağ müharibəsi zamanı Laçın Polis Batalyonu şərəfli bir döyüş yolu keçmiş peşəkar bir hərbi hissəyə çevrilərək düşmənə ağir zərbələr endirib. Laçının işğalından sonra Kəlbəcər istiqamətindən Laçın ərazisinə daxil olan polis batalyonu rayonun böyuk bir hissəsini duşməndən azad etdi.

Uğurlu Hoçazdağ əməliyyatı keçirərək, yüksəkliyi duşməndən azad etdi və bu ərazilərə nəzarəti ələ keçirdi. Bu isə birbaşa Akif müəllimin peşəkarlığı və rəhbərlik etdiyi batalyonda yaratdığı nizam-intizam ilə əlaqədar olmaqla yanaşı, öz əsgərləri ilə bir dost və doğma insan kimi davranması idi. Müstəqilliyimizin ilk dövrləri ölkəmizdə baş verən məlum hadisələrdə Akif muəllimin rəhbərlik etdiyi Laçın Polis Batalyonu daima dövlətimizin və dövlətçiliyimizin yaninda olmuş, öz peşə fəaliyyətlərini şərəflə icra ediblər”.

Abuzər Nadirov Akif Səlimovun ölkəmiz üçün göstərdiyi xidmətlərin ölkə rəhbərinin də diqqətindən kənarda qalmadığını və onu Laçın Rayon İcra Hakimyətinin başçısı təyin edilməsini buna misal olduğunu bildirib: "Akif muəllimin fəaliyyəti zamanı onun qaldırdığı məsələlər tək Laçın rayonu üçün deyil, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edib. Xüsusilə işğal rayonundan olan gənclərin hərbi məktəblərə yönləndirilməsi "Hər ailədən bir zabit” deviziylə çıxışı bu gün bəhrəsini verməkdə davam edir.

Misal olaraq qeyd edim ki, mənim qohumum Murad Abbasov bu çağırışa qoşularaq, bu il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Bu gənc hərbçilər gələcəyin generalları, böyük qələbənin möhkəm bünövrəsidirlər. Rayonumuzda apardığı fədəkar işlər üçün Akif muəllimə dərin minnətdarlığımı bildirirəm. İnşallah torpaqlarımızın azadlığı üçün Ali Baş komandanın əmri ilə başlanılacaq müqəddəs yolda hər birimiz təcrübəli komandirin yanında olacağıq”.

Baş məşqçi Akif Səlimov haqqında bəzi qərəzli yazılar yazanlara komandirin döyüş yoldaşı Şumşad Nadirovun A.Səlimovun haqqındakı fikrini oxumaği məsləhət görür: "… On beş gündən çox idi ki, yol bağlanmışdı. Mən Akif müəllim və bir neçə döyüş yoldaşımla Pircan kəndində qurduğumuz qərargahda idik və ərzaq tükənmək üzrə idi. Demək olar ki, ac idik. İyirmi gün çörək dilimizə dəymədi və təbiətdən tapdıqlarımızla qıdalanırdıq.

Ancaq qəlbimizdəki vətən sevgisi və qələbə əzmi ən yüksük mərhələdə idi. Bu ruhu bizdə yaradan, bizimlə birgə hər an bir yerdə olan 20 gün çörək dilinə dəyməyən cənab polkovnik Akif Səimov idi”, – deyə Qarabağ döyüşçüsü xatirələrindən yazıb. Onu da qeyd edək ki, təqdim etdiyimiz bu foto 1993-cu il Horadiz əməliyyatı öncəsi Ulu Öndər Heydər Əliyevin apardığı hərbi müşavirədən sonra Daxili Qoşunların Komandanı general-mayor Ramiz Məmmədov, qərargah rəisi polkovnik Zahid Teymurov və birləşmiş polis qüvvələrinin komandiri polkovnik Akif Səlimov hücum əməliyyatını müzakirə edərkən çəkilib.

Bu fotofakt onu deməyə əsas verir ki, bu gün A.Səlimovu yerli mediada tənqid edənlər, ona şər-böhtan atanlar icra başçısının döyüş yoluna nəzər yetirməlidirlər. Bu insanlar hələ də anlamırlar ki, Qarabağ düşmən tapdağı altındadır və bu səbəbdən hər bir insan prezidentin, onun yerlərə təyin etdiyi icra başçılarının ətrafında sıx birləşərək, mənfur ermənilərə qarşı bütün cəbhələrdə döyüşməlidirlər. Bu insanlar hələ də anlaya bilmirlər ki, döyüşlərdə can qoymuş oğulların dəstəkçisi olmaq, onlara yardımçı olmaq lazımdır.

Xüsusən də belə birisi icra başçısıdırsa, həmin dəstək ikiqat olmalıdır. Çünki Qarabağ döyüşlərinin alvolarından çıxmış belə icra başçıları heç bir zaman elinə, obasına xor baxa bilməz. Əksinə, o, doğma torpaqlarının üzərində yaşayan hər bir insanın yardımçısı olmağa, onların problemlərinin həll edilməsinə çalışar.

Laçının icra başçısı Akif Səlimov bir icra başçısı kimi yox, bir insan, bir laçınlı kimi, ən maksimal halda həmyerlilərinin yanında olub, onlara dəstək verir. O, Prezidentin səlahiyyətli nümayəndəsi kimi, dövlətin ayırdığı vəsaitlərin hesabına mümkün qədər laçınlıların dərdlərini sarımağa çalışır. Bu şəxs özünü təkcə icra başçısı yox, həm də bu elin oğlu hesab edir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft