AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Daha iki türk millət vəkili İranın təhsil nazirinə etiraz bildirib  •   “Qarabağ” II təsnifat mərhələsində   •   Təbrizin 3 millət vəkilindən Təhsil nazirinə etiraz  •   Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi: Dənizə girişi bağlayanlar KİMLƏRDİR?  •   Azərbaycan-İtaliya sənədləri imzalanıb  •   Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var  •   “Biz dilimizi və Azərbaycanı sevirik”  •   Mərhum Həsən Dəmirçinin İstanbulda anım mərasimi keçiriləcək  •   Rəsmi açıqlama: Gəncədəki iğtişaşda 2 polis zabiti həlak oldu  •   Bütün Amerika 14 yaşlı azərbaycanlı Selcan haqda danışır  •   Dünyanın ən güclü pasportları - Azərbaycanın siyahıdakı yeri...  •   Güney Azərbaycanın öyrənci dərnək və qurumları milli-mədəni fəalların kütləvi saxlanması ilə bağlı birgə Bəyanat yayıb  •   Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub  •   Soydaşlarımız Savalan zirvəsində Azərbaycan marşı və şeirlər səsləndiriblər – Video  •   “35 manatlıq kəlağayı Bakıda 100 manata satılır”   •   Prezident: Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir  •   Döyülərək işgəncə edilən azərbaycanlı fəal Qulam Quluzadənin harada saxlandığı bilinmir  •   Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb  •   Kəmaləddin Heydərovdan Etibar Pirverdiyevə ağır İTTİHAMLAR...  •   Xaçmazda gəlin qaynı tərəfindən bıçaqlandı  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 26 iyunda hərbi parad keçirilə bilər
13/03/2018 Yazdır

Qarşıdan Azərbaycan üçün çox önəmli olan tarixi hadisələrin ildönümləri gəlir. Bunlardan mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-da isə ordumuzun yaranmasının 100 illiyini xüsusi qeyd etmək olar.

Hər iki mühüm ildönümü ərəfəsində Azərbaycanın hərbi parad keçirə biləcəyi yönündə fikirlər meydana çıxıb.  Belə bir paradın təşkil olunacağı ehtimalı da yüksək dəyərləndirilir. Arqument kimi isə ordumuzun yaranmasının 90 və 95 illərində hərbi paradın keçirildiyi göstərilir.

Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ilə bağlı hərbi parad keçirilə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycanın dövlət quruculuğunun və müstəqilliyinin 100 illiyi əlamətdar hadisədir:

“Bu, bir tərəfdən Şərq aləmində bir millətin iradəsinin ən yüksək zirvəsinin qeyd olunmasıdır. Digər tərəfdən isə hazırki dünya reallığında müxtəlif təhlükəli proseslərin getdiyini görməkdəyik. Bu da ondan ibarətdir ki, xalqlar, mədəniyyətlər, sivilizasiyalar toqquşdurulur. Burada bir millətin həyat mübarizəsi, ayaq üstə qalması, milli məfkurəsi ön plana çıxır. Avropa məkanında nə qədər sabitliyi görsək də, yerdə qalan qitələrə sanki dövlətləri dağıtmaq prosesini ixrac edirlər. Belə olan təqdirdə bizim milli amallar ətrafında birləşməyimiz xüsusi önəm daşıyır.

Hər kəsə bəllidir ki, Azərbaycan 100 il əvvəl dövlətini quranda da, indi də ordu bütün başqa güclərdən önə çıxıb. Yəni hanısısa bir dövlətin başqa sahələrdə nailiyyətləri, fəlsəfəsi çox ola bilər. Amma əlində silah tuta bilən əsgəri, peşəkar zabitləri formalaşa bilmirsə, bir millət özünü qorumağa qadir ola bilmir”.

Deputat qeyd edib ki, müxtəlif illər ərzində, xüsusilə də sovet dövründə Azərbaycan insanlarını kütləvi olaraq müxtəlif inşaat batalyonlarına göndərməklə onların peşəkarlıq keyfiyyətlərinin formalaşmasına zərbə vurublar.

“Bu, mərkəzdən yönləndirilən bir siyasət olub. Bunun nəticəsində də biz 1990-cı illərin Qarabağ savaşında  qəfil bir müharibə ilə yaxalandıq və nizami ordu birləşmələrinin formalaşması qeyri-mümkün oldu. Əksinə, əlinə silah götürənlər bir-biriləri ilə münasibətlərini aydınlaşdırmağa çalışdılar. Bizdə yaranan xiyabanlar, orada uyuyan şəhidlərimizin bir hissəsi real döyüş əməliyyatlarından peşəkarlıqla keçə bilmədilər. Pərakəndə dəstələr içərisində onlar qurban getdilər.

Biz hələ məsələnin siyasi tərəfini demirik ki, o zaman hakimiyyətlər əllərində olan ordu qüvvələrindən necə istifadə etdilər. Çox təəssüflər olsun ki, bu, mənfi miras kimi qalıb. Amma artıq Azərbaycan Ordusu formalaşıb. Və biz deyirik ki, Cümhuriyyət dövründə qurullmuş silahlı qüvvələrin varisidir. İndi isə artıq prezident İlham Əliyev bütün siyasi həyatında silahlı qüvvələrə istinad edir, onlara güvənir, beynəlxalq aləmdə ölkəmizin gücünü artırmaq üçün maksimum dərəcədə yararlanmağa çalışır”.

Zahid Oruc hesab edir ki, Azərbaycanda dövlət müstəqilliyinin qeyd olunması tədbirləri sırasında 28 May daha əlamətdar tədbirlərlə yadda qalacaqsa, 26 İyunda isə hərbi paradın keçirilməsi yerində olardı.

“Deyirdilər ki, qeyri-demokratik dövlətlərdə belə tədbirləri keçirirlər. Artıq ABŞ prezidenti Donal Tramp tərəfindən də bəyanatlar verilib ki, onlar da bu istiqamətdə addımlar atacaqlar. Gücün nümayişi baxımından bu çox əhəmiyyətlidir. Ona görə də ölkəmizin, iqtisadi, ictimai, siyasi həyatında ən son birləşdiyi nöqtə hərbi qüvvələrdir. Keçirilən parad cəmiyyətə yaxşı mesaj verir, nikbinlik yaradır, güvənc doğurur. Qarşı cinah isə bunu təhlükə kimi qarşılayır.

Onu da qeyd edim ki, Azərbaycanda keçirilən ötən hərbi paraddan da müəyyən bir dövr keçib. Biz 26 İyunda Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Ona görə də mən parlament üzvü kimi bu təşəbbüslə çıxış edirəm ki, bu tarixdə hərbi paradın keçirilməsi, mühüm, siyasi, təhlükəsizlik və ictimai məna daşıyır. Mən bu məsələni növbəti iclasda parlament müstəvisində də qaldıracam”.


+ Benzer Haberler
» Daha iki türk millət vəkili İranın təhsil nazirinə etiraz bildirib
» Təbrizin 3 millət vəkilindən Təhsil nazirinə etiraz
» Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi: Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
» Azərbaycan-İtaliya sənədləri imzalanıb
» Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var
» “Biz dilimizi və Azərbaycanı sevirik”
» Mərhum Həsən Dəmirçinin İstanbulda anım mərasimi keçiriləcək
» Rəsmi açıqlama: Gəncədəki iğtişaşda 2 polis zabiti həlak oldu
» Bütün Amerika 14 yaşlı azərbaycanlı Selcan haqda danışır
» Dünyanın ən güclü pasportları - Azərbaycanın siyahıdakı yeri...
» Güney Azərbaycanın öyrənci dərnək və qurumları milli-mədəni fəalların kütləvi saxlanması ilə bağlı birgə Bəyanat yayıb
» Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
» Soydaşlarımız Savalan zirvəsində Azərbaycan marşı və şeirlər səsləndiriblər – Video
» Prezident: Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalı, bu böyük sosial bəlanın kökü kəsilməlidir
» Döyülərək işgəncə edilən azərbaycanlı fəal Qulam Quluzadənin harada saxlandığı bilinmir
» Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb
» Kəmaləddin Heydərovdan Etibar Pirverdiyevə ağır İTTİHAMLAR...
» Xaçmazda gəlin qaynı tərəfindən bıçaqlandı
» İlham Əliyev enerji qəzasına görə günakarların cəzalandırılmasını İSTƏDİ
» Dr. Jalə Təbrizi Güney Azərbaycanda saxlanılan fəallar haqda BMT-yə raport təqdim edəcəyini bildirib


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (9)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9828
 GBP :  2.2148
 TRY :  0.3529
 EUR/USD :  1.1664
YAZARLAR
İbrahim NƏBİOĞLU
YARIMÇIQ VƏ NATAMAMIN GÖZƏLLİYİ
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft