AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : "Bəşəriyyətin Türk-İslam irliyinə, ədalətinə ehtiyacı var"  •   Bakıda yanğın - 2 nəfər öldü  •   Avropa Parlamentində İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edilib  •   “Traxtur” tərəfdarları təhqir edildi  •   Azərbaycanda Yel çərşənbəsi qeyd olunur   •   Ankarada Azərbaycanın qəhrəman qadınlarına həsr olunan elmi seminar keçirilib  •   Rəsmi Bakı Ermənistanın baş “çekist”inə cavab verdi  •   Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 27 il keçir  •   Separatçı Fəxrəddin Abbasov Azərbayacana gətirilməyib   •   Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF   •   İran rəsmilərinin Xocalı soyqrımından bir gün sonra Paşinyanla keçirdikləri görüşlər etirazlara səbəb olub  •   Yaxın günlərdə Azərbaycana qızılca xəstəliyinə görə vaksinlər gətiriləcək  •   “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama - “Traxtur” tərəfdarları etiraza hazırlaşır  •   “Xocalı soyqırımı erməni şovinizminin mahiyyətini göstərən təkzibolunmaz tarixi gerçəklikdir” - BƏYANAT  •   Urmiyə Universitetində divarla şüarlar yazılıb: “Abbas Lisanini azad edin”  •   Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan MƏNZƏRƏ   •   Atəşkəs 22 dəfə pozulub  •   Marağa Universitetinin öyrənciləri türk dili və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib  •   Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında görüş keçirilib  •   Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
17/02/2019 Yazdır

Bu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür. 

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, bir nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi.

Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırılıb. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil./modern.az/


+ Benzer Haberler
» "Bəşəriyyətin Türk-İslam irliyinə, ədalətinə ehtiyacı var"
» Bakıda yanğın - 2 nəfər öldü
» Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
» Ankarada Azərbaycanın qəhrəman qadınlarına həsr olunan elmi seminar keçirilib
» Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 27 il keçir
» Separatçı Fəxrəddin Abbasov Azərbayacana gətirilməyib
» Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF
» İran rəsmilərinin Xocalı soyqrımından bir gün sonra Paşinyanla keçirdikləri görüşlər etirazlara səbəb olub
» Yaxın günlərdə Azərbaycana qızılca xəstəliyinə görə vaksinlər gətiriləcək
» “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama - “Traxtur” tərəfdarları etiraza hazırlaşır
» “Xocalı soyqırımı erməni şovinizminin mahiyyətini göstərən təkzibolunmaz tarixi gerçəklikdir” - BƏYANAT
» Urmiyə Universitetində divarla şüarlar yazılıb: “Abbas Lisanini azad edin”
» Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan MƏNZƏRƏ
» Atəşkəs 22 dəfə pozulub
» Marağa Universitetinin öyrənciləri türk dili və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib
» Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında görüş keçirilib
» Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
» İmtahanların vaxtı dəyişdi
» Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - FAKTLAR
» Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9288
 GBP :  2.2567
 TRY :  0.311
 EUR/USD :  1.1346
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
27. Yılında Hocalı Soykırımı: Nedenler ve Sonuçlar
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft