AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Əhməd Obalı: ABŞ-ın İranda etnik azlıqların haqları məsələsinə diqqəti artırmasını istəyirik - Video
31/10/2016 Yazdır

Birləşmiş Ştatlarda yaşayan İran azərbaycanlıları prezident seçkilərinin gedişini diqqətlə izləyir. Seçki kampaniyasının mövzularından biri ABŞ və İran arasında 2015-ci ildə əldə edilmiş nüvə razılığı ilə bağlıdır. Razılıq hər iki ölkədə müsbət addım kimi qiymətləndirilsə də, müşahidəçilər bunun İranın daxilində siyasi ab-havaya az təsiri olacağını bildirir. Tehranın xüsusilə də ölkədə etnik azlıqlarla bağlı siyasəti narahatlıq doğuran məsələlərdən biridir.

Çikaqoda Günaz televiziyasının təsisçisi Əhməd Obalı “Amerika icmalı” proqramında güney azərbaycanlıların gözləntiləri və ABŞ-ın İranla bağlı siyasətindən danışıb.

Əhməd Obalı bildirib ki, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanmasından sonra Güney Azərbaycanda ölkədə yaranmış yeni siyasi şəraitdə İran hökumətinin daxili problemlərə daha artıq diqqət verə biləcəyi ilə bağlı müəyyən gözləntilər var idi.

“Amerikada gedən proseslərə də o baxımdan çox diqqət olunur ki, Amerikada gedən proseslər İranın daxilində, özəlliklə də iqtisadi duruma nə qədər təsir edə biləcək, siyasi durumun stabilləşməsinə, insan haqlarının daha az pozulmasına nə qədər təsir edə biləcək. Bu baxımdan daha çox diqqət verilir.”

Əhməd Obalı prezident Obama administrasiyasının yüksək səviyyəli nümayəndələri, o cümlədən prezident administrasiyasının rəhbəri olmuş hazırda Çikaqo şəhərinin meri Ram Emanuellə Güney Azərbaycanında durumla bağlı söhbətlər edib.

O, administrasiyanın İranda insan haqlarının pozuntuları və etnik azlıqların durumu ilə bağlı siyasətində son illər əhəmiyyətli dəyişikliklərin olmadığını qeyd edib.

“Dünyanın hər yerində olduğu kimi, insan haqları məsələsi dövlətlər arasında birinci məsələdir ki, milli mənafe baxımından ikinci, ya da üçüncü, dördüncü mərhələyə qoyulur və Amerikanın da İranla əlaqələrinin bir qədər genişlənməsi və ya buzların bir az əriməsi hansı tərəfdən baxsaq, insan haqlarına o qədər də xeyir yox, bəlkə də bir az da insan haqları məsələsini kölgədə saxlayıb.

Prezident Obama hakimiyyəti iş başına gələndən bu yana İranla əlaqələri normallaşdırmaq üçün mümkün qədər İran dövlətini daha az, özəlliklə də bu son illərdə danışırıq, daha az sıxışdırmağa və yaxud daha az tənqid etməyə çalışıb. Bu mənada insan haqları, o cümlədən, etnik məsələlər bir az daha ikinci, üçüncü mərhələyə buraxılıb.”

Əhməd Obalı ABŞ-ın növbəti administrasiyasından gözləntilərindən danışıb. “Növbəti administrasiyanın İranla anlaşmanın daha dəqiqliklə icrasına diqqət etməyini arzu edərdik. Güney azərbaycanlılar anlaşmadan sonra İran dövlətinin daxildəki problemlərə daha çox diqqət edəcəyi ümidilə bu anlaşmaya dəstək veriblər.

Ümumiyyətlə, İranda yaşayan bütün xalqlar Amerikanın İranla ixtilaflarının və ya ziddiyyətlərin əleyhinə idilər və hələ də əleyhinədirlər. Amma bu dərinləşməni getdikcə yumşaltmaq, ya da azaltmaq o mənada olmamalıdır ki, İranda xalqların hüquqları pozulsun, bütövlükdə pozulsun, özəlliklə də etniklərin. İran cəmiyyətinin böyük əksəriyyəti etniklərdən ibarətdir və etniklərin də hüquqları demək olar ki tamamən pozulmaqda davam edir.

Bu günlər Chicago Magazine jurnalında Əhməd Obalı və onun təsis etdiyi Günaz televiziyasının fəaliyyəti haqda geniş məqalə dərc edilib. Əhməd Obalı Günaz televiziyasının missiyasının dəyişməz olaraq qaldığını deyib.

“Biz televiziyanı açdığımız gündən missiyamız çox aydındır və missiyamız da millətin oyanmasından ibarətdir. Biz inanırıq ki, bir televiziya ilə dövlət dəyişikliyi və ya xalqın taleyini yüzdə yüz dəyişdirmək olmaz. Amma televiziya ilə millətin oyanmasında, xalqın öz hququ ilə tanış olmasına və öz hüququnu müdafiə etməsini öyrənməsinə yardımçı olmaq olur.

Bu baxımdan Günaz TV öz fəaliyyətinə davam edəcək. Biz getdikcə şüardan şüura daha çox önəm veririk, yəni şüar verməkdən, populist çıxışlarından daha çox biz çalışırıq ki, millətimiz hüquqlarını olduğu kimi, dünyada qəbul olunduğu kimi öyrənsin və inanırıq ki, millət öz hüququnu öyrənəndən sonra, bildikdən sonra, millət hüququnu müdafiə etməyi öyrəndikdən sonra öz hüququnu bərpa etməkdə əzmi ilə, iradəsi ilə müvəffəq olacaq.
 
Bu ümidlə verilişlərimiz davam edir. Nə qədər bu verilişlərimiz davam edəcək bilmirik. Amma çox çətinliklə verilişlərimizə hələ də davam edirik. Təbii ki həmvətənlərimizin köməyi olmasa, mənəvi, maddi, müxbirliklə bizə yardımları olmasa biz bu işimizə davam edə bilməyəcəyik. Amma ümidimiz budur ki, hələlik davam edək.”
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft