AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Bakı Təhsil İdarəsində Türkiyə nümayəndə heyəti ilə görüş   •   Məmmədyarov Moskva görüşünün detallarını açıqladı: “Biz belə bir razılığa gəldik ki,...”  •   Komitə sədri: Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır  •   Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib  •   “Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”  •   Azərbaycanda zəlzələ oldu  •   Rusiya və Türkiyənin bir-birindən şübhəsi təbiidir, çünki...  •   Paşinyan: “Cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamalıyıq”  •   Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub  •   Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil  •   Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir  •   Amnesty İnternational: “İranda edam hökmləri ədalətsiz məhkəmə qərarları əsasında icra edilir”  •   Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq  •   Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb  •   İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq  •   Beynəlxalq İşçi Qrup: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər  •   Ərəb turistlər Azərbaycandan niyə "küsdü"? - Açıqlama  •   Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib  •   Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsəri haqqında kitab nəşr olunub   •   Azərbaycanlı çempion qazandığı medalları selə məruz qalan türkmənlərə bağışlayıb  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var
28/11/2018 Yazdır

Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan müəllimlərinin XV qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır: "Təhsil Nazirliyinin apardığı islahatlar neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Təhsil sahəsi üzrə qarşıda dayanan vəzifələr çoxdur. Bu sahədə daha ciddi addımların atılmasına ehtiyac var".

Ə.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır: "Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq".

Baş nazirin müavini hesab edir ki, Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir: "Zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur. İnsanı valideynləri ilə yanaşı, həyata hazırlayan ikinci şəxs müəllimdir. Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında xüsusi rol oynayırlar.

Azərbaycan müəllimləri bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Azərbaycanda təhsilin inkişafı əsas prioritetlərdəndir, bu sahədə inkişafa nail olmaq üçün əzəmətli işlər görülüb. Dövlətin təhsilə göstərdiyi diqqət yalnız statistik göstəricilərdə öz əksini tapmır. Bu gün müəllimlərin həyat səviyyəsinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir".

Ə.Əhmədov bildirib ki, dövlətin siyasəti və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymət verilməsi başlıca xətt təşkil edir. Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb: "Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabətqabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabətdə təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran dövlətlər qalib çıxacaq. Təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabətqabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir. Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir".

O vurğulayıb ki, yüksək təhsilə, biliklərə malik insanlar lazımi təhsil səviyyəsi olmayan işçilərdən 3 dəfə çox əməkhaqqı alırlar: "Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir".

Baş nazirin müavini deyib ki, məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir:

"Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsi vacibdir. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci tərəfdən də təhsilə qoyulan vəsaitin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik".


+ Benzer Haberler
» Bakı Təhsil İdarəsində Türkiyə nümayəndə heyəti ilə görüş
» Komitə sədri: Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır
» Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
» “Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”
» Azərbaycanda zəlzələ oldu
» Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub
» Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil
» Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir
» Amnesty İnternational: “İranda edam hökmləri ədalətsiz məhkəmə qərarları əsasında icra edilir”
» Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq
» Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb
» Beynəlxalq İşçi Qrup: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər
» Ərəb turistlər Azərbaycandan niyə "küsdü"? - Açıqlama
» Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib
» Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsəri haqqında kitab nəşr olunub
» Üç azyaşlı uşaqla Miçiqan Universitetində təhsil alan azərbaycanlı xanım
» “Tabora xəbər yayıldı ki, bir zabit bölüyünə əsgər seçməyə gəlib” - Raquf Orucov haqda XATİRƏLƏR
» Kəlbəcərsiz 26 il...
» Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistanın müdafiə naziri ABŞ-da pul dilənir”
» Azərbaycanda övladlığa götürülən uşaqların SAYI açıqlandı - Daha çox oğlanlardır


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9105
 GBP :  2.2102
 TRY :  0.2917
 EUR/USD :  1.1238
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
27. Yılında Hocalı Soykırımı: Nedenler ve Sonuçlar
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft