AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Paşinyan baş nazir postuna namizəd olmayacaq  •   Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub  •   17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   •   “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib  •   Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”  •   Ərdəbildə azərbaycanlı fəal Muctaba Pərvin saxlanılıb  •   Urmiya zindanında aralarında Zeynəb Sekavəndin də olduğu daha 3 nəfər edam edilib  •   Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı  •   Suriya ermənilərinin Laçına köçürülməsi davam edir  •   Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib  •   Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub  •   Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur  •   Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var  •   XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı  •   Təbrizdə quraşdırılan “fars” dili kitabı lövhəsi “riyaziyyat”la dəyişdirildi  •   Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub  •   Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb  •   Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı - Video  •   Qarabağ həqiqətləri 13 dildə dünyaya yayılır   •   Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ərdoğan-Putin görüşü: Həll olunmayan məsələlər...
14/11/2017 Yazdır

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü əhəmiyyətli adlandırmaq çətindir. Çünki Ərdoğan beynində tutduğu məsələlərin həllində Putindən razılıq almadı.

İki prezident mətbuat konfransında iqtisadi və ticarət əməkdaşlığının uğurla inkişafından, regional layihələrdən danışdılar. Ancaq iki ölkə arasındakı bu məsələlər əvvəldən də yoluna qoyulub və bunun üçün ayda iki dəfə görüşməyə ehtiyac yoxdur, işlər öz axarıyla davam edir, “türk axını” Qara dənizinin dibinə döşənir və qrafiki qabaqlayır, Rusiya Türkiyədə atom elektrik stansiyasının tikintinə hazırlaşır, Rusiya bazarı Türkiyə pomidorları üçün açılıb və s.

Məsələ burasındadır ki, Ərdoğan Putinlə bu dəfə tamam fərqli mövzuları müzakirə etmək istəyirdi.

Birincisi, Türkiyə Cumhurbaşqanı hələ bir həftə əvvəl demişdi ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək istəyir. Ərdoğan önəmli cümləsini əlavə etməyi də unutmamışdı: “Putin istəsə münaqişə qısa müddətdə həll oluna bilər”. Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir.

Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq keçirdikləri mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək razılıq yoxdur.

İkincisi, Ərdoğan türkmən qazının Xəzərin dibi ilə Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə daşınmasını istəyir. Bu məsələdə də əsas söz sahibi Putindir. Çünki məhz Kreml ekologiya bəhanəsiylə Xəzərin dibi ilə qaz boru xəttinin çəkilişinin əleyhinədir və Aşqabadla Bakı buna etiraz edə bilmirlər. Ərdoğan bu problemin həllində də Putindən dəstək ala bilmədi.

Üçüncüsü, Ərdoğan Türkiyə-Rusiya iqtisadi əlaqələrinin tam bərpasına nail olmasına baxmayaraq, Moskvanın Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə nail ola bilmədi. Bu da Rusiyada çalışan türkiyəli işadamları üçün bəlli çətinliklər yaradır. Putin bu məsələnin həllini də sonraya saxladı.

Görünür, bu yolla Putin Ərdoğana başa salmaq istəyir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını qısa müddətdə unudub bütün məsələləri yoluna qoymayacaq. Nə olsun ki, Ərdoğan vurulan təyyarəyə görə üzr istədi? Putin məşhur rus yazıçısı Fyodr Dostoyevskinin əsərində olduğu kimi “cinayətin cəzasız qalmadığı” fikrini Ərdoğana aşılamaq istəyir.

Dördüncüsü, Ərdoğan Soçiyə yollanmadan əvvəl yumşaq şəkildə belə bir ifadə işlətmişdi ki, Rusiya və ABŞ silahlı birləşmələri Suriyanı tərk etməli və bazalarını ləğv etməlidirlər.

Görünür, Ərdoğan bu açıqlama ilə Putinlə görüş ərəfəsində Kreml sahibinin nəbzini yoxlamaq istəyib. Nəbzini yoxladı, nəbzdə heç bir dəyişiklik yoxdur. Putin Rusiya qoşunlarını Suriyadan çıxarmayacaq, bazalar da yerində qalacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Suriya ilə bağlı da tam təminat almadan bu ölkəni tərk etməyəcək.

Beləliklə, Ərdoğanla Putinin görüşləri getdikcə bir-birini təkrarlayır. Həll olunası məsələlər görüşdən əvvəl də həllini tapıb, Ərdoğanın Putinlə həll etmək istədiyi məsələlər isə yerində sayır.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi


+ Benzer Haberler
» Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib
» MSK İlham Əliyevin namizədliyini təsdiqlədi
» Prezidentliyə namizədlərin sənədləri fevralın 27-dən MSK-ya təqdim ediləcək
» Mikayıl Cabbarov vergilər naziri təyin edilib
» Müxalifətdən hakimiyyətə işləyənlər... - YAP-çı deputatdan AÇIQLAMA
» Tehranda Azərbaycan və İran prezidentlərinin görüşü olub
» Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
» Oqtay Əsədov: Azərbaycana qarşı ikili standartlar bizi yorub
» 3 məntəqədə referendum etibarsız sayıldı
» Bu gün AŞPA-da Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq
» Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı azərbaycanlı idi - Foto
» Azərbaycan və ABŞ arasında imzalanmış "Açıq səma sazişi" qüvvəyə minib
» Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyunun 20-də keçiriləcəyini açıqlayıb
» Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi yenə də destruktiv siyasət yürütməklə məşğuldur”
» İlham Əliyev və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub
» XİN: Azərbaycan Sergey Lavrovun açıqlamasını təqdir edir
» Milli Məclisə təkrar seçkilərdə 6 nəfər iştirak etmək istəyir
» İlham Əliyev: Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır
» Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrdə ABŞ-ın təmkinliliyinin ciddi nəticələri ola bilər
» Həmsədrlər Bakıda görüşlərə başlayıblar


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details.

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9649
 GBP :  2.2393
 TRY :  0.2990
 EUR/USD :  1.1558
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan’ın Azerbaycan Topraklarını İşgalinin Ağır Sonuçları
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft