AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 70 minədək azərbaycanlı ABŞ-da yaşamaq üçün “Greencard” almaq istəyir - MÜSAHİBƏ
01/11/2017 Yazdır

ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə insanlar (Azərbaycan vətəndaşlığını itirmədən) Amerikada istədiyi qədər qanuni şəkildə yaşaya və işləyə bilər. Son zamanlar bu proqrama müraciət edənlərin sayında artım müşahidə edilir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, 2019-cu ilin “Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb və 22 noyabrda bitəcək.

Bu baxımdan mövzu ilə bağlı  Modern.az  saytı “Greencard.az” şirkətinin mütəxəssisi Royal Cəfərovla həmsöhbət olub.
 

- “Greencard” əldə etmək istəyənlər nə etməlidir?
 

- “Greencard” əldə etmək üçün ABŞ dövlətinin ildə bir dəfə keçirdiyi “Greencard” proqramına müraciət etmək lazımdır. Müraciət etmək çox sadədir və təxminən 5 dəqiqə çəkir. Müraciətçi özü haqda məlumatları və şəklini təqdim etməlidir. 
 

- Artıq 2019-cu il üçün də “Greencard”a qeydiyyat başlayıb.
 

- Lotoreya əslində oktyabrın 3-ü başlamışdı və noyabrın 7-nə qədər davam etməli idi. Sadəcə həmin ərəfədə dövlət saytında müəyyən problemlər oldu. Oktyabrın 10-na kimi qeydiyyatdan keçənlərin müraciəti silindi. Amma greencard.az vasitəsilə qeydiyyatdan keçənlərə bu problemin heç bir təsiri olmayıb. Çünki biz müraciətləri yenidən göndərmişik və o insanların problemdən xəbərləri yoxdur. ABŞ Dövlət Departamenti texniki problemlərə görə oktyabrın10-da qeydiyyat sistemini bağladı və 18-i yenidən açdı. Qeydiyyat noyabrın 22-nə kimi davam edəcək. Nəticələr isə 2018-ci ilin mayın 15-də açıqlanacaq. Qalib gələnlər  2018-ci ilin oktyabrından başlayaraq 2019-cu ilin sentyabr ayına kimi növbə ilə ABŞ-a gedəcəklər.
 

- Maraqlıdır, “Greencard”ın ABŞ-ın Azərbaycandakı səfirliyi ilə bağlantısı nədir? Vizanı bizim səfirlik təqdim edir?
 

- “Greencard”la bağlı vizanın regional mərkəzi Tiflis şəhərindədir. Qalib gələn bütün şəxslər forma doldururlar, bundan sonra ABŞ-ın Tiflisdəki səfirliyindən görüşün tarixi ilə bağlı cavab gəlir. Demək olar ki, qalib olduqdan bir il ərzində bütün qaliblər sənədləşmə işlərini bitirib ABŞ-a yola düşürlər. Bu müddətdə qalib gələnlər müəyyən sənədləri toplamalı, ABŞ-ın Azərbaycanda xüsusi təyin etdiyi xəstəxanada yoxlamadan keçməlidirlər və.s. Əgər sənədlərdə yanlışlıq, cinayət keçmişləri, yoluxucu xəstəlikləri yoxdursa, ABŞ səfirliyində vizalarını alırlar və  daha sonra ABŞ-a yola düşə bilirlər. Həmin şəxslər ABŞ-da “Greencard”larını əldə edirlər.
 

- Bəs kimlər “Greencard” üçün müraciət edə bilməzlər?


- Orta məktəbi bitirməyən şəxslər müraciət edə bilməzlər. Lakin qalan hamı müraciət edə bilər. Kimsə orta məktəbi bitirməyibsə, gərək rəsmi olaraq son 5 ildə 2-3 illik  xüsusi peşələrdə iş təcrübəsi olsun.

 

- Hər il “Greencard” proqramına nə qədər adam müraciət edir?
 

- İnsanlar “Greencard” haqda hər il daha məlumatlı olurlar və ya kimsə qalib gəlirsə, onun yaxınları da məlumatlanır və onların da Amerikada yaşamaq istəkləri yaranır. Hər il müraciət edənlərin sayı sürətlə artır desək, düzgün olardı. 3-4 il bundan əvvəl greencard-a müraciət edən azərbaycanlıların sayı 15-20 min nəfər idisə, keçən il bu say təxminən 40-50 min nəfər olub. Builki müraciətlərin sayının təxminən 60-70 min nəfər olması gözlənilir. 
 

-Qalib olma ehtimalı necədir?
 

- Bu gün Azərbaycanda hər 100 nəfərdən biri qalib gəlir. Amma bu, hazırda  Azərbaycanda belədir. Elə ölkələr var ki, onlarda 100 nəfərdən biri yox 200, 500 nəfərdən birinin qalib olma ehtimalları olur. Azərbaycanda qalib gələn şəxslərin sayı kvotadan az olduğu üçün qalib gəlmə nisbəti yüzdə birdir. Məsələn, ölkəmizdən müraciət edənlər yarım milyon, bir milyon olsa, o zaman ehtimal azalar.
 

 - Ümumiyyətlə hər hansı kvota tətbiq olunurmu?
 

- Birbaşa Azərbaycandan olan müraciətlərdən danışsaq, kvota, müraciətlərin sayından asılı olur. Yəni nə qədər çox müraciət olarsa, qaliblərin sayı da bir o qədər də çox olur. Demək olar ki, hər 100 nəfərdən biri qalib olur. Ümumi kvota qaydası belədir ki, hər ölkədən bir ildə 3500 nəfər greencard qazana bilər. Lakin, azərbaycanlı qaliblərin bu saya çatmaları üçün gərək hələ bir neçə yüz min azərbaycanlı proqrama müraciət etsin. 
 

-Maraqlıdır, qalib gəldikdən sonrakı mərhələ necə olur? Yəni ABŞ Dövlət Departamenti bununla bağlı nəsə edirmi?
 

- “Greencard” qazanmış şəxslər qalib olduqdan sonra viza üçün sənədlərin toplanması, istər səfirlikdə, istərsə də ABŞ-a yola düşərkən olan bütün xərclərdən özləri məsuliyyət daşıyırlar. Çox adamda belə bir fikir var ki, “Greencard” qazandıqdan sonra ABŞ dövləti onları Amerikada evlə, işlə təmin edər və ya başqa formada dəstək göstərir. Lakin təsdiqləmək istərdik, ABŞ dövləti bu məsələrdə heç bir greencard qalibinə köməklik göstərmir. Bizim şirkət bununla əlaqədar  vətəndaşlara müəyyən xidmət rüsumları qarşılığında köməklik edir. Biz qalib gələn şəxsləri ABŞ-da qarşılayır, onlara kirayə evin, işin tapılmasında, ABŞ həyatına adaptasiyada, pulsuz dil kurslarının təminində yardım edirik. Bu, bizim şirkət vasitəsilə qeydiyyatdan keçənlərə aiddir. Şirkətin xidmətləri haqda daha ətraflı məlumatı bu linkdən əldə etmək olar. https://greencard.az/services-and-prices


- “Greencard”la bağlı ölkələr üçün ayrılan yerlər necədir?
 

-Ayrılan yerlər ölkələr  üzrə eynidir. Sadəcə, elə ölkələr var ki, “Greencard” lotoreyasında onların iştirakına icazə verilmir. İngiltərə, Braziliya, Pakistan, Hindistan kimi ölkələrdən ABŞ-a miqrasiya çox olduğu üçün  onların iştirak hüququ yoxdur.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft