AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Cəmiyyət növbəti qurultayını keçirtdi  •   27 ildir işğalda qalan Laçın...  •   Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır  •   “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”  •   Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək  •   Marağa Universitetindən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə hələ də təzyiqlər davam edir  •   Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...  •   “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”   •   Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir  •   Bu gün Güneydə Azərbaycan Öyrəncisi Günüdür  •   Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq  •   Təbriz bazarında yanğın olub, xəsarət alanlar var - Foto  •   Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşayır”  •   Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır  •   Xaçmazda tullantı suları birbasa Xəzər dənizinə axıdılır  •   Avropa İttifaqının səfiri: “Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”  •   Möhsün Fruzan və həyat yoldaşı saxlanılıb  •   İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ  •   Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var  •   Qazın yeni güzəştli limiti necə hesablanacaq? - Tarif Şurasından AÇIQLAMA  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - FAKTLAR
18/02/2019 Yazdır

Çoxmillətli ölkələrdə ərazi bütövlüyü və ictimai asayişin qorunması, tolerantlıq ruhunun aşılanması həmin ölkələr üçün ən vacib məsələyə çevrilib.

İfrat millətçilik və irqçilik elementləri, milli ədavəti qızışdıran elementləri özündə ehtiva edən hallar isə çağdaş dünyanı ölümə sürükləyən ən ciddi faktordur. Gözümüzün önündə bəzən gizli və ya aşkar toplanan ziddiyyətlər, narazılıq və gərginlik cəmiyyəti sanki zəlzələ kimi silkələyir, millətlərarası münasibətləri zəhərləyir.

Bu mənada Sovet İttifaqının dağılması ilə başlayan geosiyasi proseslər Qafqaz regionunda xüsusilə güclü zəlzələ effekti doğurdu. Artıq 30 ildir ki, sabitliyi hər an pozulacaq müharibə təhlükəsi ilə yaşayan Qafqaz regionunda millətlərarası münasibətlər gərgin olaraq qalır.

Diqqətləri çoxmillətli Gürcüstana yönəldib, Abxaziya ilə Cənubi Osetiya kimi 2 “qaynar nöqtə”yə malik bu koloritli Qafqaz ölkəsində yaşayan erməni icmasının fəaliyyətinə obyektiv baxmağa çalışaq.     

Günümüzə qədər gürcü və ermənini rəqabətindən bəhs edən çoxlu lətifələr məlumdur. Əslində, həmin lətifələrin yumor tərəfi ilə yanaşı, iki xalqın həyata və hadisələrə fərqli baxışını əks etdirən sətiraltı mənalar da az deyil.

Temperamentli, çılğın, səs-küylü, qürurlu olduğu qədər də səmimi və açıqürəkli olan gürcü obrazı daim üzüyola, sakit, amma hiyləgər erməni obrazı ilə qarşılaşdırılıb. 

Amma real həyatda bu ziddiyyətlər yumoristik deyil, faciəvi xarakter almaqda davam edir.

İki ölkə arasında 1918-ci ilin 9 dekabrında Ermənistanın qəfil hücumu ilə başlayan və dekabrın 31-nə qədər davam edən müharibə, 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyada konstitusion hakimiyyətini bərpa etmək üçün apardığı müharibədə ermənilərin abxaz separatçılarına dəstək verməsi, zaman-zaman Samtsxe-Cavaxetiya regionunda kompakt yaşayan ermənilərin milli zəmində yaratdılqları gərginlik Yerevanla-Tbilisi arasında münasibətləri soyudan amillərdir.

Hadisələrin gedişi və tərəflərin davranışı həm də onu göstərir ki, rəsmi Yerevan bu məsələdə pərdə arxasında qalmağa üstünlük versə də, zaman-zaman maraqları naminə konfliktlər müəllifi kimi çıxış etdiyini sübutlayan sənədlər ortadadır.  


 

Qayıdaq faktlara:

2008-ci il avqustun 8-i… Bütün dünyanın diqqətinin Pekində təntənəli açılış mərasimi keçirilən Olimpiya Oyunlarına yönəldiyi zaman separatçı Cənubi Osetiya ilə Abxaziya rejiminin hərbi birlikləri Rusiyanın birbaşa dəstəyi ilə  Gürcüstana hərbi təcavüz gerçəkləşdirdilər.

Bu aqressiyanın əsl səbəblərini maskalamaq üçün isə Cənubi Osetiya separatçılarının öz “paytaxt”ı elan etdikləri Tsxinvali şəhərinin gürcü ordusu tərəfindən guya, şiddətli artilleriya atəşinə və hücuma məruz qalmasını barədə dezinformasiya yaymışdılar.

Avqustun 10-da isə Rusiya ordusu de-fakto nəzarətində saxladığı Abxaziya ərazisindən də hücumlara keçərək, İnquri çayı boyunca irəliləməyə başladı.

Nəticədə Abxaziya separatçılarının hələ 1993-cü ildə ələ keçirmək istədiyi Kodor dərəsinin yuxarı hissəsi də Rusiya ordusunun köməyi ilə separatçıların nəzarəti altına keçdi.

Bu azmış kimi, 2008-ci il avqustun 11-dən başlayaraq İnquri çayı sahilində yerləşən və heç zaman Abxaziyanın inzibati sərhədlərinə daxil olmayan Senaki və Zuqdidi şəhərləri də işğala məruz qaldı. 

“Beş günlük müharibə” adını almış həmin hadisələr zamanı Abxaziya erməniləri 1992-1993-cü illərdə olduğu kimi, Gürcüstana qarşı təcavüzdə aktiv iştirak etdilər.

Yuxarı Kodor dərəsini işğal etmək üçün “hərbi əməliyyatlara” Baqramyan batalyonunun 300-dən artıq üzvü də qatılmışdı. Məhz ermənilərdən ibarət batalyonun döyüşçüləri avqustun 12-də Yuxarı Kodor dərəsində yerləşən və əsasən, svanların yaşadığı Çxaltı və Ajara kəndilərinin işğalında aktiv iştirak etmişdi.

Həmin əməliyyatlara rəhbərlik edən isə Abxaziya separatçılarının baş qərargahının Kəşfiyyat İdarəsinin rəisi polkovnik Sergey Arşba olub. Yenə həmin əməliyyatda iştirak etmiş baş leytenant Daud Nanbanın rusiyalı jurnalist Vladislav Anzinə müsahibəsindən:

“Avqustun 12-si səhər saat 10:20-də Mi-8 desant-nəqliyyat vertolyotlarında Çxalta kəndi yaxınlığında eniş etmişdik. Müxtəlif taktiki briqadalara məxsus 187 hərbçi bizimlə idi. Onlar arasında 1992-1993-cü illərdə müharibədən çıxmış abxaz, rus və erməni döyüşçülər də var idi. Baqramyan batalyonunda döyüşən bəzi ermənilər 1993-cü ildə son döyüşlərini Kodor dərəsində apardığı üçün əməliyat zamanı onlar bizə bələdçilik edirdi. Gürcüstan ordusunun mövqelərini qəfil tutmaqda onlar bizə xeyli kömək etmişdilər. Mənim olduğum qrupda 15 nəfər var idi. Onlar arasında snayper, minaaxtaran, pulemyotçular, qrantamyotçular var idi. Bundan başqa, hər birimizin “Muxa” tipli RPQ-26 qrantamyotu da var idi”.

Uzun illər diqqətdənkənar qalan bu açıqlamadan da görünür ki, ermənilər abxaz separatizmini hərtərəfli dəstəkləyərək, münaqişənin hazırki fazaya çatmasında əhəmiyyətli rol oynayıblar.

Baş verən olayların şahidi olmuş Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Zurab Papaskiri də Gürcüstanda tarixən ermənilərin yerli gürcülərə qarşı gizli nifrətindən danışıb.  Abxaziya müharibəsinin canlı şahidi, hazırda Tbilisidə qaçqın həyatı yaşamağa məcbur olan Papaskiri bu nifrətin kökləri barədə öz mülahizələrini deyir və erməni icmasının Gürcüstana qarşı vuruşmasını “Gürcüstan dövlətçiliyi tarixinin ən böyük satqınlığı” adlandırır:

“Ermənilər həmişə Abxaziyada gürcü əhalisinə qarşı terror əsdiriblər. Xüsusən, Suxumi, Qulrıpş, Oçamçır rayonlarında özbaşınalıq ediblər. Qali rayonunda isə onların sayı çox cüzi olduğu üçün belə hallar yox idi. Abxaziya erməniləri rusdilli və ermənidilli olduqları üçün həmişə Rusiya İmperiyasının tərkibində olmaq istəyiblər. İndi gürcü dilini bilmədən, Gürcüstanda ciddi vəzifə sahibi olmaq mümkün deyil, amma Abxaziyada rus dilini bilməklə irəli getmək olur. Ermənilər Abxaziyada öz milli məktəblərini açırlar. Onlara abxaz dili lazım deyil və heç kəs onlara bu dili öyrənməyi vadar edə bilməz. Əslində, ermənilər Abxaziya üçün də “beşinci kolon rolu”nu oynayır və hər an Moskvanın göstərişi ilə hərəkət edə bilər”.


Papaskiri separatçı regionda abxazların siyasi, ermənilərin isə iqtisadi sahədə dominantlıq etdiyini, Gürcüstana qarşı vuruşmaqdan fəxr etdiklərini də gizlətmir:

“Ermənilər ticarətdə, biznesdə uğur qazanıblar. Əksər ticarət obyektləri onların əlindədir. Bilirsiniz, separatçıların parlamentində ermənilərin deputat sayı üçün kvotası (3 deputat) var. Halbuki, rusların həmin parlamentdə kvotası yoxdur. Ona görə ermənilər Abxaziyada özlərini ağa kimi hiss edirlər və hər addımda Abxaziyanın müstəqilliyi uğrunda döyüşdüklərini xatırladırlar, Gürcüstan dövlətinə qarşı vuruşmaqları ilə öyünürlər”.

Yenə faktlara diqqət edək: 1992-1993-cü illər müharibəsinə nəzər saldıqda, o zaman 75 minlik erməni icmasından 2 minə yaxın döyüşçünün Gürcüstan ordusuna qarşı vuruşduğunu, Baqramyan adına 1 və 2-ci batalyonlarla yanaşı, digər hərbi birliklərə də qatıldıqlarını əlavə etmək olar. Separatçı Abxaziyanın bu gün erməni milliyətindən olan 20 milli qəhrəmanı var.

Statistika erməni icmasının Gürcüstana qarşı müharibədə kütləvi iştirakından xəbər verir.  Separatçıların parlamentində isə hazırda ermənilər 3 deputatla təmsil olunublar.    

Məsələnin başqa tərəfi, Yerevanın Abxaziya ermənilərinə təsir rıçaqlarının nə dərəcədə effektiv olması ilə bağlıdır. Uzun illər rəsmi Yerevan Abxaziya münaqişəsi ilə bağlı müzakirələrədən kənara çəkilərək, Baqramyan batalyonunun Gürcüstan dövlətinə qarşı silah qaldırmasına neytral mövqe sərgiləyirdi.

Məntiq isə istər 1992-ci ildə, istərsə də 2008-ci illərdə Abxaziya ermənilərinin Gürcüstana qarşı döyüşlərə başlamasında Yerevanın da rol oynadığını deyirdi.  Çünki 75 minlik icmanın vətəndaşı olduğu dövlətə qarşı silah qaldırması yalnız Abxaziya ermənilərinin təkbaşına verəcəyi qərar ola bilməzdi. Ermənistanın bu məsələdə hansı rol oynadığı uzun illər sirr pərdəsi altında qalsa da, zaman-zaman rəsmi Yerevanın Abxaziya icması ilə əlaqələri üzə çıxırdı.

Məsələn, 2013-cü il aprelin 9-da ikinci müddətə Ermənistan prezidenti seçilən Serj Sarkisyanın andiçmə mərasimində Abxaziya ermənilərinin rəhbərliyi, o cümlədən, Abxaziya Erməniləri İttifaqının sədri Xaçik Minasyan və onun müavini “Abxaziyanın Milli Qəhrəmanı” Qalust Trapizonyanın iştirakı rəsmi Tbilisi üçün ciddi suallar doğurmuşdu.

Baqramyan batalyonunu əsas komandirlərindən olan Qalust Trapizonyan Suxumi şəhərinin işğalında və gürcü əhalisinin yurd-yuvalarından qovulmasında, hərbçilərin və mülki vətəndaşların ölümündə birbaşa məsuliyyət daşıyan şəxslərdən idi. 

Gürcüstanın o zamanki prezidenti Mixail Saakaşvili “Rustavi 2” telekanalına açıqlamasında “bizim Xarici İşlər nazirliyi belə məsələlərə reaksiya verməlidir. Hakimiyyətim dövründə erməni həmkarımla dostluq münasibətlərim var, lakin bu kimi halları həmişə qeyd etmək lazımdı”- deyə etirazını bildirsə də, məsələ sonradan daxili siyasi proseslərə görə ictimaiyyətin diqqətindən kənarda qalmışdı.


Tarixçi-professor Zurab Papaskiri də Yerevanın Gürcüstandakı ermənilərə, xüsusilə də Abxaziya ermənilərinə təsir imkanlarından danışır:

“Ermənistan Təhsil Nazirliyi Abxaziyadakı erməni məktəblərinə dərs ləvazimatları göndərir,  Krasnodarda, Soçidə yaşayan ermənilər Abxaziya ermənilərinə ciddi yardımlar edir. Biz bir dəfə eks-prezident Serj Sarkisyanın separatçı Abxaziya respublikasının “xarici işlər naziri”ni qəbul etməsi barədə məlumat almışdıq. Həmin hadisə ictimai etirazlara səbəb olmuşdu və diplomatik kanallarla buna sərt reaksiya vermişdik. Biz, Yerevanın onlara dəstək verdiyini bilirik”. 

1992-1993-cü illərdə və 2008-ci ildə Gürcüstanın torpaqlarının işğalında bu ölkədə yaşayan erməniırin iştirakı bu gün də Gürcüstan cəmiyyətində açıq müzakirə çıxarılmasa da  sağalmayan yara, psixoloji yara olaraq qalır. Və Gürcüstan həm də yeganə ölkələrdəndir ki, burada ermənilər gürcü soyadları ilə pərdələnib özlərini gürcü kimi göstərirlər. Bu faciəvi təcrübə bu gün də davam edir və məqam düşəndə “gürcüləşmiş ermənilər” gürcüləri ilan kimi sancırlar.

Bu baxımdan, Gürcüstanın keçmiş daxili işlər naziri Tengiz Kitovaninin “Kvela Siaxle” (“Bütün xəbərlər”) qəzetinə verdiyi müsahibədə maraqlı məqamlar var. Kitovani  2008-ci ilin avqust müharibəsi zamanı ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində gərgin situasiyanın yarandığın xatırladır və Axalkalaki, Ninotsminda şəhərlərinin, Borjomi vadisinin Ermənistana birləşə biləcəyini istisna etmir.

“2008-ci ilin avqustunda rus qoşunlarının ardınca, Borjomi vadisinə erməni xüsusi təyinatlarının daxil olması sizdə şübhə yaratmır?”-deyə Kitovani ondan müsahibə alan jurnalistə cavabsız qalacaq əks-sual verir.

Ümumi mənzərə erməni-gürcü münasibətlərində cavab tələb edən hələ çox sualların olduğunu göstərir. Bu suallar həm dövlət, həm də xalqlar səviyyəsində öz cavablarını gözləyir. /modern.az/ 


+ Benzer Haberler
» Cəmiyyət növbəti qurultayını keçirtdi
» 27 ildir işğalda qalan Laçın...
» Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
» “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”
» Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək
» Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...
» “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
» Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir
» Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq
» Təbriz bazarında yanğın olub, xəsarət alanlar var - Foto
» Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşayır”
» Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır
» Xaçmazda tullantı suları birbasa Xəzər dənizinə axıdılır
» Avropa İttifaqının səfiri: “Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”
» Möhsün Fruzan və həyat yoldaşı saxlanılıb
» İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ
» Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var
» Qazın yeni güzəştli limiti necə hesablanacaq? - Tarif Şurasından AÇIQLAMA
» Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb - Foto
» Süleyman Süleymanlı dünya ikincisi oldu


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9008
 GBP :  2.1523
 TRY :  0.2779
 EUR/USD :  1.1181
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Tiflisdəki bəyanatlarda kənar izlər
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft