AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş qüvvəyə minib
01/09/2014 Yazdır

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqların 4 rəsmi mərhələsi 2012-ci il fevralın 7-dən 2013-cü il iyulun 5-dək Bakıda və Brüsseldə keçirilib.

2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalayıb.

Bir müddət əvvəl tərəflər bir-birilərini sazişin reallaşdırılması üzrə daxili prosedurların başa çatması barədə məlumatlandırıblar. Məlumatda deyilir ki, Böyük Britaniya, İrlandiya və Danimarka müqaviləyə aid deyillər.

Yeni qaydalar qüvvəyə mindikdə vizaların verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha az müddətdə qəbul ediləcək. Ərizə Azərbaycan vətəndaşlarına 35 avroya başa gələcək, lazımi sənədlərin siyahısı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün qısaldılacaq.

Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin imzalanması Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulub.

Saziş Azərbaycan vətəndaşları, xüsusilə daha çox səyahət edənlər üçün Avropa İttifaqı ölkələrinin əksəriyyətinin ərazisinə sərbəst daxil olmağa və çıxmağa icazə verən qısamüddətli vizaların daha asan və daha ucuz alınmasına imkan verir.

Qısamüddətli viza 180 gün ərzində ən çox 90 gün Avropa İttifaqı ölkələrində olmağa icazə verən vizadır. Sazişə uyğun olaraq, viza yığımları 60-dan 35 avroya qədər azaldılacaq və bəzi kateqoriyadan olan vətəndaşlar yığımlardan tamamilə azad ediləcək.

Tez-tez və müəyyən şərtlərlə səfər edən insanların bəzi kateqoriyaları üçün Avropa İttifaqının üzvü olan dövlətlər bir ildən beş ilə qədər çox dəfəlik vizalar verəcəklər. Diplomatik pasportların sahibləri vizanın alınması öhdəliyindən azad olunurlar. Saziş həmçinin nəzərdə tutur ki, vizanın işlənməsi üçün ərizə verənlərin müəyyən kateqoriyalarından, həmçinin rəsmi nümayəndə heyətlərinin üzvləri, 12-i yaşa qədər uşaqlardan, pensionerlərdən, alim və tələbələrdən rüsum yığılmayacaq.

Readmissiya haqqında saziş Aİ ölkələri və Azərbaycan hakimiyyətləri üçün dəqiq öhdəlikləri və prosedurları müəyyən edir. O, tərəflərin ərazisində qanunsuz olan adamları nə zaman və necə toplamağı tənzimləyir.

Onlar təkcə hər iki tərəfin ərazidə qanunsuz olan vətəndaşlarına deyil, həm də müəyyən tərəflə (məsələn, viza və ya yaşamaq üçün sənəd) dəqiq əlaqəyə malik olan üçüncü ölkələrin vətəndaşlarına və qeyri-leqal vəziyyətdə olan vətəndaşlığı olmayan şəxslərə aiddir. Readmissiya haqqında sazişin tətbiqi zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulduğu kimi, insan haqlarına hörmət edilməsinə tam zəmanət verilir.

Bu günədək Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında 12 ölkə ilə saziş imzalayıb: Albaniya, Bosniya və Hersoqovina, Makedoniya Respublikası, Moldova, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan, Kabo-Verde. Onlardan 11-i qüvvəyə minib, Kabo-Verde ilə saziş hələ imzalanmayıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft