AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Ailənin tək oğlu cəbhə bölgəsinə aparılmamalıdır” - Deputat və Qarabağ qazisindən çağırış
29/09/2014 Yazdır

“Bu hamımızı ağrıdan xəbərə çevrildi. Çünki 23 yaşlı şəhid leytenant Allahverdi Baxışlı haqda xəbər yayılarkən bəlli oldu ki, onun atası da şəhid olubmuş. Bununla da bir nəslin davamı zərbə altına alındı. Onun şəhid övladı, eyni zamanda ailənin tək övladı olması ilə bir ailənin həyatı bitdi”.

Bunu Modern.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc şənbə günü şəhid olan Allahverdi Baxışlının timsalında ailənin tək oğlanlarının ön cəbhəyə aparılması məsələsinə münasibət bildirərkən deyib.

“Qanunvericilikdə mütləq dəyişikliklər etməliyik. Zamanında tək övladlı ailələr üçün məsələ qalxanda deyildi ki, bu, on minlərlə insanın hərbi xidmətdən qalmasına səbəb ola bilər. Amma bütövlükdə onları xidmətdən azad etmək yanlışdır”.

Z.Oruc hesab edir ki, bu məqam dislokasiyalar üzrə bölgüdə öz əksini tapmalıdır:  

“İstənilən şəkildə valideynini itirən ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxmalıyıq. Zənn edirəm ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməlidir. Onlar cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmət etməlidir ki, ailənin çırağı da sönməsin”.

Deputatın sözlərinə görə, parlament üzvləri cəmiyyətdən gələn çağırışları dəyərləndirirlər: 

“Söhbət ailənin tək övladlarına möhlət hüquqlarının verilməsi, yaxud xidmətə çağırılmamağından getmir. Ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir. Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü kimi bu məsələni parlamentin növbəti iclaslarında qaldıracağam”.

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu da deputatın fikirlərinə dəstək verib: “Allahverdi Baxışlının şəhid olması məni də sarsıtdı, narahat etdi. Düşünürəm ki, qanunvericilikdə bu barədə bir maddə olmalıdır, əgər yoxdursa, bu böyük boşluqdur. Bir övladı olan, atasını itirən çağırışçılar ön cəbhəyə aparılmamalıdır. Atası şəhid olmuşdusa, ön cəbhəyə göndərilməməli idi. Dövlətə yalnız ön cəbhədə fədakarlıq lazım deyil”.

Jurnalistin sözlərinə görə, Allahverdi Baxışlı arxa cəbhədə saxlansa idi, onun itkisi bir nəslin tükənməsinə səbəb olmazdı: “Onun ölməsi ilə bir ailə, bir nəsil üzərində faciə quruldu. Bu, yolverilməzdir. Onsuz da Xocalı soyqırımında, Meşəlidə, Cəmillidə kifayət qədər bütöv nəsillər itirmişik. Hesab edirəm ki, indiki dövrdə evin tək oğlunu ön cəbhəyə yollamaq yolverilməzdir, bu çox ciddi qüsurdur, ciddi səhvdir. Problem aradan qaldırılmalıdır. Bu istiqamətdə müzakirələr aparılmalıdır. Bu zaman mənim də əlimdən gələn varsa etməyə hazıram”.

Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1991-ci ildə Hacıqabul rayonunda anadan olan leytenant Allahverdi Baxışlı şəhid olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan atası Əbülfəz Baxışlının yeganə davamçısı idi.


Şəhid leytenantın babası

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft