AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Akif Çovdarov: "Biz onu nazirliyə agent kimi dəvət etmişdik"
17/01/2017 Yazdır

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Biləcəri qəsəbəsinin sabiq bələdiyyə sədri İlham Xəlilovun epizodu üzrə şahidlər ifadə veriblər.

Şahid qismində A.Çovdarovun qohumu Natiq Hümbətov dindirilib. O, İ.Xəlilovun A.Çovdarov həbs ediləndən sonra ona müraciət etdiyini bildirib:

"İlham Xəlilov dedi ki, guya Akif Çovdarova 60 min manat borcu olub, ancaq bu borc sənədi mənim adıma rəsmiləşdirilib. O, notariusdan ona sənəd verməyimi istədi. Mən "bu necə ola bilər ki, mənim xəbərim yoxdur?" dedim. İlham isə mənim xəbərim olmadığını bildiridi.

İlham dedi ki, "əgər borcun yoxdursa, nədən çəkinirsən? Bir sənədi niyə vermək istəmirsən?". Mən də fikirləşdim ki, bu, Akif müəllimin yaxın dostudur. Çünki o, Akif Çovdarovun evinə gəlib-gedirdi. Buna görə onun dediyi ilə razılaşdım. Əgər bilsəydim ki, İlham belə edəcək, əlbəttə razı olmazdım. Ona inanmışdım".

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, notariusdan məhkəməyə göndərilən arayışda belə bir razılıq sənədinin verilməsi təkzib olunub.

Daha sonra A.Çovdarovun kürəkəni Rövşən Qasımov ifadə verib. O, deyilənlərin yalan olduğunu söyləyib: "Düzdü, İlhamdan torpaq almışam. Amma bunun Akif Çovdarov vasitəsi ilə alınması və ona qarşı təzyiqlərin olması yalandır".

Onun sözlərinə görə, torpaq sahəsi alınan zaman sənədlərdə problem olduğu üçün həmin ərazini bəyənməyib: "Akif Çovdarov həbs edilən zaman isə İlham mənə zəng elədi ki, bu işlə bağlı Biləcəri bələdiyyəsində də yoxlamalar aparılır. O, mənə verdiyi sənədləri qaytarmağımı xahiş etdi. Mən də sənədləri geri qaytardım. Əgər torpaq mənim adıma olsaydı, niyə qaytarardım?".

İ.Xəlilov isə qeyd edib ki, A.Çovdarovun kürəkəninin adına olan torpaq sahəsi ilə bağlı çıxarış olub. A.Çovdarovun vəkilləri isə belə bir çıxarışın olmadığını vurğulayıblar.

Digər zərərçəkmiş şəxs, Binəqədi rayonunun sabiq bələdiyyə sədri Elman Salmanov da İ.Xəlilovla bağlı əlavə ifadə verib. O deyib ki, İ.Xəlilov ondan A.Çovdarova pul vermək adı ilə əlavə 16 min manat alıb.

Vəkil S.Rəsulov söyləyib ki, A.Çovdarov zərərçəkmiş İ.Xəlilovun ifadəsinə münasibət bildib: "Akif Çovdarov qeyd etdi ki, narazılığı prokurorluq əməkdaşlarınadı. Onun sözlərinə görə, prokurorlar həmin şəxslərdən generalların əleyhinə ifadə vermələrini tələb ediblər".

Günü ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş sahibkar Zakir Bədəlov ifadə verib. O, dindirilərkən A.Çovdarovun qohumu olduğunu deyib. Zərərçəkmiş istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

S.Məmmədovun vəkili C.Rzazadə jurnalistlərə açıqlamasında bildirib ki, Z.Bədəlov məhkəmədə dindirilırkın onun ifadələrində ziddiyət olduğu məlum olub. Vəkillər zərərçəkmişin istintaqada verdiyi ifadəsinin elan olunmasını tələb edib. Hakim isə qeyd edib ki, buna ehtiyac yoxdur.

Z.Bədəlov ifadəsində söyləyib ki, qoşusu Tofiq Əliyev onu MTN-ə S.Məmmədovun çağırdığını deyib.

A.Çovdarov Z.Bədəlovun ifadəsinə münasibət bildirərkən deyib ki, Z.Bədəlov nazirliyə borca görə çağırılmayıb: "Gürcüstan daxili işlər nazirinin müavini ilə danışıq zamanı bildirildi ki, 6 nəfər şəxsin telefon nömrələri dindirilməlidir. Onlar Azərbaycana narkotik maddə keçirməkdə şübhəli bilinirdilər.

Həmin şəxslərin də biri Zakir Bədəlov idi. Zakir mənim uzaq qohumum olduğu üçün onunla bu haqda nazirliyə dəvət edib, danışdıq. Həmçinin biz Zakiri agent kimi çağırmışdıq. Sonra məlum oldu ki, bu işdə Zakirin heç bir günahı yoxdur. Həmin şəxslər əməliyyat nəticəsində Gürcüstanda həbs edildi".

İttiham aktına əsasən, Z.Bədəlov Gürcüstan Respublikasında anadan olduğunu və 1990-cı ildən Azərbaycanda yaşadığını deyib. 2010-cu ilin aprel ayının sonları may ayının əvvəllərində qonşusu Tofiq Əliyev ona onu MTN-in əməkdaşı Səlim adlı şəxsin axtardığını deyib. Səlim adlı şəxsin mobil telefon nömrəsini ona verib.

Bundan sonra o, Səlim adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb. Səlimlə birlikdə MTN-ə qohumu olan A.Çovdarovun otağına daxil olub. A.Çovdarov ondan Zakir Mustafayevə 200 min ABŞ dolları borclu olduğunu, pulu qaytarmasa, onu əcnəbi kimi qeydiyyata aldırıb ölkədən Gürcüstan Respublikasına deportasiya etdirəcəyini, Gürcüstan Respublikasında isə onu həbs edəcəklərini bildirib. Lakin o, A.Çovdarovla razılaşmayıb.

Buna görə A.Çovdarov onun şəxsiyyət vəsiqəsini alıb. Lakin Zakir Bədəlov Sabunçu Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək yeni şəxsiyyət vəsiqəsi alıb. Bu barədə Səlim adlı şəxsə bildirməsi üçün qonşusu T.Əliyevə deyib. Bundan sonra onun şəxsiyyət vəsiqəsi bir daha ləğv edilib və ölkə xaricinə çıxışına qadağa qoyulub. Ölkə prezidentinə etdiyi müraciətdən sonra şəxsiyyət vəsiqəsini bərpa edə bilib.

Daha sonra o, Sabunçu rayon məhkəməsində iddia qaldıraraq Abdul Həbibovun ondan 175 min ABŞ dolları almasını və həmin pulu geri tələb etdiyini bildirsə də, iddiası təmin edilməyib.

Bununla bağlı Sabunçu RPİ-nə müraciət edib, orada cinayət işi istintaq edilib və Sabunçu rayon prokurorluğuna göndərilib. A.Çovdarov və S.Məmmədov onun şəxsiyyət vəsiqəsini əlindən aldıqdan sonra o, qorxduğuna görə Daxili İşlər Nazirliyinə müraciət edərkən şəxsiyyət vəsiqəsinin itirildiyini bildirib. Daha sonra dost-tanışlarının tələbi ilə şikayətlər etməyə başlayıb.

Proses yanvarın 18-də davam etdiriləcək.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft