AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Araz Elsəs: Haqlarımıza qovuşmayınca sazımın telləri bağıracaq
17/10/2016 Yazdır

Bu həftə İsveç Akademiyası amerikalı musiqiçi, bəstəkar və şair Bob Dilanı 2016-cı il ədəbiyyat üzrə nobel mükafatı ilə təltif edib. Bununla İsveç Akademiyası populyar musiqidə ictimai mövzunun önəminə diqqət çəkib.

Güneyli musiqiçi və müğənni Araz Elsəs öz yaradıcılığında ictimai mövzunu önə çəkərək, yeniliyə xüsusi diqqət verdiyini deyir. Onun mahnıları İran Azərbaycanı, Azərbaycan və Türkiyədə populyar olmaqla yanaşı, güneyli milli fəallar tərəfindən böyük rəğbətlə qarşılanır. Araz Elsəs Amerikanın Səsinin “Amerika icmalı” proqramında yaradıcılığında ictimai mövzunun əhəmiyyəti, musiqiçinin cəmiyyətdə rolu və missiyasından danışıb.

Araz Elsəs ziyalıların və sənət adamlarının cəmiyyətdə mövcud problemlərdən haqda danışmasının vacibliyini vurğulayıb.

“Amma təəssüflər olsun ki, müasir problemlər haqda danışan çox az sayda sənətçi, şair və yazarlar var. Bunların çox olması lazımdır, çünki cəmiyyətimizdə olan problemləri gündəmə gətirmək, onlardan söz açmaq böyük bir məsuliyyətdir. Ən çox məsuliyyət də bizim sənətçilərin, yazarların, şairlərimizin, aydınlarımızın üzərinə düşür.”

Araz Elsəs öz yaradıcılığında yeniliyə, musiqidə novatorluğa üstünlük verən sənətçilərdən hesab edilir. Onun sözlərinə görə, sənətçi zamanla ayaqlaşmalı, zamandan geri qalmamalıdır. Bir musiqiçi kimi o, gənclərin yenilik istəyinə diqqət verdiyini deyib. “Sazda yeni üslubda çalmağa başladım, saz üçün yeni üslubda parçalar yazdım. Müəllimim olmadığı üçün içimdən gələn durğuları dilə gətirməyə başlamışam...Çalışmışam hər zaman yeni bir söz, yeni üslub olsun.”

Araz Elsəs mahnılarında siyasi mövzulara toxunması ilə bağlı ona yönələn tənqidlərdən danışıb. “Əslində, bunlar siyasət deyil. İnsan azadlığı, söz azadlığı, bizim məmləkətimizdə, yurdumuzda olan problemlər var. Biz yaşamaq istəyirik, azad insan kimi doğulmuşuqsa, azad yaşamaq istəyirik...

Mən İran Azərbaycanında Sulduzda anadan olmuşam. Orada mənim öz dilim yasaqdır. Mənim məmləkətimdə 30 milyon insanın dilində məktəbi yoxdur. Təbii burada fundamental haqlarımızdan danışdığımız zaman, onları sazın telləri ilə bağırdığımız zaman təbii onda siyasi damğa vuracaqlar bunlara. Təbii bunlar olacaq. İndiyə qədər olub, bundan sonra da olacaq. Bütün haqlarımız, əlimizdən alınan haqlarımız əldə olunmaya qədər mənim boğazım, mənim sazımın telləri ancaq bu problemləri bağıracaq.”

Araz Elsəs amerikalı bəstəkar, musiqiçi və şair Bob Dilanın Nobel mükafatına layiq görülməsini böyük məmnunluq hissi ilə qarşıladığını və bu janrda musiqiyə verilən dəyər kimi qiymətləndirdiyini deyib.

Onun sözlərinə görə, Bob Dilanın belə prestijli mükafata layiq görülməsi dünyanın başqa ölkələrində bu janrda musiqi ifa edən sənətçilər üçün tənqiddən çəkinməmək və öz sözünü deməyə davam etdirməyin vacibliyi haqda bir mesajdır.

“Haqq sözü demək lazımdır. Doğrunu demək lazımdır. Doğrunun tərəfini tutmaq lazımdır. Əyrini demək lazımdır. Millətə göstərmək lazımdır: bu, əyridir, bu, doğrudur, bu, ağdır, bu, qaradır. Arada yeyib, arada gəzməklə bir şey çıxmaz. Onda biz borcumuzu yetirmirik bir sənətçi olaraq, bir musiqiçi olaraq.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft