AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Cəmiyyət növbəti qurultayını keçirtdi  •   27 ildir işğalda qalan Laçın...  •   Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır  •   “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”  •   Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək  •   Marağa Universitetindən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə hələ də təzyiqlər davam edir  •   Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...  •   “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”   •   Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir  •   Bu gün Güneydə Azərbaycan Öyrəncisi Günüdür  •   Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq  •   Təbriz bazarında yanğın olub, xəsarət alanlar var - Foto  •   Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşayır”  •   Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır  •   Xaçmazda tullantı suları birbasa Xəzər dənizinə axıdılır  •   Avropa İttifaqının səfiri: “Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”  •   Möhsün Fruzan və həyat yoldaşı saxlanılıb  •   İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ  •   Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var  •   Qazın yeni güzəştli limiti necə hesablanacaq? - Tarif Şurasından AÇIQLAMA  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Avqust da gəldi, qarpız-yemiş ucuzlaşmadı
04/08/2018 Yazdır

Avqustun 1-dən topdansatış bazarlarında qarpızın qiymətində 30 faiz, yemişin qiymətində 50 faiz ucuzlaşma müşahidə edilir.

Bunu Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.

N.Nəsirli deyib ki, əvvəllər yemişin topdansatış qiyməti 80-90 qəpik idisə, hazırda qiymətlər 40-45 qəpiyədək enib:

“Bu da təxminən 50-60 faiz civarında ucuzlaşma deməkdir. Əvvəllər qarpızın topdansatış qiymətləri 50, 55, 60 qəpik civarında idisə, bugünkü göstəricilərdə 40-45 qəpik müşahidə edilir. Bu da təxminən 30 faiz ucuzlaşma deməkdir”.

“10 günə qarpız-yemiş ucuzlaşacaq”

Ekspert səyyar satışlarda qiymətlərin dəyişməz qalmasına da münasibət bildirib:

“Hazırda satışda olan qarpızlar bir neçə gün əvvəl baha topdansatış qiymətinə alınan məhsullardır. Yəqin ki, ilk ongünlük ərzində həmin məhsullar satılandan sonra ucuzlaşmanı hiss edəcəyik. Doğrudur, qiymətlər ciddi şəkildə ucuzlaşmasa da, müəyyən sabitləşmənin şahidi olacağıq. Maya dəyərini formalaşdıran topdansatış qiymətləridir.

Bu gün topdansatış qiymətlərində yemiş üzrə 50 faiz, qarpız üzrə 30 faiz ucuzlaşma varsa, bunu səyyar satışa da şamil etmək olar. Hərçənd ki, səyyar satışda o qədər də ucuzlaşmanı gözləmirəm. Çünki insanlardakı gəlir əldə etmək ehtirası daha güclüdür. Topdansatış belədir ki, məhsul çox olduğu üçün tez satılmalıdır. Səyyar satıcı isə məhsulunu həmin gün də sata bilər, 3-4 gün ərzində də”.

Qarpız-yemiş ildən-ilə niyə dadsızlaşır...

N.Nəsirli qarpız-yemişin ildən-ilə dadında, keyfiyyətində baş verən dəyişikliklərə də aydınlıq gətirib. O, əsas problemin toxumla bağlı olduğunu vurğulayıb:

“Təxminən iki gün əvvəl Aran rayonlarında idim. Maraq üçün 2-3 qarpız alıb kəsdim. Eynilə siz deyən halla qarşılaşdım. Qarpızlar qabığı qalın, içi ağ və dadsız idi. Elələri var ki, görünüş olaraq gözəl təsir bağışlasa da, kəsəndə müəyyən qoxu hiss edirsən və s.

Bildiyiniz kimi, avqust ayına qədər satışa çıxarılan qarpızlar örtük altında yetişdirilənlərdir. Örtük altında yetişmə dövrünü sürətləndirmək üçün onlara müəyyən mineral gübrələr verilir. Mənim fikrimcə, fermerlərin məlumatsızlığından hər bitkiyə lazımından çox gübrə verilir. Bu, ən böyük problemdir və düşünürəm ki, gizlətməyə də ehtiyac yoxdur. Fermerlər elə bilirlər ki, məhsula daha çox gübrə verəndə sürətlə yetişir. Düz bilirlər, sürətlə yetişir. Amma təhlükə faktorunu da nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, bizdə konkret tərəvəz məhsullarına hesablanmış orqanaleptik laboratoriya yoxdur ki, analizlər aparılsın, sahələrdən nümunələr götürsün, problemləri araşdırsın, həyəcan siqanlı çalsın”.

“Yediyimizin tərkibi nədir, bilinmir”

Ekspert qeyd edir ki, bu gün alıb yediyimiz məhsulların tərkibi barədə məlumatsızıq:

“Söhbət təkcə qarpız-yemişdən getmir. Ümumilikdə ildən-ilə məhsulların dadında mənfi dəyişiklik hiss olunur. Bunun səbəblərindən biri düzgün becərməməkdən irəli gəlirsə, digər səbəbi də toxumla bağlıdır. Bu gün Azərbaycanda qarpız, yemiş toxumunu hərə öz sahəsindən alır. Eyni məhsuldan alınan toxum növbəti il həmin torpağa əkilir və bu proses illərlə davam edir. Eynilə proses heyvandarlıqda, bitkiçilikdə də belədir. Heyvanların cins tərkibi aşağı düşüb deyirik. Niyə? Çünki heyvan öz doğduğu baladan mayalanır. Bizim təsərrüfatlarda maya dəyəri ona görə aşağıdır.

Kənd Təsərrüfatı Nazirliyi bu problemi aradan qaldırmalıdır. Mən bildiyim qədərilə hazırda Tərəvəzçilik İnstitutunda bu sahədə layihə həyata keçirilir. Amma onun tamamlanması uzun çəkəcək. Təcili şəkildə bostan məhsullarının toxumçuluğu təşkil olunmalıdır. Bu, o qədər də çətin, elmi sahə deyil. Bizə hibrid toxumlar lazımdır. Elit və superelit toxumlar üçün 5-6 il gözləmək lazımdır. Tərəvəzçilik İnstitutu qarpız-yemiş toxumçuluq sahəsində yeniliklər etməlidir. Yoxsa ildən-ilə qarpız-yemişin dadını itirəcəyik”.

“Sarı qarpız” niyə gözə dəymir?...

Mütəxəssis iki əvvəl bazarlarda geniş yayılan sarı qarpızların yoxa çıxması ilə bağlı sualımızı da cavabalandırıb:
“Bildiyiniz kimi, əsas bostan məhsullarımız Yevlax, Xaldan, Sabirabad, Kür qırağında yetişdirilir. Oradakı əkin strukturunda dəyişiklik görmədim. Elə əvvəllər də əkilən yumru formada olan “çay qarpızı” növünü gördüm. Amma sarı qarpıza rast gəlmədim. Görünür tələbat olmayıb deyə, əkilməyib”.


+ Benzer Haberler
» Cəmiyyət növbəti qurultayını keçirtdi
» 27 ildir işğalda qalan Laçın...
» Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
» “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”
» Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək
» Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb...
» “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
» Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir
» Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq
» Təbriz bazarında yanğın olub, xəsarət alanlar var - Foto
» Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər də yaşayır”
» Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır
» Xaçmazda tullantı suları birbasa Xəzər dənizinə axıdılır
» Avropa İttifaqının səfiri: “Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”
» Möhsün Fruzan və həyat yoldaşı saxlanılıb
» İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ
» Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var
» Qazın yeni güzəştli limiti necə hesablanacaq? - Tarif Şurasından AÇIQLAMA
» Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb - Foto
» Süleyman Süleymanlı dünya ikincisi oldu


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9008
 GBP :  2.1523
 TRY :  0.2779
 EUR/USD :  1.1181
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Tiflisdəki bəyanatlarda kənar izlər
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft