AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb
11/02/2016 Yazdır

Brüssel şəhərində Avropanın nüfuzlu beyin mərkəzlərindən olan “Avropa Siyasət Mərkəzi”ində (European Policy Centre – EPC) “Azərbaycan – Aİ münasibətləri. Çağırışlar və imkanlar (Azerbaijan – EU relations. Challenges and opportunities) adlı müzakirələr keçirilib. 

Azərbaycanın Belçikakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, tədbirin panel müzakirələrində çıxış etmək üçün Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru, ABŞ-ın Con Hopkins Universitetinin professoru Svante Kornel, Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq əlaqələr kafedrasının müdiri Muxtar Hacızadə və “The Caucasus İnterface” konsaltinq şirkətinin direktoru Mişel İvor dəvət olunublar.

Tədbirin moderatoru “Avropa Siyasət Mərkəzi”nin aparıcı siyasi təhlilçisi Amanda Pol giriş nitqində, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın yeni ikitərəfli Saziş layihəsinin mahiyyətinin formalaşmasında xüsusi çəkiyə malik olduğunu, tərəflər arasında beynəlxalq təhlükəsizlik, terrorizm kimi regional təhdidlərə qarşı mübarizə sahəsində tərəfdaşlıq perspektivlərinin mövcudluğundan bəhs etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan hüquqlarının vəziyyəti ilə bağlı Aİ-nin bəzən ikili standartlardan çıxış etməsinin Azərbaycanın Aİ-yə olan etimadının zədələnməsi ilə nəticələndiyini bildirib.

Tədbir iştirakçılarını salamlayan Səfir Fuad İsgəndərov, Azərbaycan-Aİ münasibətləri haqqında qısa məlumat verərək, münasibətlərin birtərəfli təxəyyüllər əsasında qurulmasının nəticə vermədiyini, bundan sonra praqmatik yanaşma nümayiş etdirməyin vacibliyini vurğulamışdır.

Belə bir tədbirin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana nəzərdə tutulan səfəri ərəfəsində baş tutmasının təsadüfi olmadığını bildirən səfir F.İsgəndərov, sözügedən səfərin Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsi üzrə məsləhətləşmələrə müsbət təkan verəcəyinə inam ifadə edib.

Tədbir zamanı çıxış edən Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru S.Kornel Azərbaycanın sürətlə inkişaf edən, müasir və dünyəvi ölkə olduğunu qeyd edərək, ölkənin xarici siyasətinin prioritetlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini səsləndirmiş, Qərbin Azərbaycanda və ümumilikdə Cənubi Qafqaz regionunda yerləşən ölkələrin suverenliyinin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, Azərbaycanın isə öz nüvbəsində Avropa üçün etibarlı enerji təchizatçısı, həmçinin Qərblə Mərkəzi Asiya arasında nəqliyyat, enerji və hərbi logistika sahəsində körpü rolunu oynadığını vurğulayıb. 

Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Muxtar Hacızadə öz çıxışında, ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı tədbirlərlə Avropanın mədəni həyatının önəmli hissəsinə çevrildiyini qeyd edərək, ikitərəfli münasibətlərdə mövcud olan çətinliklərin, Avropanın Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla daha da artdığına diqqət çəkib.

Daha sonra çıxış üçün söz “The Caucasus İnterface” idarəetmə üzrə konsaltinq şirkətinin direktoru M. İvora verilib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri ilə bağlı Avropa ictimai-siyasi dairələrində yanlış təəssüratın olduğunu, işğal atında olan ərazilərin tarixən Ermənistan ərazisi kimi qəbul edildiyinin şahidi olduğunu və bu amillərin münaqişənin həllinə olan yanaşmaya təsir etdiyini bildirmişdir.

M.İvor vaxtilə işğal olunmuş ərazilərə səfəri zamanı qondarma separatçı rejimin onun dolğun və dürüst araşdırma aparmasına mane olduğunu, bununla belə Ağdamda erməni vandalizminin nəticələrinin canlı şahidinə çevrildiyini etiraf etmişdir. M.İvor Ağdamdan məcburi köçkünlərin qəmli xatirələri əsasında videoyazı hazırladığını, həmin materialda münaqişə qurbanlarının öz doğma yurd-yuvalarına qayıtmaq arzusunun, habelə Dağlıq Qarabağın erməni icması ilə birlikdə yaşaya biləcəyi ilə bağlı ismarıcların öz əksini tapdığını bildirib.

Sonda çıxış edən Avropa Xarici Siyasət Xidmətinin rəsmisi D.Şubel Azərbaycanla bir çox sahələrdə praqmatik əməkdaşlığın yaradılması üçün real perspektivlərin olduğunu, hər iki tərəfin bu istiqamətdə qarşılıqlı addımlarının atılmasının vacibliyini vurğulayıb.

Üçüncü ölkə tərəfindən ikitərəfli Saziş layihəsinin təqdim olunmasının Aİ təcrübəsində ilk olduğunu, bu baxımdan Aİ-nin Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsinə maraqla yanaşdığını bildirib. Yeni Saziş layihəsinin Azərbaycanla enerjinin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, terrorizm və beynəlxalq təhlükəsizlik, həmçinin dinlər və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağına inam ifadə edib.

Tərəflər arasında dialoqun effektivliyinin təmin edilməsində ünsiyyət mexanizmlərinin düzgün qurulmasının vacibliyinə diqqət çəkən D.Şubel bu istiqamətdə Aİ-nin Azərbaycana münasibətdə yeni strateji ünsiyyət vasitələrindən istifadə edəcəyini bildirib.

Müzakirələrdə çıxış edənlərin hər biri Aİ-Azərbaycan münasibətlərinin strateji müstəviyə keçirilməsinin zəruriliyini vurğulamış və yaxın zamanlarda bu istiqamətdə vacib addımların atılacağına ümid bəslədiklərini bildiriblər.

Sonra məruzəçilər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun, Aİ institutlarının və tədqiqat mərkəzlərinin nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak ediblər.  

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft