AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər  •   Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ  •   6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb  •   Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək  •   Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir  •   Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video  •   “Qarabağ”dan səfərdə uğurlu çıxış  •   MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub  •   “Traxtur” komandası Türkiyədən qayıtdı  •   “Ermənistanın əsl niyyəti hamıya bəllidir”  •   Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib  •   “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV  •   İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"  •   Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".  •   Erməni və azərbaycanlı girovlar dəyişdirildi  •   Xoyda sel baş verib: Ölənlər var- FOTO  •   Yurdu viran olan CABBAR ƏMİ - Foto  •   Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb  •   Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb
25/09/2018 Yazdır

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinə Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələrini təklif edib.

Bunu xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupunun Nyu-Yorkda keçirilən 3-cü iclasında çıxışı zamanı deyib.

"Ermənistanla Azərbaycan arasında münaqişə başlayandan bəri əsrin bir rübündən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələbləri və BMT Baş Assambleyanın qətnamələri, İƏT və digər beynəlxalq təşkilatların qərarları və fərdi dövlətlərin mövqelərinə hörmətsizlik edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir", - deyə nazir bildirib.

O qeyd edib ki, Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda nəticələrə yönələn danışıqlara aparmaqdan imtina edir, yerdə vəziyyəti gərginləşdirmək üçün davamlı müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır.

Nazir əlavə edib ki, Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

"Bu yaxınlarda Ermənistanın hərbi diktatorluğu devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər bəyan edildiyi kimi onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət demək olan demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulacağı idi.

Təəssüf ki, yeni rəhərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və öz vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı. 26 sentyabrda Nyu-Yorkda erməni həmkarım ilə görüşüm baş tutacaq", - deyə E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, "Ermənistanda davamlı qeyri-sabit daxili siyasi inkişaf olduğu üçün və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirin sonuncu bəyanatları və əməlləri yerdə vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirməyə niyyətlənib. Bu mənfi senarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərində olacaq."

"Biz ümid edirik ki, İƏT üzv ölkələrinin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək.

Bununla əlaqədar, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunu İƏT-in münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır", - deyə XİN başçısı diqqətə çatdırıb.

E.Məmmədyarov bildirib ki, Azərbaycan İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirlər müəyyən edib. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT Baş Katibi tərəfindən irəli sürüləcək. Biz təklif edirik ki, İƏT Baş katibi:

1.İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın təcavüzünə son qoymaq istiqamətində Azərbaycan Hökumətinin səylərinin dəstəklənməsi ilə bağlı İƏT üzv ölkələrinə beynəlxalq və regional təşkilatlardakı daimi nümayəndələrini təlimatlandırmaq xatırlatmasını əks etdirən Verbal Notanı yaysın.

2.1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün İƏT üzv ölkələri və İƏT Katibliyinin mümkün töhfələri barədə təkliflər işlənib hazırlansın.

3.Ermənistana hər hansı silah-sursat və hərbi təchizat verilməsinin qarşısını almaq, ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərinə hər hansı səfərləri və fəaliyyətini qadağan etmək və Azərbaycan ərazilərinin işğalının saxlanılmasına yardım edə biləcək hər hansı yardımın qarşısını almaq məqsədilə İƏT üzv ölkələrinə müraciət etsin.

4.Azərbaycanın işğal edilmiş ərazilərində turizmin təşviqi və bu ərazilərə turist səfərlərinin qeyri-qanuni xarakter daşıması və qanunsuz separatçı rejimin beynəlxalq turizm sərgilərində və digər turizm tədbirlərində təbliğinin qəbuledilməzliyi ilə bağlı ərazilərində fəaliyyət göstərən turizm şirkətləri, səyahət agentlikləri və onların çətir təşkilatlarının mümkün qədər geniş şəkildə məlumatlandırması üçün üzv ölkələrə müraciət etsin.

5.Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələri üçün üzv ölkələrə müraciət etsin.

6.İƏT üzv ölkələri adından Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə məscidlər və digər müqəddəs yerlərin, tarixi yerlərdə qanunsuz arxeoloji qazıntılar, toponimlərin dəyişdirilməsi və digər saxtakarlıqlar daxil olmaqla Azərbaycanın tarixi abidələrinin vəhşicəsinə dağıdılması aktlarına qarşı etiraz və bu barədə məlumatlılığın artırılması üçün beynəlxlaq kampaniya başlatsın.

7.Xarici İşlər Nazirlərinin növbəti görüşü üçün üzv ölkələr tərəfindən İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi sənəd və qərarların yerinə yetirilməsi üzrə hesabat təqdim etsin.


+ Benzer Haberler
» Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ
» 6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb
» Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir
» Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video
» MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb
» Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub
» “Traxtur” komandası Türkiyədən qayıtdı
» “Ermənistanın əsl niyyəti hamıya bəllidir”
» Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib
» “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV
» İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"
» Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".
» Erməni və azərbaycanlı girovlar dəyişdirildi
» Xoyda sel baş verib: Ölənlər var- FOTO
» Yurdu viran olan CABBAR ƏMİ - Foto
» Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib
» Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər
» Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
» Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçirilib
» Nazirlər Kabinetinin növbəti iclası keçirilib


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (19)

Məzənnələr
 USD :  1.7
 EUR :  1.8859
 GBP :  2.066
 TRY :  0.2965
 EUR/USD :  1.1094
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft