AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan müxalifəti Türkiyənin hansı partiyasını seçdi?
06/12/2017 Yazdır

Türkiyə Cümhuriyyətində cərəyan edən siyasi proseslər həmişə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. Son zamanlar Türkiyədə siyasi partiyalar arasında qarşıdurmaların şahidi oluruq. Ölkənin əsas müxalifət təşkilatlarından birinin - Milliyətçi Hərəkət Partiyasının (MHP) hakimiyyətə yaxınlaşması və bəzi məsələlərdə prezident Ərdoğana dəstək verməsi geniş müzakirələrə səbəb olub. MHP-nin bu cür davranış sərgilədiyi bir zamanda hakimiyyətə daha sərt  mövqe nümayiş etdirən Cümhuriyyət Xalq Partiyası (CHP) hazırda Türkiyədə ana müxalifət sayılır.

 

Maraqlıdır, Azərbaycandakı müxalifət partiyalar Türkiyənin hansı müxalifət partiyasının fəaliyyətini təqdir edir? 

 Modern.az saytı bu sualla siyasi təşkilatlara müraciət edib:


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Türkiyə siyasətini dünyada tanıdan, Türkiyə siyasətində müxalifətçilik eləyə  bilən istənilən partiyaya Müsavatın rəğbəti var.

“Bəzən müxalifət partiyaların da mövqeyi üst-üstə düşməyə bilər. Biz Türkiyə dövlətinin inkişaf etməsində maraqlı olan müxalifət qüvvələri ilə münasibətlərimizin yaxşı olmasını istəyirik. Onların fəaliyyətini daha çox bəyənirik”. 
 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədi, deputat Fərəc Quliyev deyib ki, onlar üçün hansısa partiyanın yox, Türkiyənin iradəsi əsasdır.

“Biz təbii ki, sağ təmayüllü partiya olduğumuz üçün milliyətçi təşkilatlara üstünlük veririk. Biz Türkiyədə daha çox Milliyətçi Hərəkət Partiyası ilə münasibət qurmuşuq. Amma digər əsas partiyalar olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Ədalət və İnkişaf Partiyası (AKP) ilə də münasibətlərimiz yaxşdır. Bu o demək deyil ki, biz Türkiyənin daxili işlərinə qarışırıq və hansısa partiyanı dəstəkləyirik. Sadəcə, daha çox prinsiplərimiz MHP üst-üstə düşür”.
 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Türkiyədəki müxalif partiyaların fəaliyyətini çox da bəyənmir:

“Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasının (AKP) gördüyü işləri, siyasətini çox bəyənirəm. Türkiyənin hazırkı inkişafı AKP ilə bağlıdır”.
 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, partiya olaraq Türkiyədəki partiyaların çoxunun fəaliyyətini bəyənirlər.

“Türkiyədə kifayət qədər demokratik cəmiyyət formalaşıb. Türkiyənin bir çox partiyasının fəaliyyətini müsbət dəyərləndiririk. Ən yaxşı münasibətlərimiz olan partiya Milliyətçi Hərəkət Partiyasıdır (MHP). Yeni yaradılan İYİ Partiyada da tanıdığımız və münasibətimiz olan xeyli insanlar var. İnanmıram ki, İYİ partiya nə vaxtsa MHP-nin yerini tuta bilər. Bu məsələləri biz həll etmirik, Türkiyə cəmiyyəti həll edir”.
 

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki, Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Türkiyədə olan bir çox partiyalarla münasibətləri var.

“Hakim partiya olan Ədalət və İnkişaf Partiyası ilə AMİP Beynəlxalq Demokratik İttifaqı çərçivəsində müəyyən əlaqələr qurub. Ötən il bizim AKP ilə İstanbulda tədbirimiz olub. Təkcə müxalifət partiyaları ilə deyil, hakim partiya ilə də AMİP-in münasibətləri var”. 
 

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Türkiyədə bir çox partiyalarla münasibətləri var.

“Türkiyədə siyasi görüşləri, gördükləri işləri bizim partiyamıza uyğun olan Cümhuriyyət Xalq Partiyası (CHP)  ilə münasibətlərimiz çox yaxşı səviyyədədir. Onların siyasi görüşlərini bəyənirik”. 
 

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, Türkiyədə Vəhdət Partiyasına ideal olacaq partiya yoxdur: “Zamanla Türkiyədə bir çox partiya ilə münasibətlərimiz olub. Alparslan Türkeşin Milliyətçi Hərəkət Partiyasına rəhbərlik etdiyi dövrdə o partiyaya rəğbətimiz var idi. Hazırda münasibətlərimiz olsa da, yüksək səviyyədə deyil. Türkiyədəki partiyaların hər birinə müəyyən qədər rəğbətimizlə yanaşı, bəyənmədiyimiz tərəflər də var”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli  bildirib ki,siyasi təşkilat kimi iştirak etdikləri beynəlxalq platformalar var.

“Onlardan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvüyük. Həmin alyansda Türkiyəni hakim partiya - Ədalət və İnkişaf Partiyası təmsil edir. Türkiyədəki digər partiyalarla da bu təşkilat çərçivəsində əlaqələrimiz var. Digər siyasi təşkilatlardan Milliyətçi Hərəkət Partiyası ilə sıx əlaqələrimiz var”.  
 

Müasir Müsavat Partiyasının Hafiz Hacıyev deyib ki,  Türkiyədə Milliyətçi Hərəkət Partiyasının fəaliyyəti (MHP) Müasir Müsavat Partiyasının maraqlarına daha uyğundur.

“Ona görə MHP-yə rəğbət duyuruq. MHP müxalifət olsa da lazımi məqamlarda - dövlətin ən ağır günündə onun yanında olur. Müxalifətçilik dövlətə, xalqa qənim kəsilmək deyil. Buna görə də bizim MHP ilə fikirlərimiz üst-üstə düşür. MHP lazım olanda hakimiyyəti tənqid edir, nöqsanları göstərir, çətin anlarda da dövlətin yanında olur. Mən MHP-nin fikirlərini tam bəyənirəm və siyasi kursu da dövlətçiliyə uyğundur. Düşünürəm ki, belə davam etmələri daha məqsədə müvafiq olar”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft