AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev kollektivə təqdim olunub  •   Bir şəklin tarixçəsi   •   Təbrizdə “kitab mübadiləsi” qrupu yaradılıb  •   Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb  •   Manat ucuzlaşmayacaq   •   “Heyran gədiyi”ndə gənclər tərəfindən qaldırılan lövhələr yenidən quraşdırılıb  •   Təbrizdə 120 ağacın kəsilməsi etirazlara səbəb olub  •   Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib  •   MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib  •   Rəsulzadənin nəvəsi: “Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur” - MÜSAHİBƏ  •   Bolqarıstan Azərbaycanla birbaşa reyslərin açılması imkanını alqışlayır  •   Azərbaycanın tarixi şəxsiyyətləri və türk millətini təhqir edən irqçi şəxs saxlanılıb  •   Ordumuzun aprel qələbəsindən 2 il ötür  •   İranda nəşr edilmiş “türkcə təqvim” ilə əlaqəli olaraq daha bir fəal saxlanılıb  •   Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub  •   Müdafiə Nazirliyi əhaliyə müraciət etdi  •   Təbrizdə 8 etirazçıya həbs hökmü çıxarılıb  •   Alpinizm üzrə güney azərbaycanlı dünya çempionu sponsoru olmadığı üçün fəaliyyətini dayandırıb  •   Gəncədə iki otağlı ev yanıb  •   Şəhriyar Məmmədyarov lider ola bilmədi; Növbəti heç-heçə  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb
15/03/2018 Yazdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırımı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Baş nazir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə böyük önəm veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək. Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur. Bu sərmayə qoyuluşu davam edir, daha da böyük rəqəmlərə çatacaq.

Bu il TANAP layihəsinin istismara verilməsini biz birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün də yeni imkanlar açacaq. Keçən il biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik və bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya qitəsi üçün də böyük əhəmiyyət daşıyır.

Biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik və Türkiyə ilə Azərbaycanın gələcək birgə fəaliyyəti haqqında danışacağıq. Bir daha xoş gəlmisiniz.

x x x

Baş nazir Binəli YILDIRIM dedi:

-Xoş gördük və çox təşəkkür edirəm, hörmətli cənab Prezident.

Sizin də ifadə etdiyiniz kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir. Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya daşımaları təmin edəcək tarixi “İpək Yolu” - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz və təşəbbüsünüzlə, cənab Prezidentimizin də töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb və eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir.

Bu gün qardaş və dost Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bizə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm.

x x x

Görüşdən sonra Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım birgə nahar etdilər./azertag/


+ Benzer Haberler
» Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev kollektivə təqdim olunub
» Bir şəklin tarixçəsi
» Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb
» “Heyran gədiyi”ndə gənclər tərəfindən qaldırılan lövhələr yenidən quraşdırılıb
» Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
» MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib
» Rəsulzadənin nəvəsi: “Məhəmməd Əmin bakılı olsa da, Bakıda heykəli yoxdur” - MÜSAHİBƏ
» Bolqarıstan Azərbaycanla birbaşa reyslərin açılması imkanını alqışlayır
» Azərbaycanın tarixi şəxsiyyətləri və türk millətini təhqir edən irqçi şəxs saxlanılıb
» Ordumuzun aprel qələbəsindən 2 il ötür
» Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
» Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
» Gəncədə iki otağlı ev yanıb
» Təbriz və Urmiyədə turizm sahəsində yenilik
» İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur
» Azərbaycanda insan orqanları satan dəstə aşkarlandı - başçıları həbs olundu
» Prezident İlham Əliyev: Qlobal Bakı Forumu çox mühüm platformaya çevrilib
» 4 ölkənin xarici işlər naziri bu gün Bakıda görüşür
» 26 iyunda hərbi parad keçirilə bilər
» Builki Novruz təqvimi bir də 2035-ci ildə təkrarlanacaq


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (30)

Məzənnələr
 USD :  1.7000
 EUR :  2.0763
 GBP :  2.3703
 TRY :  0.4144
 EUR/USD :  1.2214
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft