AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda bəzi meyvə ağaclarının yox olma təhlükəsi yaranıb
23/01/2015 Yazdır

Azərbaycanda 43 ağac və kol bitkisi, o cümlədən bir çox meyvə ağacları arealının kiçilməsi təhlükəsi baxımından kritik vəziyyətdədir.

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Elman İsgəndərov Trend-ə bildirib ki, Azərbaycanda təxminən 467 növ ağac və kol bitkisi var. Onların 189-u, yəni üçdə biri qorunmaya ehtiyacı olan, yəni nadir bitkilərdir.

Alimin sözlərinə görə, Azərbaycan florasında 42 fəsilə 71 cinsə aid 189 nadir və nəsli kəsilməkdə olan ağac və kol növü öyrənilib. Bu bitkilər təhlükə kateqoriyalarına görə 9 – “nəsli kəsilmiş”, “təbiətdə nəsli kəsilmiş”, “kritik vəziyyətdə olan”, “nəsli təhlükədə olan”, “sayı azalan”, “təhlükəyə yaxın vəziyyətdə olan”, “ən az təhlükədə olan”, “kifayət qədər məlumat yoxdur”, “məlumat yoxdur” kateqoriyalarına bölünüb. Tədqiqatların nəticələrinə görə, Azərbaycanda “nəsli kəsilmiş” və “təbiətdə nəsli kəsilmiş” kateqoriyaları üzrə ağac və kol bitkiləri yoxdur.

“Kritik vəziyyətdə olan” kateqoriyasına 43, “nəsli təhlükədə olan” kateqoriyasına 20, “sayı azalan” kateqoriyasına 65, “təhlükəyə yaxın vəziyyətdə olan” kateqroiyasına 43, “ən az təhlükədə olan” kateqoriyasına 14, “kifayət qədər məlumat yoxdur” kateqoriyasına 3, “məlumat yoxdur” kateqoriyasına 1 növ ağac və kol bitkisi daxil edilib.

E.İsgəndərovun sözlərinə görə, “Kritik vəziyyətdə olan” kateqoriyasına giləmeyvəli qaraçöhrə, Hirkan pirkalı, Kütyarpaq püstə, Pastuxov daş sarmaşığı, Ürəkvari yarpaq qızılağac, Göyçay vələsi və s. daxildir. Bu kateqoriyaya xeyli meyvə, xüsusilə armud ağacları- “Sallaq”, “Voronov”, “Zəngəzur”, “Eldar”, “Radde”, “Medvedev” armudları, Naili badamı, Pontika yemişanı, Qafqaz yemişanı da salınıb.

Alim qeyd edib ki, “Kritik vəziyyətdə olan” kateqoriyasına daxil edilmiş iki növ bitkinin - adi meşə gilası və aptek dəfnə gilanarın təbiətdə nəsli kəsilib-kəsilməməsi ilə bağlı müəyyən mübahisəli fikirlər var. Həmin bitkilərin təbiətdə nəsli kəsilsə də, mədəni şəraitdə onlara rast gəlmək mümkündür. Bununla bağlı araşdırmaların aparılmasına ehtiyac var. Araşdırmaların nəticəsindən asılı olaraq, bu bitkilər 2-ci, yəni “təbiətdə nəsli kəsilmiş” kateqoriyasına da aid edilə bilər.

Onun sözlərinə görə, "nəsli təhlükədə olan" kateqoriyasına dünyada yalnız Azərbaycanda rast gəlinən bir neçə növ nadir bitkilər də - Qaya dovşanalması, Bakı cuzqunu, Hirkan ənciri (qara, armudda oxşar əncirlər) də daxil edilib.

E.İsgəndərov deyib ki, bir neçə növ toxum keyfiyyətinin çox aşağı olması səbəbindən onlar təhlükəlilik baxımından kritik vəziyyətdə hesab edilir. Ancaq ümumən nadir bitkilərin arealının kiçilməsinə gətirib çıxaran səbəblər çox olsa da, əsas faktor antropogen amildir: “Dərman bitkisi hesab edilən çaytikanını, yabanı kiçik xurmanı budaqla qırırlar. Bununla da insanların özləri həmin meyvə bitkilərinin çoxalmasının qarşısını alırlar”.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazilərində nadir və nəsli kəsilməkdə olan bitkilər var. Belə bitkilər daha çox Talış bölgəsindədir. Ancaq “Kritik vəziyyətdə olan” kateqoriyasına daxil edilən armud ağacları daha çox Naxcıvandadır.

İnstitut əməkdaşı əlavə edib ki, Azərbaycanın 2013-cü ildə nəşr edilmiş “Qırmızı kitab”ına 50 növ ağac və kol bitkisi daxil edilib. Ancaq aparılmış yeni tədqiqat işləri nəticəsində məlum olub ki, daha çox bitkinin “Qırmızı kitab”a düşməsinə ehtiyac var. Buna görə də gələcəkdə nəşr olunacaq “Qırmızı kitab”a tədqiqata cəlb edilmiş 189 bitkinin hamısının daxil edilməsi yaxşı olar.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft