AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda qadınların abort "sevgisi"
21/11/2014 Yazdır

Azərbaycanda abortlar daha çox 25-34 yaş arasında olan qadınlar tərəfindən etdirilir. Bu yaşda olan hər 1000 qadından 20-nin hamiləliyi abortla başa çatır.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi səlahiyyətlərini icra edən, mama-ginekoloq Leyla Məmmədova Trend-ə bildirib ki, 2013-cü ildə Azərbaycanda doğuşların sayı 146 600, abortların sayı 27 892 olub.

Azərbaycanda hər 1000 nəfər 18-19 yaşlı qadına düşən abortların sayı 6,4, 20-24 yaşlı qadınlara düşən abortların sayı 12,4-dür. Abort göstəricisi 25-34 yaşlı qadınlar arasında digər yaş qrupları ilə müqayisədə nəzərəçarpan dərəcədə yüksəkdir.

Bu göstərici 25-29 yaşlı qadınlar arasında 19,4, 30-34 yaşlı qadınlar arasında 20, 35-49 yaşlı qadınlar arasında 4,2-dir.

Onun sözlərinə görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir. Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxama ilə nəticələnir. Məhz belə hallarda həmin qadınlar tibb müəssisələrinə müraciət etdikdə həkimlər bu abortlardan xəbər tuturlar.

L.Məmmədova əlavə edib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda 2013-cü ildə hər 100 doğuşa 19 abort qeydə alınıb. Son demoqrafiya və sağlamlıq sorğusunun (2011-ci il) nəticələrinə görə isə Azərbaycanda hamiləliklərin 52,7%-i diri döllə doğuşla, 40,9%-i süni abortla başa çatır.

Bu göstəricilər 2006-cı il üzrə demoqrafiya və sağlamlıq sorğusunda müvafiq olaraq 45,5% və 48,9% təşkil edib: “Müsbət dinamika qeyd olunur. Sorğunun nəticələrinə əsasən, hamiləliklərin nəticəsi baxımından abortlar 8% azalıb.

Ancaq, əlbəttə, bütün hallarda bu göstəricilər qənaətbəxş deyil. Bu hallar reproduktiv yaş dövründə olan qadınlarımızın ailə planlaması üsullarından istifadə səviyyəsinin aşağı olmasından irəli gəlir”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft