AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?
05/12/2017 Yazdır

Azərbaycanda əhalinin ildən - ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər. Bir sıra mütəxəssislər boyun getdiçkə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər. 

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.

Uzman. Dr Fuad Bəşirov Modern.az-a açıqlamasında qeyd edib ki, boyla ağıl arasında heç bir elaqə yoxdur.

“Səslənən fikirlərə rəğmən insanların boyunun getdikcə qısalması ilə bağlı bir tədqiqat varmı-yoxmu dəqiq bilmirəm. Olsaydı, çox güman ki, xəbərim olardı.

Çin və Yapon xalqlarının boyları ortalama insan boyundan qısa deyil. İndiyə qədər insanın fiziyolojik quruluşu ilə IQ (zəka gostericisi olaraq qəbul edilir) arasında əlaqə olduğu göstərilməyib”.


Mütəxəssislər qeyd edir ki, hormonal dəyişikliklərlə bağlı müraciət edənlər  arasında boy qısalığından şikayət edənlər çox olur. İllik böyümə sürəti 1-2 yaş arasında təxminən ildə 8 sm, bundan sonra isə yetkinliyə qədər ildə 5-6 sm-dir. İllik boy artımı yaşa görə normadan az olarsa, boy qısalığına səbəb ola bilər.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, Azərbaycanda insanların boyunun qısalması və çəkilərinin azlığı ilə bağlı heç bir statistika yoxdur.

“Azərbaycan ümumiyyətlə əhalisinə görə uzunboylu ölkələrdən deyil, təxminən ortaboylu ölkələr sırasındadır. Mənim bildiyim məlumata görə, uşaqlarda boyun qısalması prosesi deyil, əksinə uzanması prosesləri gedir. Bundan əlavə,  fiziki sağlamlıqla bağlı da birmənalı fikir söyləmək olmaz ki, azərbaycanlıların fiziki sağlamlığı kimlərdənsə geri qalır. Düzdür, insanların getdikçə boyunun qısalması ilə bağlı Milli Məclisdə də fikirlər səslənib, amma mən cılızlaşmaya meyllilik hiss etmirəm.

Ola bilər ki, onlar hansısa Avropa ölkələrinin insanları ilə müqayisə edirlər. Qeyd edim ki, hər bir etnik qrupun özünün fiziki-antropoloji göstəriciləri var. Və bu göstəricilərə görə Avropa insanı ilə bizi müqayisə etmək düzgün deyil.  Azərbaycanda 40-50 il əvvəlki göstəricilərə baxsaq da, qeyd edə bilərəm ki, fiziki olaraq dəyişiklik hiss olunmur”.

Bəzi mütəxəssislər boy qısalığını daha çox qohum evlilikləri ilə əlaqələndirirlər. Belə ki, qohum nikahları gendə cılızlaşmaya səbəb olur ki, bu da fiziki baxımdan özünü mütləq göstərir. Əlavə olaraq boy artımı üçün qidalanma və gigiyena da əsas şərtlərdən hesab olunur.

Müxtəlif idman növləri ilə məşğul olmaq, proteinli qidalarla bəslənmək, gecikmədən həkimə müraciət edilərsə, boyun müəyyən qədər uzanmasına gətirib çıxara bilər. Araşdırmalara əsasən, uşaqların boyu 70% ata və anadan, 30% isə birbaşa qidalanmadan və sağlamlıq vəziyyətindən asılıdır.

Musa Quliyevin sözlərinə görə, Azərbaycanda insanların idmanla məşğul olması üçün şərait yaradılsa da, bu sistem halında formalaşmayıb.

“Baxmayaraq ki, Azərbaycanda çoxlu sayda idman olimpiya kompleksləri açılıb, ancaq məktəblərdə idman dərslərinə çox ciddi fikir verilmir və idmanla bağlı müəyyən forumlar, hərəkatlar geniş şəkildə yayılmayıb. Sovet dönəmində məhəllələrdə turniklər olurdu,  “Əməyə və müdafiəyə hazır ol” devizi altında müxtəlif məktəblərarası, rayonlararası idman yarışları keçirilirdi. Bu da insanların idmana marağını artırırdı və bu sağlamlıq cəhətdən çox vacib hesab olunur. Bunlar bir qədər azaldığı üçün ümumi göstəricilərə mənfi təsir edə bilər”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft