AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Azərbaycanın balanslaşdırılan, sabit iqtisadi siyasəti dünyanı onun ayağına gətirib”
27/03/2015 Yazdır

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyevadır.

- Fatma xanım, hər ilin başlanğıcında Dağlıq Qarabağ münaqişəsinin bu il həll ediləcəyi proqnozları (öngörülər) verilir, amma…

- Dağlıq Qarabağ münaqişəsinin bu zamana kimi həll olunmamasının arxasında böyük güclərin maraqları dayanır, bu şübhəsizdir. Ən əsası isə böyük güclər Azərbaycanın inkişafında, güclənməsində maraqlı olmadıqlarından rəsmi Bakıya qarşı ikili standartlardan yanaşırlar. Bu yanaşma təkcə bizə yox, qardaş Türkiyəyə də yönəldilir.

Türk dünyasının güclənməsi həmin güclərin təşvişinə səbəb olub ki, bu gün Türkiyədə PKK, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişəsi alovlanır. Bu münaqişənin həlli o qədər də asan deyil, amma cənab prezidentimiz İlham Əliyevin apardığı xarici siyasət, yüksək tribunalardan ermənilərin işğalçılıq siyasətini ifşa edən çıxışları Ermənistana dəstək verən böyük güclərin özlərini də fakt qarşısında qoyub.

Bilirsiniz, bu məsələdə bir xristian (məsihi) təəssübkeşliyi də mövcuddur. Yaxın və Orta Şərqdə baş verən hadisələrə baxın, İraq, Əfqanıstan, Misir, Liviya (Libi), Suriya … ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müdaxiləsi, NATO dövlətlərinin Pentaqona dəstəyi və s. Rusiya-Ukrayna münasibətlərində ABŞ başda olmaqla Avropa dövlətlərinin rəsmi Kiyevə dəstəyini götürək. Bəs niyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu təəssübkeşlik, bu dəstək Azərbaycana göstərilmir?

Onu da açıq deməliyəm ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistanla deyil, işğalçı ölkəni himayə edən böyük güclərlə üz-üzə qalıb. Ermənistanın Azərbaycan qarşısında dayanmaq gücü yoxdur, bunu Minsk Qrupu üzv dövlətləri də yaxşı dərk edirlər.

- Bəs belə olan halda münaqişənin həlli niyə uzadılır?

- Bilərəkdən. Bu məsələdə də böyük güclərin maraqları mövcuddur. Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanda münaqişələr yaradılıb. Deməli, Dağlıq Qarabağ münaqişəsinin həlli açarı da nəzərdə tutduğumuz böyük güclərin əlindədir. Böyük güclər Azərbaycana bu münaqişə vasitəsilə təsir etmək niyyətindədir, Azərbaycanı da Ermənistan kimi qarşılarında diz çökdürmək istəyiblər. Amma Əliyev siyasəti bu planın həyata keçməsinin qarşısını aldı. Azərbaycanı bölmək istəyən daxili və xarici qüvvələrin bütün məkrli planlarını alt-üst edib. Bu gün böyük güclərin özləri belə Azərbaycanla hesablaşmaq məcburiyyətindədir.

Azərbaycanın həyata keçirdiyi iri iqtisadi layihələr, Avropanın enerji təhlükəsiyliyinin təminatı bütün dünyanın rəsmi Bakı ilə hesablaşdıran amillərdən biridir. Ona görə də Ermənistanın arxasında dayanan güclü dövlətlərin Azərbaycanla bağlı istəyi həyata keçmir. Azərbaycan müstəqildir və onun müstəqil siyasəti xalqının gələcəyinə, dövlət və dövlətçiliyinin qorunmasına, möhkəmlənməsinə hesablanıb. Xalqla hakimiyyətin birliyi düşmənin istənilən zərbəsinin qarşısını almağa qadirdir.

Azərbaycanda aparılan iqtisadi islahatlar, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, quruculuq və abadlıq işlərinin aparılması ölkəmizin gücünün, qüdrətinin nümunəsidir. Bu məsələdə ölkəmizdəki siyasi sabitliyi, demokratiyanı, söz və mətbuat azadlığının, insan hüquqlarının qorunmasını da qeyd etməliyik.

- Azərbaycan iqtisadiyyatından söz açdınız, rublun dəyərdən düşməsi, dolların məzənnəsinin qalxması, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza hansı mənfi təsirlər göstərə bilər?

- Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilib, ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunub, beynəlxalq aləmdə əlaqələrimiz daha da möhkəmlənib. Ötən il də Azərbaycan dünyanın diqqət mərkəzində olmuş, davamlı ictimai-siyai sabitlik, iqtidarla xalqın sıx vəhdəti və sürətli inkişaf xarici investorların (yatırımçılar) daha çox investisiya (yatırım, sərmayə) qoymalarına rəvac verib.

Fakt üçün qeyd edək ki, ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geosiyasi mövqeyi ilə regional və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Hazırda Azərbaycan iqtisadiyyatı dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır. Ölkəmizin 50 milyard dollardan çox valyuta ehtiyatının olması siyasi və iqtisadi strategiyanın düşünülmüş şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Buna görə də sualınıza cavab olaraq demək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı yüksək templə inkişafdadır. İqtisadiyyatımıza heç bir təhlükə gözlənilmir.

- Bu günlərdə Türkiyədə Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməli qoyulub. Sizin fikrinizcə, Azərbaycanın hər belə bir layihəsinin reallaşması ölkəmizin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə necə təsir göstərəcək?

- TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olub, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət edəcək. Bilirsiniz ki, “Cənub” qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşması Azərbaycanın uğurlarından biridir. Böyük siyasi əhəmiyyətə malik bu layihə ölkəmizdəki iqtisadi inkişafın təminatçısı olacaq. Eyni zamanda layihə regionun inkişafında mühüm rol oynayacaq.

TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığı, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini də unutmamalıyıq. Bu layihə 1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasətinin bir qoludur. Bu layihələrin reallaşması Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolu olduğunu göstərir. Bir sözlə, Azərbaycanın balanslaşdırılan, sabit iqtisadi siyasəti dünyanı onun ayağına gətirib.

Elnur Eltürk

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft