AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanlılar həcdən imtina edir? - Foto
20/08/2015 Yazdır

Səfərin başlamasına az qalmasına baxmayaraq həcc kvotası hələ də dolmayıb.

Həcc ziyarətinə səfərin başlamasına 20 gün qalmasına baxmayaraq, Azərbaycan zəvvarları üçün ayrılmış həcc kvotası bu günə kimi də dolmayıb. Keçən ilki kvota ilə müqayisədə 40 faiz azalma olmasına, bu ilki kvotanın cəmi 2400-ə düşməsinə baxmayaraq, azərbaycanlılar bu il nədənsə həccə getmək istəmirlər.

Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, həcc kvotalarının dolmasında bu cür çətinlik yaranıb. 

Məsələ ilə bağlı ANS-in suallarına cavab verən QMİ-nin əməkdaşları problemi havaların isti keçməsi ilə bağlayırlar. “Ola bilər ki, adamlar istirahətdədir. Yəni əhali istirahətdən dönəndən sonra kvota dola bilər. Kvotaların dolmaması havaların isti keçməsi ilə də bağlı ola bilər. Bizim borcumuzdur ki, kvota dolana qədər bu barədə elan verək. İnşallah, yaxın günlərdə kvota dolar”,- deyə İdarədən bildiriblər.

Həcc kvotasının dolmasında bu il yaranmış problem təkcə havaların isti keçməsi ilə bağlı deyil. Məsələ bundadır ki, bu il həccə səfər dindlarlar üçün daha baha başa gəlir. Əgər keçən il Azərbaycanda ən ucuz variant üzrə həccə səfər xərcləri 3250 manata başa gəlirdisə, bu il həmin variant üzrə xərclər 4700 dollara (təxminən 5000 manata) qalxıb.

Göründüyü kimi, qiymətlər təxminən 1800 manat bahalaşıb və ölkədəki orta əmək haqqı göstəricisinin 11 mislinə qədər yüksəlib. Statistikaya görə, 2015-ci ilin birinci yarısı üzrə Azərbaycanda muzdla işləyənlərin orta aylıq maaşı 457,2 manat təşkil edir. 


Kəbə həcc mərasimi zamanı 

Yəni həccə getmək istəyən mömin 11 ay yemədən-içmədən pul yığmalıdır ki, ən ucuz həcc xərcini ödəyə bilsin. Zəvvarın cibində təxminən 1000 manata yaxın əlavə pul da olmalıdır ki, qiyməti təxminən 120 dollara bərabər olan qurban qoyunu ala bilsin, bəzi cari xərclərini təmin etsin. Belə olan zaman, istər-istəməz, potensial zəvvarın həcc xərclərini ödəməsi üçün kreditə müraciət etməsi məsələsi gündəmə gəlir. 

İlahiyyatçı alim İsmayıl Əhmədov kreditlə həccə getməyin yolverilməz olduğunu bildirir: “İşin içində faiz olduğuna görə yolverilməz sayılır. Fərdi şəxsdən borc götürərək həccə getmək də məsləhət deyil. Yalnız həmin borcun zəvvarı çətinliyə salmayacağına əminlik varsa, mümkündür. Həm də zəvvar səfər müddətində ailəsinin dolanışığı üçün lazım olan qədər vəsait qoyub getməlidir”. 

Təbii ki, qiymətlərin qalxması üzündən potensial zəvvarlar bu şərtlərə əməl edə bilmirlər və həcc səfərindən imtina etməli olurlar. Azərbaycandan fərqli olaraq, qonşu ölkələrdə bu ilki həcc qiymətləri elə də dəyişməyib. Postsovet məkanı ölkələri və Türkiyə üçün təxminən 3500 dollar ətrafında qalıb. Yalnız Qırğızıstan istisnadır, bu ölkədə həcc səfərini 2500 dollara təşkil edirlər. 

Ölkələr üzrə ən ucuz variant üzrə həcc səfərinin qiyməti (dollarla) 


Bunun nəticəsidir ki, bu il hər 100 min nəfər müsəlmana düşən zəvvar sayı göstəricisinə görə Azərbaycan qonşu ölkələr arasında ən aşağı nöqtədədir. Misal üçün, Rusiyanın hər 100 min müsəlmanından 82-si bu il həccə gedirsə, Azərbaycan üçün bu göstərici 25-dir. Əhali sayına görə, Azərbaycandan 3 dəfə kiçik olan Dağıstandan bu il həccə 6200 nəfər gedəcək ki, bu, 100 min dağıstanlı müsəlmanın 213-nün həccə getməsi deməkdir. Yəni Azərbaycanın analoji göstəricisindən 8,5 dəfə yüksəkdir. 

Ölkələr üzrə hər 100 000 müsəlmana düşən zəvvar sayı


İlahiyyatçı alim İsmayıl Əhmədov vəziyyəti düzəltmək üçün həcc səfərlərini dövlətin himayəsinə götürməyi məsləhət görür: “Elə etmək lazımdır ki, orta gəlirli Azərbaycan dindarları da həccə gedə bilsinlər. Ona görə də dövlət bu sahəni himayə etməlidir. Qiymətlərə nəzarət edilməlidir, əgər səfərlər doğrudan da baha başa gəlirsə, dövlət büdcəsindən maliyyə yardımı edilməlidir ki, qiymətlər aşağı düşsün”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft