AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Dövlət bayrağının şaquli asılma qaydası dəyişdirilib  •   Təbrizin bələdiyyə başqanı İnstaqram səhifəsində etiraz komentlərinə qadağa qoydu  •   Hikmət Hacıyev: Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib  •   Ukrayna yazıçısı Bakıdan yazdı...  •   İranda türklər futbolda ayrı-seçkiliyə etiraz edir  •   Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib  •   Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib  •   Özəl bağçaların əksəriyyəti məmurlarındır  •   Güneydə türk fəalların şəhərlərarası səyahətinə əngəl törədilir  •   Maroş Şefçoviç: TANAP-ın açılışı göstərir ki, biz niyyətləri reallığa çeviririk  •   Azərbaycanlı fəaldan Urmu gölünün qurudulmasına etiraz – VİDEO  •   190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb  •   Con Toşak Traktorsazinin yeni baş məşqçisi oldu  •   Paytaxtın mərkəzində 2 göyrüş ağacının kəsilməsi faktı aşkarlandı  •   Şəhər Şurası: ‘Ana’ adı qanuna uyğun deyil, məkan adları farsca olmalıdır  •   Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir  •   Bu gün “Cənub Qaz Dəhlizi”nin açılışı keçirilir   •   Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq  •   Traktorsazi klubu satılıb  •   Cümhuriyyət parlamentinin sonuncu iclasından REPORTAJ: Zalda ağlayan və ürəkləri parçalanan deputatlar…  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanlıların müqaviməti nəticə verdi
14/09/2017 Yazdır

Azərbaycan Milli Hərəkat fəalları və bir sıra yerli məsulların müqaviməti nəticəsində rejim ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək qərarından vaz keçib.

Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri öz İnstagram səhifəsində məlumat yayıb. “Bir sıra cəhdlərdən sonra Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsi ilə bağlı plan ləğv edildi”- deyə millət vəkili qeyd edib.

Son günlərdə radikal kürd qruplaşmalarına yaxınlığı ilə seçilən Fridun Hümməti adlı ilamlı kürdün İran Daxili İşlər naziri tərəfindən Qərbi Azərbaycana vali kimi nəzərdə tutulduğu qeyd olunurdu. Xəbər yayıldıqdan sonra nazirin bu qərarına qarşı Azərbaycan əhalisi, xüsusi ilə də milli-mədəni fəallar, həmçinin bir sıra yerli məsullar ciddi etirazlara başladılar. Məhz bundan sonra rejim geri addım ataraq Qərbi Azərbaycanın vali postu üçün digər variantlar axtarmalı oldu.

H.Bahaduri bundan öncə İnstagram səhifəsində paylaşdığı məlumatda Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu, bu barədə prezident Həsən Ruhaniyə məktubla müraciət etdiyini yazmışdır.

Millət vəkili həmçinin qeyd etmişdir ki, o Prezident Administrasiyasının rəisi Dr. Vaezi, Həsən Ruhaninin seçki qərargahlarının rəisi və Ticarət, Mədən və Sənaye naziri Dr. Şəriətmədari, İran Daxili İşlər nazirilin parlament işləri üzrə müavini Dr. Samani və prezident müavini və Ətraf Mühit Təşkilatının rəisi Dr. Kəlantəri ilə telefon əlaqəsi saxlayaraq sözügedən təyinata qarşı olduğunu, bu istiqamətdə olan cəhdlərin düzgün olmadığını deyib.

Xəbər verdiyimiz kimi, mövzu ilə bağlı Urmiyənin millət vəkili Ruhulla Həzrətpur da İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazmışdır. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.

 Urmiyənin digər millət vəkili Nadir Qazipur da həmkarları ilə eyni mövqeyi paylaşıb. “Mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur”- deyə o vurğulamışdır.

Fridun Hümməti İlam kürdlərindəndir. O bundan öncə Tehran tərəfindən Qərbi Azərbaycan Teleradio Şirkətinin rəisi postuna təyin edilib. Fridun Hümməti rəsmi fəaliyyəti müddətində Mahabad kürd şəbəkəsinin gücləndirilməsi istiqamətində xüsusi addımlar atıb, onlara müxtəlif yollarla yardım göstərib.

Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərirlər./gunaz.tv/


+ Benzer Haberler
» Təbrizin bələdiyyə başqanı İnstaqram səhifəsində etiraz komentlərinə qadağa qoydu
» Güneydə türk fəalların şəhərlərarası səyahətinə əngəl törədilir
» Azərbaycanlı fəaldan Urmu gölünün qurudulmasına etiraz – VİDEO
» Şərqi Azərbaycanda ötən il 14 mindən çox azyaşlı qız rəsmi nikaha girib
» Təbrizdə birinci park kitabxanası yaradıldı
» Təbrizdə “kitab mübadiləsi” qrupu yaradılıb
» Təbrizdə 120 ağacın kəsilməsi etirazlara səbəb olub
» İranda nəşr edilmiş “türkcə təqvim” ilə əlaqəli olaraq daha bir fəal saxlanılıb
» Təbrizdə 8 etirazçıya həbs hökmü çıxarılıb
» Alpinizm üzrə güney azərbaycanlı dünya çempionu sponsoru olmadığı üçün fəaliyyətini dayandırıb
» Azərbaycan ilə Qazaxıstan arasında ortaq təlim proqramlarının təşkili məsələsi müzakirə olunub
» Tehranda azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi tutulub
» “Təbriz” adının saxtalaşdırılaraq təhrif edilməsi azərbaycanlı fəalların sərt etirazı ilə qarşılanıb
» Pərisa Rifiinin təkadamlıq kamerada saxlanıldığı bildirilir
» Urmiyənin millət vəkili İranda türk millətinin təhqir edilməsinə etiraz edib
» Urmiyənin millət vəkili Azərbaycan misinin talanmasına etiraz edib
» İran mediasının ‘anti-türk’ təbliğatı ilə bağlı narahatlıq var
» “Urmu gölünü qurtaraq” kampaniyasına qoşulanların sayı 100 mini keçdi
» Urmiyə Gölü ilə bağlı yeni sosial media kampaniyası başladılıb
» Etirazlar nəticə verdi: Urmiyə Şəhər Şurasının təhrif olunmuş lövhəsi endirildi


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (20)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9745
 GBP :  2.2548
 TRY :  0.3585
 EUR/USD :  1.1615
YAZARLAR
İbrahim NƏBİOĞLU
YARIMÇIQ VƏ NATAMAMIN GÖZƏLLİYİ
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft