AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Prezident və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər  •   Ramin Əhmədov: "Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb"  •   Rusiyalı yazıçı erməni daşnaklarının dağıdıcı fəaliyyətindən yazıb  •   Üzərində Azərbaycan bayrağı olan ilk qatar Türkiyə ərazisində - Foto+Video  •   Bakıda dəhşətli qəza - Bir ailənin 4 üzvü öldü  •   Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcək   •   Azərbaycan müxalifəti Türkiyənin hansı partiyasını seçdi?  •   ““Təbriz 2018”ın açılış mərasiminə bütün ölkələrin rəhbərliyi dəvət olunmalıdır”  •   Mikayıl Cabbarov vergilər naziri təyin edilib  •   Tərəfdarları Saakaşvilini həbsdən azad etdilər   •   Fazil Məmmədov vergilər, Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən çıxarıldı  •   DQR-nın rəsmisindən müsahibə alan “Şərq” qəzetinə etiraz  •   Mart qırğınları: “İtin gəmirdiyi körpəni, divara mıxlanan uşağı çəkən fotoqraf vahimələndi” - Fotolar  •   Taha Kirmani: Milli Hərəkat qüvvələri medianın önəmini gec başa düşdü  •   Azərbaycanda 27 yaşayış məntəqəsinin adı dəyişdirilir  •   Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?  •   İranın “Şərq” qəzeti qondarma DQR-nı müstəqil ölkə kimi təqdim edib  •   Oqtay Əsədov deputatları danladı: “Telefonları söndürün, dəqiqədə bir zəng gəlir”  •   Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb  •   Təbrizdə türkcə-farsca “Urmudan Hamuna” kitabının təqdimatı keçirilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azadlığın məhdudlaşdırılması cəzasının hansı cinayətlərə şamil ediləcəyi məlum olub
03/10/2017 Yazdır

Azərbaycanda yeni cəza növü kimi tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəzasının şamil olunacağı cinayət əməllərinin siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinə Azərbaycan Prezidenti tərəfindən təklif edilən son dəyişikliklərdə yer alan yeni cəza növünün şamil olunacağı maddələrdə mövcud cəzalar da qüvvədə qalacaq, yeni cəza növü isə dispozisiyasına uyğun olaraq məhkəmənin qərarı ilə təyin olunacaq.

Azadlığın məhdudlaşdırılması adlı yeni cəza növünün şamil olunacağı cinayət əməlləri aşağıdakı maddələr üzrədir:

- Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri;

- Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi;

- Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə;

- Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə;

- Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə;

- Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma;

- Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma;

- Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma;

- Maddə 130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma;

- Maddə 131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma;

- Maddə 133. Əzab vermə;

- Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə;

- Maddə 140. İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma;

- Maddə 142. Xəstəyə kömək göstərməmə;

- Maddə 143. Təhlükədə qoyma;

- Maddə 144. Adam oğurluğu;

- Maddə 147. Böhtan;

- Maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma;

- Maddə 157. Mənzil toxunulmazlığını pozma;

- Maddə 158. Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma;

- Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə;

- Maddə 162. Əmək mühafizəsi qaydalarını pozma;

- Maddə 165. Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma;

- Maddə 169. Toplantıları keçirmə qaydasını pozma;

- Maddə 177. Oğurluq;

- Maddə 178. Dələduzluq;

- Maddə 179. Mənimsəmə və ya israf etmə;

- Maddə 180. Soyğunçuluq;

- Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə;

- Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə;

- Maddə 187. Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə;

- Maddə 189-1. Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması;

- Maddə 192. Qanunsuz sahibkarlıq;

- Maddə 193. Yalançı sahibkarlıq;

- Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə ;

- Maddə 195. Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə;

- Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma;

- Maddə 197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə;

- Maddə 198. Bilə-bilə yalan reklam etmə;

- Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma;

- Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi;

- Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi;

- Maddə 203-1. Qiymətli kağızlar bazarında manipulyasiyalar;

- Maddə 204. Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma;

- Maddə 206. Qaçaqmalçılıq;

- Maddə 221. Xuliqanlıq;

- Maddə 222-1. Özbaşına tikinti işləri aparma;

- Maddə 223. Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma;

- Maddə 224-2. İxrac rejimini pozma;

- Maddə 225. Yanğın təhlükəsizliyi qaydalarını pozma;

- Maddə 228. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə;

- Maddə 230. Odlu silahı diqqətsiz saxlama;

- Maddə 231. Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə;

- Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə;

- Maddə 236. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə;

- Maddə 237. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə;

- Maddə 239. Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma;

- Maddə 247. İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma;

- Maddə 249. Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma;

- Maddə 250. Suyu (su mənbələrini) çirkləndirmə;

- Maddə 251. Atmosferi (havanı) çirkləndirmə;

- Maddə 252. Dəniz mühitini çirkləndirmə;

- Maddə 253. Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma;

- Maddə 254. Torpaqları korlama;

- Maddə 255. Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma;

- Maddə 256. Balıq və digər su bioresurslarını qanunsuz tutma;

- Maddə 258. Qanunsuz ov etmə;

- Maddə 259. Qanunsuz ağac kəsmə;

- Maddə 260. Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə;

- Maddə 261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma;

- Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma;

- Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma;

- Maddə 269. Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi;

- Maddə 285. Məzmununda dövlət sirri olan sənədləri itirmə;

- Maddə 286. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma;

- Maddə 292. Qanunsuz olaraq tutma, həbs yerində alma və ya həbsdə saxlama;

- Maddə 294. Sübutları saxtalaşdırma;

- Maddə 296. Bilə-bilə yalan xəbərçilik etmə;

- Maddə 297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə;

- Maddə 302. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma;

- Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə;

- Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə;

- Maddə 314. Səhlənkarlıq;

- Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə;

- Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər;

- Maddə 326. Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə;

Qeyd edək ki, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.

Yeni maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Maddəyə görə, məhkəmə məhkum üçün aşağıdakı vəzifələri müəyyən edə bilər:

- kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

- alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.

Cinayət Məcəlləsinə yeni cəza növünün yer aldığı dəyişikliklər artıq ictimai dinləmədən keçib və yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib və o vaxta qədər tamam başqa formatda olub.


+ Benzer Haberler
» Prezident və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
» Ramin Əhmədov: "Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb"
» Rusiyalı yazıçı erməni daşnaklarının dağıdıcı fəaliyyətindən yazıb
» Üzərində Azərbaycan bayrağı olan ilk qatar Türkiyə ərazisində - Foto+Video
» Bakıda dəhşətli qəza - Bir ailənin 4 üzvü öldü
» Azərbaycan müxalifəti Türkiyənin hansı partiyasını seçdi?
» Fazil Məmmədov vergilər, Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən çıxarıldı
» DQR-nın rəsmisindən müsahibə alan “Şərq” qəzetinə etiraz
» Mart qırğınları: “İtin gəmirdiyi körpəni, divara mıxlanan uşağı çəkən fotoqraf vahimələndi” - Fotolar
» Azərbaycanda 27 yaşayış məntəqəsinin adı dəyişdirilir
» Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?
» İranın “Şərq” qəzeti qondarma DQR-nı müstəqil ölkə kimi təqdim edib
» Oqtay Əsədov deputatları danladı: “Telefonları söndürün, dəqiqədə bir zəng gəlir”
» Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb
» Təbrizdə türkcə-farsca “Urmudan Hamuna” kitabının təqdimatı keçirilib
» 26 ildir çözülməyən Qarakənd faciəsi...
» İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var
» Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa kim olub? - VİDEO
» SAM-ın əməkdaşları “Tərəqqi” medalı ilə təltif edildilər
» Bu gün Azərbaycanda Bayraq Günü qeyd olunur


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (25)

Məzənnələr
 USD :  1.7001
 EUR :  2.0032
 GBP :  2.2846
 TRY :  0.4379
 EUR/USD :  1.1783
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft