AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bəzi yol qəzalarında sürücülərin məsuliyyətdən azad olunmasının müsbət və mənfi tərəfləri
11/02/2016 Yazdır

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş son dəyişiklik bu il mayın 1-dən qüvvəyə minəcək.

İXM-ə edilmiş yeni dəyişikliyə görə, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişəcək. Belə ki, mayın 1-dən etibarən bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaqlar.

Hazırkı qaydalara görə, sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o, yüngül xəsarət alarsa, o zaman sürücü 200 manat məbləğində cərimə edilir. Sürücünün avtomobili idarə etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır.

Yeni İXM-də nəzərdə tutulan qaydaya görə isə piyada yüngül xəsarət alarsa, sürücü məsuliyyət daşımır. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalarda göstərilir.

Ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında yeni dəyişikliyin vacib olduğunu bildirib.

Ə.Hüseynov deyib ki, bu dəyişiklik bəzi sürücülər tərəfindən sürücülərin tam məsuliyyətdən azad olunması kimi başa düşülsə də, əslində bu belə deyil.

Ekspert hesab edir ki, bu dəyişiklik bütün hallarda törədilən yol qəzalarına aid deyil: “Əgər piyada vurulması 110 kilometr-saat və daha yuxarı sürət təyin edilən yolda törədilərsə, piyada keçidi olmayan yerdə, yolun hərəkət hissəsini keçməyin qadağan olunduğu yerdə piyada yolu keçərkən baş verərsə və bu zaman yüngül xəsarət alarsa, belə halda sürücü məsuliyyətdən azad edilir. Belə halda sürücü məsuliyyətə cəlb edilə bilməz.

Dəyişiklik onu göstərir ki, əgər belə hal baş verərsə, bu vəziyyətdə sürücünün təqsirini araşdırmağa ehtiyac yoxdur. Amma belə halda piyada ölərsə, ağır və hətta az ağır xəsarət alarsa, bu, artıq cinayət xarakterli yol-nəqliyyat hadisəsidir və ciddi araşdırılmalı, hüquqi qiymət verilməlidir. Bu halda isə yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücünün tədbir görüb-görmədiyi araşdırılmalı və nəticə müəyyənləşdirilməlidir.

Əgər belə halda sürücü yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün hər hansı bir tədbir görübsə və bu tədbir nəticə verməyibsə, bu halda da sürücü günahsız hesab edilə bilər. Amma sürücü belə halın baş verməməsi üçün tədbir görməyibsə, bu halda sürücü təqsirli hesab edilib cinayət məsuliyyətinə cəlb olunacaq”.

Ekspertin fikrincə, bu dəyişikliyin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var və buna birmənalı qiymət vermək çətindir: “Dəyişikliyin müsbət tərəfi odur ki, bu dəyişikliyin edilməsi qanunvericiliyin tətbiqində obyektivliyin təmin edilməsinə yönəlib. Bu, əslində bir mesajdır ki, yol-nəqliyyat hadisələrini araşdırmaq təcrübəsində yanlış bir mövqe var ki, həmişə demək olar, sürücülər günahkar hesab edilir. Azərbaycanda statistika da bunu göstərir.

Məsələn, Azərbaycan təcrübəsində nəqliyyat vasitəsinin piyadanı vurduğu halların 98 faizində sürücü günahkar hesab edilir, cəmi iki faiz hallarda isə piyada günahkar sayılır. Amma dünyanın heç bir ölkəsində belə bir hal yoxdur. İnkişaf etmiş Avropa ölkələrində bu məsələyə yanaşma başqadır. Avropa ölkələrində yol-nəqliyyat hadisələrində 60 faiz sürücü günahkar olur, 40 faiz piyada.

Bu yeni dəyişiklik həmin yanlış təcrübənin, ədalətdən kənar yanaşmanı aradan qaldırmağa bir mesajdır ki, hadisəyə düzgün qiymət verilsin, piyada yol hərəkəti qaydaları üzrə mövcud vəzifələri icra etməkdə məsuliyyət daşısın, piyadanın günahı üzündən başqaları məsuliyyət daşımasın. Bu, müsbət haldır”.

Ə.Hüseynov qeyd edib ki, bu məsələnin praktiki tərəfi çətin olacaq: “Çünki yol-nəqliyyat hadisələrində insan amili və digər subyektiv amillər var. Hadisəyə qiymət verilərkən yanlış təsəvvür yarana bilər ki, 110 kilometr-saat sürət olan zaman piyadanın yüngül xəsarət alması mümkündürmü? Bu hal bir az qaranlıq qala bilər.

Ən pisi odur ki, bəzi sürücülər düşünə bilər ki, onsuz da burada sürət 110 km/saatdır və hadisə baş verərsə, sürücü məsuliyyətə cəlb edilməyəcək. Bu, bir az sürücünün məsuliyyətsizliyinə gətirib çıxara bilər. Əlbəttə ki, bunu düşünən sürücülər olacaq. Amma məsuliyyətli sürücü daim diqqətli olur və yol hərəkəti qaydalarına daim riayət edir”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft