AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Babək Çələbiyanlı: İran rejimindən dil haqlarımızı alacağıq
24/09/2017 Yazdır

Bu günlər bir qrup fəal İran Azərbaycanında yeni təhsil ilinin başlaması ilə əlaqədar müraciət yayıb.

Ana dilində təhsil İranda yaşayan Azərbaycan türkləri üçün əlçatmaz bir arzu olaraq qalır. Müraciət iki hüquq müdafiə təşkilatı və güneyli fəalların dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən siyasi qrupları tərəfindən imzalanıb.

ABŞ-da yaşayan güneyli fəal, Milli Dirəniş Hərəkatının nümayəndəsi Babək Çələbiyanlı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə ana dilində təhsillə bağlı müraciətin qəbul edilməsi və ona İran Azərbaycanında reaksiyalardan danışıb.

“Burada daha çox İran rejiminə yox, xalqımıza müraciət etmişik”, Babək Çələbiyanlı bildirib. Onun sözlərinə görə, İran rejimi tərəfindən vədlərin verilməsinə baxmayaraq, bu günə qədər azərbaycanlıların öz ana dilində təhsil almasına imkan yaradılmayıb.

“Təəssüf ki, 39 ildən sonra hələ də Azərbaycan türklərinin övladları başqa bir dildə təhsil almaq məcburiyyətindədir. 21-ci əsrdə yaşasaq da 35 milyondan çox nüfusa sahib olan güneyli türklər öz ana dillərində təhsil almaqdan hələ də məhrumdurlar. Orada xalqımıza müraciət edərək istəmişik ki, çeşidli şəkildə bu məsələyə etirazlarını bildirsinlər.”

Babək Çələbiyanlının sözlərinə əsasən, İran Azərbaycanında milli fəallar tərəfindən imza toplama kampaniyası başlayıb.

“Eşitdiyimə görə, içəridə imza kampaniyası gedir. İran prezidentinə müraciət olaraq məktub yazılıb və onun altında 40 minə yaxın imza yığılıb ki, xəbərlərdə gördüyümə görə onu İran prezidentinə verəcəklər.”

Babək Çələbiyanlı məktəbdə təhsil aldığı illəri xatırlayaraq, azərbaycanlı ailələrdə böyüyən uşaqların fars dilini bilməməsi ilə bağlı qarşılaşdığı çətinliklərdən danışıb.

“Mənim özümün də heç yadımdan çıxmaz ilk gündə ki girdim məktəbə. Sadəcə bizim bölgə deyil, orada yaşayan azərbaycanlılar evdə hamısı Azərbaycan türkcəsində danışırlar. Amma məktəbə getdikdə başqa bir dil eşidirik. Mənim ömrümdə eşitmədiyim. O zaman İran televiziyasını biz ala bilmirdik, Azərbaycan kanallarına baxardıq...Biz eşikdə, ailədə, toplumda öz ana dilimizdə danışırıq, amma məktəbə getdiyimizdə öz ana dilimizi evdə qoymalıyıq. Orada haqqımız yoxdur öz dilimizdə danışaq. İnsan bir tragediya yaşayır.”

Babək Çələbiyanlı İran prezidenti Həsən Ruhaninin ana dilində təhsil haqda verdiyi vədlərə toxunaraq, bunu seçki kampaniyası dövrü atılmış addım kimi qiymətləndirdiyini bidirib. O, İran rejimininə edilən müraciətlərin nəticəsiz qaldığını deyib.

“Biz artıq İran rejiminə bu qədər müraciət etməkdən yorulduq. Yəni onlardan hər hansı bir nəticə ala bilmədik. Ona görə bu dəfə bu bəyanatda birbaşa xalqımıza müraciət etdik. Xalq gərək özü meydanda olsun, özü öz istəklərini, tələblərini dilə gətirsin. Biz 30-35 milyondan çox nüfusa sahibik. Bunların bir çoxu qalxsa ayağa, yəni bir həftə öyrəncilər məktəbə getməsə İran rejimi bizə dili verəcək.”

Babək Çələbiyanlı deyib ki, milli fəallar İran rejiminin öz vətəndaşlarının hüquqlarına hörmət etmədiyi məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün işi davam etdirməlidir.

“İran demokratik bir ölkə deyil ki, qanuna dayanaraq deyələr, bu qanuna görə insanların haqqı, hüququ var ki təmin olunmalıdır. Onlar fəqət zordan, basqıdan, mübarizədən anlayırlar ki, insanlar əgər meydanda olsalar, öz haqlarını, istəklərini dilə gətirsələr bir şeylər deyəcəklər. Bu dilə gətirmələr, etirazlar davamlı şəkildə olmalıdır...Təkcə İranın daxilində deyil və dünya ictimiayyətinə bunu anlatmamız lazımdır ki, orada bu rejim qeyri-fars millətlərin hüququnu belə tapdayır, belə əzir.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.1183
 TRY :  0.0525
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft