AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bakıda evə basqın oldu: böyük məbləğdə pul və qızıl oğurlandı
02/09/2014 Yazdır

Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində məcburi köçkün ailəsinə basqın edilib. 

Laçın rayonundan olan məcburi köçkün İlqar Cabbarovun evinə girən 3 maskalı şəxs onun həyat yoldaşının əl-qolunu bağlayıb, ağzına "skoç" vurub, evdən 25 min manat pul və 5 min dəyərində qızıl oğurlayıblar. Bu dəhşətli hadisə 1 və 4 yaşlı uşaqların gözü qabağında baş verib. 

İlqar Cabbarovun həyat yoldaşı Gülnar ans-ə verdiyi açıqlamasında bildirdi ki, avqustun 21-də səhər saatlarında maskalı şəxslər qonşu adı altında onu aldadıblar, qapı açıldıqdan sonra isə evə giriblər: 

"Həyat yoldaşım səhər tezdən evdən çıxıb işə getmişdi. Maskalılar mənə bıçaq çıxardaraq, səs-küy salmamağımı tələb etdilər. Məndən pulların və qızılların harada olduğunu soruşdular. Evdə pul olmadığını, yoldaşımın pulları üzərində götürdüyümü dedim. Qızılların da Əhmədlidə qohumlarımızgildə saxladığımızı dedim. Üstümdəki sırğaları, üzüyü, boyunbağını açıb götürdülər. Və evləri axtardılar. Əllərimi skoçla bağlamaq istəyəndə müqavimət göstərdim.

Bu zaman uşaqlar ağlaşmağa başladı. Yalvardım ki, imkan verin uşaqların yanına gedim. Xəstə uşaqdır. Ağlayanda özündən gedir. Buna məhəl qoymadılar. Bu zaman özümdən getdim. Onlar isə otaqları axtarmağa başladıllar. Özümə birtəhər gəlib qonşuları köməyə çağırmaq üçün çölə qaçdım. Qohumumuzun evi bizdən 200 metr uzaqlıqda idi. Ora çatıb, hadisəni deyəndən sonra geri qayıtdım. Evdə olan pulun və qızılların oğurlandığlnı və maskalı şəxslərin isə qaçıb getdiyini gördüm.

Hadisə ilə bağlı 102 xidmətinə məlumat verdik".

Gülnar Cabbarovanın sözlərinə inansaq, evdə 25 min manat pulun olması barədə qohumları və evə gedib-gələnlərin əksəriyyətinin xəbəri olub: "Bizim ev o qədər gözəgəlimli deyil. Heç kim inanmazdı ki, belə evdə bu qədər pul olar. Heç polislər də inanmadılar. Sonardan bizi sorğu sual edəndən sonra inandılar. Yoldaşım qəssab işləyir. Bərdədən Bakıya mal-heyvan dalınca gedir-gəlir".

Qeyd edək ki, basqın hadisəsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis Bölməsi araşdırma aparır. Bölmənin növbətçi hissəsindən də oğurluq hadisəsinin olduğunu təsdiqləsələr də əlavə məlumat verə bilməyəcəklərini dedilər.

Gülnar Cabbarovanın dediyinə görə, maskalı şəxsləri və onların gəldikləri maşını qonşular görüb.

Gülnar Cabbarovanın qardaşı Atim Məmmədov isə bacısının həyatı üçün olan təhlükədən narahat olduğunu bildirdi. Onun sözlərinə görə, polis hadisə ilə bağlı lazım olan işləri görməyib: 

"Məsələn evdə ekspertiza aparılmayıb, qonşu qız dindirilməyib. sadəcə maskalı şəxslərin maşınının rənginin "metallik" olduğunu eşidib, qəsəbədə makler işləyən birini gətirib, bacımın onu tanıyıb tanımadığını soruşublar. Bacım da maskalı şəxslərin heç birinin ona oxşamadığını bildirib. Qohumlar və evə gedib-gələnlərdən şübhələndiyimiz adamlar var. Yeznəmin dayısı oğlunun dostu olduğu bildirilən Qarayağdı adlı adamı üzləşdirmək üçün evə gətiriblər. Bacım onu görən kimi özündən gedib. Özünə gələndə maskalı şəxslərdən birinin həmin Qarayağdı olduğunu deyib.

Digər birinin isə onun dostu Aqşin olduğuna şübhəmiz var. Hər ikisi bacımgildə vaxti ilə qonaq olublar. Bu barədə polisə də məlumat vermişik. Polis həmin Qarayağdı adlı şəxsi saxlamayıb, Tərtərdə Murad adlı adam zəng edərək Qarayağdını buraxdırıb. 3 gündür ki, həmin şəxs barədə heç bir tədbir görülməyib. Bacımın onu tanıdığına görə, gəlib bacımı öldürə də bilər. Bu variant istisna deyil. Məcbur qalıb rayondan gəlib, bacımın yanında qalıram". 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft