AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Brayza: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməyərək mülki əhalinin ölməsini istəyir"
24/04/2021 Yazdır

Ermənistanın Naxçıvan dəhlizini özünün ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışması ölkə rəhbərliyinin 10 noyabr razılaşmasından çıxmaq cəhdlərindən irəli gəlir.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, uzun illər müxtəlif ideoloji miflərlə bəslənən və müharibə dövründə aldadılan Ermənistan əhalisi indi müharibənin nəticələrini şok içərisində anlamağa başlayıb və bu razılaşmadan tamamilə çıxmağa çalışır.

“Bu, (Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməsi – red.) tamamilə yanlışdır. Ermənistan 10 noyabr bəyanatında buna razılaşıb. Bu barədə bir daha oxuyurdum və onuncu maddə açıq şəkildə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə əlaqələndirəcək dəhliz barəsindədir. Bu isə elə Ermənistan ərazisi ilə mümkündür. Bu, o demək deyil ki, Azərbaycan leqal mənada dəhlizə nəzarət əldə edəcək. Bəyanat deyir ki, Azərbaycan bu dəhlizdən istifadə edə biləcək, bu onun ərazisi olmayacaq. Ona görə də mən dəhlizin Ermənistanın ərazi bütövlüyünə təhdid olması ilə bağlı bəyanatları Ermənistan rəhbərliyinin imzalanan bəyanatdan geri çəkilmək cəhdi kimi şərh edirəm. Düşünürəm ki, Prezident İlham Əliyevi əsəbiləşdirən də bu idi. O, deyəndə ki, razılaşma razılaşmadır, biz dəhlizi bu və ya digər yolla reallaşdıracağıq, bu əsəbiliyi anlayıram. Bilirsiniz, bütün Ermənistan siyasi, psixoloji böhran içərisindədir, onlar müharibəni uduzduqlarına inana bilmirlər. Onlar on illər boyu bu cür yanlış ideoloji  miflərlə bəsləniblər ki, orduları məğlubedilməzdir, Azərbaycan hərbçiləri döyüşə bilmir.  Onlara müharibə dövründə də yalan danışılırdı. İndi bütün bunları şok içərisində anlamağa başlayırlar və 10 noyabr bəyanatından tamamilə çıxmağa cəhd edirlər. Düşünürəm ki, buna icazə verilməməlidir”, - Brayza qeyd edib.

Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritəsini verməməsinə münasibət bildirən sabiq səfir qeyd edib ki, bu davranış qəzəblənmiş ölkənin Azərbaycanın mülki əhalisinin hansısa yolla ölməsini istəməsindən qaynaqlana bilər və beynəlxalq humanitar qanunlara ziddir.

“Beynəlxalq təcrübəyə, beynəlxalq humanitar qanunlara əsasən  minaları döşəmiş ölkənin xəritəni təqdim etmək öhdəliyi var. Mən hüquqşünas deyiləm, amma anladığım budur ki, Ermənistan bu xəritələri təqdim etməyərək beynəlxalq qanunları pozur.  Ermənistanın niyə bu cür davranmaq istəyə biləcəyini təsəvvür edə bilmirəm, yeganə səbəb o görünür ki, qəzəblənmiş ölkə Azərbaycanda mülki əhalinin hansısa yolla həlak olmasını istəyir. Ermənistan bu xəritələri təqdim etməlidir”, - deyə M. Brayza bildirib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft