AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Çarəsiz Ermənistanın növbəti hiyləsi
06/05/2016 Yazdır

Ermənistan hökuməti dünən keçirdiyi iclasında qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı qanun layihəsini müzakirə edib və bir az da irəli gedərək qanun layihəsinə rəy də verib.

20 ildən artıqdır ki, qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımadığını bəyan edən Ermənistan hökumətinin indi birdən-birə belə bir addım atması hər halda təəccüb doğurmamalıdır və gözlənilən bir məsələ idi.

Ona görə ki, son dövrlərdə həm siyasi səhnədə, həm də cəbhə xəttində vəziyyətin tam olaraq Azərbaycanın xeyrinə dəyişməsi Ermənistanı son kartından istifadə edərək belə bir addım atmağa vadar etdi.

Əvvəla, elə götürək son illərdə baş verən siyasi prosesləri. Artıq Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibi olub və etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Bu gün Azərbaycan dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq layihələrin həm təşəbbüskarına, həm də əsas iştirakçısına və investoruna çevrilib.

Eyni zamanda ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir və bu istiqamətdə dünyanın vaz keçə bilməyəcəyi mühüm töhfələr verib. Bütün bunların nəticəsidir ki, artıq böyük dövlətlər Ermənistandan üz döndərməyə başlayıb. Dünya ölkələri artıq dilənçi, heç bir işə faydası olmayan Ermənistanla əməkdaşlığın səmərəsiz olduğunu anlayaraq, dünyaya mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa üstünlük verirlər.

Misal üçün, elə götürək Ermənistanın əsas tərəfdaşı olan Rusiyanı. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Rusiya Azərbaycanla bir çox sahələrdə, xüsusən də hərbi sahədə strateji tərəfdaşlıq edir. Eyni zamanda Ermənistan lobbisinin bütün səylərinə rəğmən, ABŞ ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq formalaşıb.

Elə bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti zamanı ABŞ-ın yüksək rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevlə bir sıra görüşlər keçirdikləri halda, onların Ermənistan Prezidenti Serj Sarkisyanı saya salmaması bunu aydın şəkildə göstərdi. Bu cür misalları Azərbaycanla digər bir çox dövlətlər arasındakı əməkdaşlıqdan da gətirmək olar.

Göründüyü kimi, Ermənistan siyasi səhnədə Azərbaycan qarşısında tam məğlubiyyətə uğrayıb. Döyüş meydanında da vəziyyət eynidir. Aprel ayının əvvəlində baş verən dördgünlük müharibədə ordumuzun Ermənistan silahlı qüvvələrinə çox asanlıqla qalib gəlməsi, ermənilərin alınmasını mümkünsüz hesab etdikləri mühüm mövqeləri qısa müddətdə ələ keçirməsi bunun bariz nümunəsidir.

Ermənistan bu müddət ərzində həm də Azərbaycan xalqının bütünlükdə Qarabağ uğrunda döyüşə hər an hazır olduğunu, qələbə əzmini və birliyini gördü. Xüsusən Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, erməni atəşi nəticəsində yaralanmış insanlara baş çəkməsi, dağılmış evlərə baxış keçirməsi, həmçinin əsgərlərlə görüşməsi ölkə başçısının həm Prezident kimi ən çətin anlarda belə daim xalqının, həm də Ali Baş Komandan kimi əsgərlərinin yanında olmasını göstərməklə yanaşı, ermənilərə bir daha ciddi mesaj verdi ki, Azərbaycan bir qarış torpağından belə vaz keçməyəcək.

Göründüyü kimi, həm siyasi, həm də döyüş meydanında dalana dirənən Ermənistan hakimiyyəti balıq quruda çırpınan kimi çırpınmaqdadır.

Son ümid yeri kimi qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanımaq iddiasını ortaya atmaqla nəsə əldə etməyə, vəziyyətdən çıxmağa çalışır.

Ancaq Ermənistanın bu cəhdi də onun əleyhinə işləyəcək və bu cür hərəkətlərlə nə vəziyyəti dəyişmək, nə də Azərbaycanı dayandırmaq mümkün olacaq./trend/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft