AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Dünya xalqlarında yas məclisləri: Kim ehsan süfrəsində hansı yeməkləri verir?
17/01/2017 Yazdır

Dünya xalqlarının bir-birindən fərqli dəfn adətləri möcvuddur. Bu adətlərin formalaşmasına dini, milli və coğrafi amillərin çox böyük təsiri olub. Dəfn adətlərinin çox önəmli elementi həm də ehsan süfrəsi ilə bağlıdır.

Modern.az saytı bəzi yaxın ölkələrdəki yas mərasimlərində süfrəyə hansı təam və içkilərin qoyulduğunu araşdırmağa çalışıb.

Gürcüstan. Yas mərasimi mərhumun vəfatının 7-ci günündə keçirilir. Ehsan süfrəsində mütləq çörək, çaxır və su olmalıdır. Bundan başqa, ölkənin regionlarından asılı olaraq məclisə balıq, mxali (qozla qarışdırılmış göy-göyərti), bozbaş, lobya, qovurma, xaşlama və quzu dərisində hazırlanmış xüsusi “Şilaplavi” plovu gətirilir. “Şilaplavi”nin gətirilməsi mərasimin sonuna işarə edir və süfrənin tamadası mərhum haqda sonuncu sağlığı deyir. Qaydalara uyğun olaraq, yasda yalnız 9 sağlıq deyilə bilər.

Türkiyə. Bu ölkədə yas mərasimi ilə bağlı xüsusi təamlar hazırlanmır. Dəfn günü keçirilən mərasimdə süfrəyə yalnız çay, halva və qənd verilir. Türkiyənin bəzi bölgələrində isə menyuya pendirli börək, kurabiyə və keks də daxildir. 

Mərhumun qırx mərasimi ilə bağlı mərasimə gələn hər kəsə lokum paylanır. 52 mərasimində isə mərhumun evinə molla gəlir və ruhuna dualar oxuyur. Mərasimdə qadınlar və kişilər ayrı-ayrı dururlar. Bundan sonra isə adətən, məclisə yüngül yeməklər gətirilir.

İran. Yas mərasimlərində əsas təam plov sayılır. Xüsusi olaraq toy və yas mərasimləri üçün mərasim plovu hazırlanır. Bu plov qoyun ətindən hazırlanır və onun üzərinə yaşıl noxud əlavə olunur. Yas mərasimində mərhumun ruhuna dualar oxunduqdan sonra ehsan süfrəsi aşılır. İlk olaraq çay və şirniyyat gətirilir. Daha sonra mərasim plovu gətirilir. Yas məclisinə yalnız kişilər qatılır və onlara qulluq edənlər də yalnız kişilər olur.   

Rusiya. Bu qonşu ölkə zəngin yas süfrəsi ilə seçilir. İstənilən rus ailəsində yas mərasimində əsas təam hədik sayılır. Hədik adətən buğda, bal və süd qatılaraq hazırlanır. İlk olaraq, stola borş yaxud sup gətirilir. Məclis kartof püresi, qızardılmış balıq və göbəkələ davam edir. Bəzi bölgələrdə menyuya müxtəlif sıyıqlar, tərəvəz salatları əlavə olunur. Daha sonra məclis kələm yaxud yerkökü kotleti və badımcan kürsü ilə davam etdirilir.

Sonda adətən, desert verilir. Bura pirojnalar, kökə və konfetlər daxildir. Şirniyyatla yanaşı, kompot, kvas və çay da süfrəyə verilir. 
Onu da qeyd edək ki, rusların yas məclisi araqsız keçmir. 
Ev sahibi qonaqları yola salarkən onlara şirniyyat paylayır.

Ermənistan. Dəfn günü və ertəsi gün əsas yas məcilisi keçirilir. Bu zamana məclisdə əsas təam xaşlama sayılır. Quzu ətindən hazırlanan xaşlama tərəvəzlə birlikdə süfəryə qoyulur. Bundan başqa, mərasimdə sucuk, pendir, basdırma, qızardılmış kartof və əriştə olur. Yas stolunda qadınlar və kişilər ayrı oturur.

Məclisdə mütləq araq da olur.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft