AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq
10/04/2019 Yazdır

Aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı araşdırmalar davam etdirilir.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov bildirib.

E.Səfərov qeyd edib ki, hazırda Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda açılmış cinayət işi üzrə istintaq davam etdirilir:

“Araşdırmalar davam etdirildiyindən hər gün yeni faktlar ortaya çıxır. Ona görə də yekun qərarı gözləyirik. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun araşdırmalarının nəticəsi olmalıdır. Bundan sonra Uşaq hüquqlarının monitorinqi ilə bağlı Komissiya reydin nəticələrini açıqlayacaq”.

Şöbə müdiri bildirib ki, yekun qərardan sonra Komitə öz mövqeyini bildirəcək.

Komitənin digər əməkdaşı Zülfiyyə Sadıqova Modern.az-a deyib ki, orta məktəblərdə psixoloji işin təşkili gücləndirilməlidir:

“Bir orta məktəbdə təxminən 1500-ə qədər şagird təhsil alır. Bu qədər şagirdə isə cəmi bir psixoloq düşür. Bir psixoloqun fiziki cəhətdən 1500 şagirdlə maraqlanması mümkün deyil. Psixoloq işinin təşkili zamanı şagirdlərin psixoloji xarakteristikası hazırlanır, onlara təsir göstərən amillər nəzərə alınır, ailəsi araşdırılır, yaşıdları ilə münasibətlərinə diqqət edilir. Həmin problem yeniyetməlik dövründə daha çox özünü biruzə verir. Şagird natamam ailədəndirsə, etinasızlıq görürsə, sinif yoldaşları, dostları ilə münasibətdə müəyyən problemləri varsa, davranışları daha da qabarır və neqativləşir.

Bu cür uşaqlar vaxtında müəyyən edilməli və nəzarətə götürülməlidir. Ən yaxşı halda bunu məktəbdə psixoloq, müəllimlər müşahidə edə bilər. Özləri problemi həll etmək iqtidarında olmasalar belə, mütəxəsisslərə, aidiyyatı orqanlara müraciət edə bilərlər. Uşaqlar daim nəzarətdə olmalıdırlar. Birinin gözündən yayınan digərinin gözündən yayınmamalıdır. Hər bir pedoqoq sinfə daxil olanda şagirdlərin davranışlarında baş verən dəyişiklikləri müşahidə edə bilir. Bir məsələ də var ki, valideyn uşağı daim nəzrətdə saxlaya bilmir. Uşaq vaxtının bir hissəsini məktəbdə keçirir, digər hissəsində evdə, internetdə olur. Bu işlərə həm məktəb, həm də valideynlər tərəfindən hərtərəfli nəzarət olmalıdır”.

Z. Sadıqovanın sözlərinə görə, Komitə tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

Hadisə ilə bağlı şəhər prokurorluğu və şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft