AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır
08/05/2021 Yazdır

Faşist Qaragin Njde ilə bağlı məsələ mənim ermənilərə qarşı illərlə apardığım mübarizənin bir hissəsidir. Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib.

A.Qut qeyd edib ki, Azərbaycanın Xocavənd rayonunda faşist və antisemit Njdenin murdar heykəlinin yığışdırılmasına öz dəstəyini verməyə hazırdı və hər zaman oldugu kimi Azərbaycan və İsrail bu məsələdə birgə mübarizə aparmalıdır. Bir israilli və sovet ordusunun zabitinin nəvəsi kimi öz babasına görə fəxarət hissləri keçirir. “Lakin mənim babam qazanılan qələbə ilə yanaşı, yəhudi xalqının tarixində qorxunc və dözülməz faciəyə çevrilən dəhşətli Holokost soyqırımının da şahidi olub. Mənim babam bu soyqırımı zamanı bütün ailəsini, hazırkı Ukraynanın ərazisində yaşayan bütün doğmalarını itirib. O, cəbhədə olduğuna görə sağ qalmışdı. O, Vətənini müdafiə edərək, Zaporojyedən Berlinədək getdi, lakin öz doğmalarını qoruya bilmədi.

Ona görə də mən bütün platformalarda Njde məsələsini qaldırıram ki, necə olar bilər ki, faşist Hitlerin dostu olan və eyni zamanda antisemist Njdeyə İrəvanda 9 metrlik abidə yaradılıb. Bu özü özlüyündə böyük bir biabırçılıqdır. Çünki heç kim unutmur ki, yaradıcılarından biri faşist Njde olan 20 minlik erməni legionunun İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlıqları tarix və yəhudi xalqı heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar mövcuddur. Başda general Njde olmaqla erməni legionunun məqsədi yəhudilərə və alman ordusu üçün “yararlı olmayan” digərlərinə qarşı basqınlar törətmək, onları məhv etmək idi.

Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənib. Bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitinin milli qəhrəman dərəcəsinə qaldırmalarına etinasız baxa bilərikmi? Bu bizim üçün həssas bir məsələdir.

İrəvanda Njdeyə abidə ucaltmaları bəs deyilmiş kimi gəlib Azərbaycanın ayrılmaz hissəsi olan Xocavənddə də o murdar heykəli qoyublar. Hesab edirəm ki, ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır. Bunlar bu faşizmi yalnız Ermənistanda deyil, dünyada da yayırlar. Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir”./trend/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft