AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ermənistandan Azərbaycana 244,4 milyard dollarlıq ekoloji zərbə – RƏSMİ
03/01/2018 Yazdır

Azərbaycanın füsunkar guşəsi olan Qarabağ hələ də, düşmən tapdağı altındadır. 

İşğal altında olan şəhər və kəndlərimiz, eyni zamanda tarixi abidələrimiz Ermənistan tərəfindən  dağıdılıb. Ən əsası isə bu bölgələr ekoloji təcavüzə məruz qalıb.

Məsələ ilə bağlı Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Ermənistanın həyata keçirdiyi işğalçı siyasət Azərbaycanın təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur.

“1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. İşğal olunmuş ərazilərdə qalmış ümumilikdə 261 min hektar meşə, o cümlədən 13 min 197 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd   geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri talan olunaraq əksəriyyəti məhv edilib.

İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, Ayıfındığı, Araz palıdı, Yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, Pirkal, Şümşəd, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazilərdə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin 27 növü qorunurdu ki, bunların da xeyli hissəsi artıq məhv edilib”-deyə bildirilib.

Nazirlik qeyd edib ki, böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı- Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilir. 

Həmçinin işğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır.

Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır.

Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.

Nazirliyin məlumatına görə, işğal olunmuş ərazilərdəki 17 ədəd hidroloji məntəqədə hidrometeoroloji müşahidələr dayandırılıb və hidrometeoroloji müşahidə bazası sıradan çıxarılıb. Ermənilərin işğal altında saxladığı torpaqlarda ümumi həcmi 631 milyon m3 olan 10 su anbarı, o cümlədən Tərtər çayı üzərində inşa edilmiş, su tutumu 560 milyon m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir.

Uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan Sərsəng su anbarından aşağıda, dağətəyi və aran hissədə yerləşən yaşayış məntəqələrində yaşayan 400 min əhali təhlükə altındadır. Su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılır və nəticədə yaşayış məntəqələri, kənd təsərrüffatı sahələri və kommunikasiya xətləri qışda su altında qalır. İsti yay mövsümündə isə illik su normasının 10-15%-i buraxılır ki, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar quruyaraq məhv olur.

Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 (2016) nömrəli qətnamə qəbul edilib. Qətnamədə vacib humanitar problem nəzərə alınaraq, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilib.

Azərbaycan Respublikasına aid və işğal altında saxlanılan torpaqlardakı bütün növdən olan təbii sərvətlər talan edilərək ərazidən çıxarılır. Burada 163 faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xam­ma­lı, 8 müx­tə­lif növ ti­kin­ti daş­la­rı, 6 əhəng xam­ma­lı, 10 qum-çın­qıl, 4 ti­kin­ti qu­mu, 1 perlit, 8 pemza-vul­kan kü­lü,16 yeraltı şirin su və 11 mineral su yatağı yerləşir ki, bu sərvətlər vaxtilə ölkənin iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edib və illərdir ki, ermənilər tərəfindən talan edilir.

Qeyd olunan yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 205,3 ton qızıl, 251,1 ton gümüş, 1 788,2 ton civə, 37,3 min ton qurğuşun, 191,6 milyon m3 mişar daşı, 7,3 milyon ton gəc, 61,4 milyon m3 üzlük daşı, 18,9 milyon m3 gil, 46,7 milyon m3 tikinti daşı, 193,1 milyon m3 qum-çınqıl, 18,0 milyon m3 perlit, pemza-vulkan külü, 129,8 milyon ton soda istehsalı üçün əhəngdaşı, 282,3 milyon ton sement xammalı, 434,4 min m3/gün yeral­tı şi­rin su və 7 805 m3/gün min­eral su və digər növ faydalı qazıntı ehtiyatları aşkar edilib.

Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri erməni işğalçıları tərəfindən düşünülmüş şəkildə od vurularaq yandırılır. Ermənilər tərəfindən  mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub.

“Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanı nəticəsində təbiətə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir”- deyə nazirlikdən bildirilib.

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft