AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma yaradılıb - BƏYANAT
07/12/2016 Yazdır

“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb.

APA-nın məlumatına görə, bununla bağlı qəbul olunmuş bəyanatda deyilir:

- 2016-cı ilin noyabrın –da Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” konfransı zamanı Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına qəbul edilmiş birgə bəyanatı nəzərə alaraq (http://apa.az/dagliq_qarabag/azerbaycan-ve-ermenistan-huquq-mudafiecileri-iki-olke-prezidentleri-ve-xalqlarina-muraciet-edib.html);

- Ürək ağrısı ilə 25 ildən çox davam edən, hər iki tərəfdən on minlərlə vətəndaşın qətlinə, yüz minlərlə qaçqın və məcburi köçkünlərə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini qeyd edərək;

- İki tərəfdən gələcəkdə insan itkilərinin qarşısının alınmasının və münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini dərk edərək;

- Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək;

- Münaqişəni Ermənistan və Azərbaycan xalqlarının iradəsi hesabına həll edilməsinin mümkünlüyünü nəzərə alaraq;

- Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək;

- Azərbaycan və Ermənistan xalqlarının öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək müstəqil və suveren Azərbaycan və Ermənistan respublikalarını onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yaratmalarını qəbul edərək;

- Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmət və dəstəyi bir daha qeyd edərək;

ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi mövcud “status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq;

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək;

- Münaqişənin mərhələli həlli və regionda möhkəm sülhün bərqərar olması üçün mühüm başlanğıc olacaq Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonun işğaldan azad edilməsinin vacibliyini qeyd edərək;

- Məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanımaqla;  

- Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək;

- Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində Dağlıq Qarabağın Azərbaycan və erməni əhalisinin iştirakı ilə yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək;  

Aşağıdakılarla razılaşdılar:

 

  1.  Əsası 2016-cı ilin noyabrın 8-də qoyulmuş sülh təşəbbüsünü davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə pozitiv töhfə vermək üçün “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nı yaratmaq.

 

  1. “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nın genişləndirilməsi məqsədi ilə Platformanı vətəndaş ictimai institutlar, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşları, habelə onun inkişafına töhfə vermək istəyən digər dövlətlər üçün açıq elan edirik.

 

  1. Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunacaq.

 

  1. Beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq Platforma ATƏT-in Minsk qrupu və həmsədr ölkələrlə sıx əməkdaşlığı nəzərdə tutur.

 

  1. Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır.

 

  1. Platforma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı ictimai müzakirələrin keçirilməsi üçün təklif və tövsiyələrlə çıxış edəcək.

 

  1.  Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaq.

 

  1. Platforma birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək.

 

  1. Platformanın erməni və azərbaycanlı nümayəndələrinin və beynəlxalq tərəfdaşların geniş tərkibdə iştirakı ilə “Sülhə doğru yol” adlı Forum təşkil olunacaq.

 

  1. Münaqişə tərəflərini sülhə yaxınlaşdırmaq məqsədi ilə “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı üçün bütün lazımı addımları atacaq.

 

  1.  “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın fəaliyyətini təmin etmək məqsədi ilə Katiblik yaradılacaq. Katibliyə hər ölkədən iki həmsədr rəhbərlik edəcək.

 

  1. “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın təsis edilməsi haqqında məlumat Azərbaycan və Ermənistan prezidentlərinin, habelə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumlarının, ATƏTAvropa ŞurasıAvropa İttifaqı və digər beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırılacaq.

Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft