AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Facebook nə etmək istəyir...
23/12/2017 Yazdır

Facebook reklam gəlirlərini artırmaq üçün zaman keçdikcə səhifə paylaşımlarını daha az adama göstərir. Həmçinin digər tərəfdən reklamverənlərin sayı artdığından hər keçən gün reklam yeri uğrunda mübarizə də artır. Buna görə (həmçinin ola bilər Facebook-un süni müdaxilələri nəticəsində) reklam qiymətləri artmağa davam edir.

“Socialbakers.com” qurucusu Han Rezabın açıqlamasına görə son bir ildə Facebook reklamlarının ortalama qiyməti 35% artıb.

Əlavə olaraq da Azərbaycanda 2017-ci ildən başlayaraq Facebook reklamlarına 18% vergi çıxılır. Bu o deməkdir ki, azərbaycanlı səhifə sahibi üçün reklam xərcləri son bir ildə 59% artıb.

 2018-ci  ildə Facebookda reklam yerləşdirənlərin diqqət etmələri məqamları sosial media mütəxəssisi Orxan Rzayev  Modern.az-a danışıb:

“Önümüzdəki il edilməli olan ən əsas addımlardan biri məzmunun (kontent) keyfiyyətini artırmaqdır. Burada söhbət həm texniki, həm də mövzu baxımından gedir. Bir şeyi yadda saxlamaq lazımdır ki, sosial media və eləcə də sosial medianın qaydaları çox tez dəyişir. 3-4 il qabaq biz yolaver bir post paylaşıb nəticə əldə edə bilərdik, çünki həmin vaxt bizim səhifəmizin olması və orada paylaşımlar etməyimiz uğur sayıla bilərdi.

Amma hazırda bizim kimi rəqiblərimizin də səhifəsi var, onlar da paylaşım edir, onlar da reklama pul qoyur. Yəni bizim etdiklərimizi edənlər artıq həddən artıq çoxdur və bu mübarizədə ən effektiv yollardan biri fərqli, diqqətçəkən kontent hazırlamaqdır. Belə olduqda sizi yadda saxlayırlar, sizi izləyirlər. O auditoriyanı necə idarə edəcəksiniz, o ikinci məsələdir.

Digər önəmli məqam – “influencer marketinq” (sosial mediada izləyicisi çox olan istifadəçilər vasitəsilə marketinq) fəaliyyətidir. Facebook-un reklam qiymətinin 1 ildə 59% bahalaşması fonunda hazırda “influencer marketinq” daha cəlbedicidir. Üstəgəl, bu marketinq fəaliyyətinin Facebook reklamlarından bir neçə üstün cəhəti var ki, bu da sizə əlavə fayda verir”.

Orxan Rzayevdeyir ki, reklam qiymətinin bahalaşması məhsul və xidmətin qiymətinə də təsir edə bilər.

“Bu artıma baxmayaraq Facebook hələ də ən ucuz və effektiv kanallardan biri olaraq qalır. Ona görə də uğurlu reklam kampaniyaları hazırlayanlar Facebook vasitəsilə qazanc əldə edirlər”.

Ekspert hesab edir ki, gələcəkdə Facebook-un bahalı reklam kanalına çevrilməsi real deyil.

“Təbii ki, ölkələr, regionlar üzrə ucuz olan rəqəmsal kanallarla yanaşı bahalı kanallar da var. Amma Facebook kimi 2 milyardlıq auditoriyası olan və strategiyasını ucuz reklam kanalı olaraq cızan bir platformanın gələcəkdə ən bahalı kanal olması inandırıcı görünmür”.

 Media və Pr mütəxəssisi Vüqar Babanın sözlərinə görə sosial media reklamlarından istifadə edənlər də, bu reklamlara qoyulan tələblər də artır.

“Çox sayda şirkət sosial media reklamlarından istifadə edir. Ən çox istifadə olunanları isə Facebook və İnstagram-dır. Müxtəlif səbəblər, sosial media ilə bağlı verilən tələblər, qoyulan məhdudiyyətlər,vergi tətbiqləri reklamlardakı bu artımı dayandıra bilmir. Ən pis halda bu artımın sürətini,  tempini azalda bilir. Digər hallarda isə bu inkişaf onsuzda gedir.

Eləcə də Facebook, İnstagram bəzən öz reklam siyasətini dəyişir. Reklamların görünmə qaydalarını, reklam vermə qaydalarını dəyişir. Reklam verərkən hansı izləyicilərə nə qədər reklam çatmağı ilə bağlı da dəyişiklik edir. Bunlar hamısı Facebook-un daha çox qazanc götürməyi üçün edilir.Sosial şəbəkə sahibləri öz qazanclarını güdürlər”.

Reklamın bahalaşmasının təsirlərindən də danışan Vüqar Baba bildirib:

“Bu artımın reklam istifadə edənlərin sayında azalmaya səbəb olacaq. Sayda azalma olsa da, reklama xərclənən pullar istifadəçilər tərəfindən artacaq. Facebook nöqteyi-nəzərdən baxanda gəlir çoxalacaq. Məsələn, əvvəllər 100 nəfər bir dollardan reklam qoyurdusa və 100 dollar qazanc götürürdüsə, indi 60 nəfər 2 dollardan qoyacaq və nəticə etibarilə gəlir artacaq.

Azərbaycanda da reklam vericilərin sayı və reklamların həcmi azalacaq. Lakin şəxs Facebook-un reklam qaydalarından düzgün istifadə edə bilirsə, o zaman xərc çoxalsa da effekt artacaq, reklam daha çox adama görünə biləcək. Daha fokuslanmış reklam qoyularsa, ordan əldə edəcəyi effektlilik daha da çox olacaq”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft