AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Girovlar dəyişdirilsin
19/11/2014 Yazdır

"Azərbaycan hazırda Dağlıq Qarabağ ərazisində saxlanılan iki kəlbəcərli girovumuz Dilqəm Əsgərovu və Şahbaz Quliyevi qaytarmalıdır. Girovlarımızın bir həftə əvvəl Ermənistan Silahlı Qüvvələrinə məxsus vertolyotun Azərbaycanın Dağlıq Qarabağ ərazisində, qoşunların təmas xəttində vurulması zamanı ölən 3 erməni hərbçi ilə dəyişdirilməsi üçün fürsət yaranıb."

Bunu ANS-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəyişdirilməsi məsələsi gündəmə gətirilməlidir. Çünki bizim bundan yaxşı unikal şansımız olmayacaq. Bu barədə çox danışılır, amma indiki halda çox əlverişli şərait yaranıb ki, biz girovlarımızı vətəna qaytaraq.

O xatırladıb ki, ermənilər bizim vətəndaşımız Həsən Həsənovu işgəncə ilə öldürüblər. Bu məsələ də diqqətdən kənarda qalmamalıdır. Çünki onlar ata-baba yurdlarına səfər ettikləri zaman erməni silahlıları tərəfindən girov götürürlüblər. Onlardan biri işgəncə ilə öldürürlüb, ikisi isə heç bir hüquqi əsas olmayan məhkəməyə cəlb olunublar:

"Nədənsə beynəlxalq qurumlar məhkəmə prosesinə heç bir reaksiya bildirmirlər. Amma Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 vertolyotunun vurulması ilə bağlı davamlı olaraq bəyanatlar səsləndirilir, narahatlıq ifadə olunur. Düşünürəm ki, heç bir narahatlığa əsas yoxdur. Çünki özünə hörmət edən istənilən dövlət bu addımı atmalı idi. Azərbaycan da doğru-düzgün addım atdı və vertolyotu vurdu."

Ü.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanın Xarici İşlər Nazirliyi 2012-ci ildə beynəlxalq aviasiya təşkilatlarına, ayrı-ayrı ölkələrə rəsmi məktub ünvanlayıb. Məktubda göstərilir ki, əgər Azərbaycanın qanunu ərazisində hər hansı uçuş, cihaz görünərsə, dərhal zərərsizləşdiriləcək.

Hərbi ekspert ATƏT-in şəxsi nümayəndəsi Anji Kaspşikin hadisə yerinə getməsinə də münasibət bildirib: "Bilirsiniz ki, Anji Kaspşik dünən hadisə yerinə gedib. Əslində, Azərbaycan tərəfi onun hadisə yerinə getməsinə icazə verməməli idi. 

Əvvəla, onun mandatında belə işlərlə məşğul olmaqla bağlı bənd yoxdur. Onun missiyası yalnız monitorinqlər keçirmək, cəbhə xəttində baş verən hadisələrlə bağlı ATƏT sədrinə məlumat verməkdir. Amma, o, iki gün əvvəl Dağlıq Qarabağa gedib, görüş keçirib. Orada təlimat aldıqdan sonra hadisə yerinə gedib. Bunu necə başa düşmək olar? 

Əlbəttə, Anji Kaspşik vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bir növ ermənilərin xeyrinə addım atıb. Azərbaycan XİN buna münasibət bildirməli, ATƏT sədrinə bu məsələləri xatırlatmalıdır."

Ü.Cəfərov Azərbaycan vətəndaşları ilə bağlı məsələlərdə çox passiv mövqe tutduqlarına görə beynəlxalq qurumları, ATƏT-i ittiham edib. O deyib ki, ermənilərlə bağlı məsələlərə dərhal reaksiya verilir. Hətta ABŞ-ın Dövlət Departamenti bu məsələyə münasibət bildirir. Lakin BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin hələ də icra olunmaması, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmaması narahatlıq doğurmur. Beynəlxalq qurumlar bu məsələlərdə susqunluq nümayiş etdirirlər. Bir sözlə, beynəlxalq təşkilatlar sanki bu münaqişənin uzanmasında maraqlı görünürlər. 

Xatırladaq ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov ermənilərə məxsus helikopterin Azərbaycanın hava sərhədlərini pozduğu üçün vurulduğunu deyib: "Meyitlər orada qalıb və heç bir tərəfdən götürmək mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur. Meyitlərin qaytarlması məsələsi yalnız Azərbaycanın iradəsindən asılıdır."

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft