AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Girovları azad et” virtual kampaniyası ilə bağlı dünya mətbuatına müraciət edildi
24/10/2014 Yazdır

“Girovları azad et” virtual kampaniyasının təşəbbüs qrupunun üzvü Sahib Alıyev dünya media orqanlarına müraciət edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

"Məni sizin kimi dünyada nüfuzlu media orqanına müraciət etməyə vadar edən səbəb Ermənistan Silahlı Qüvvələri tərəfindən 2014-cü ilin 11 iyul tarixində işğal edilmiş Azərbaycan Respublikasının Kəlbəcər rayonunda girov götürülmüş 3 azərbaycanlı mülki şəxsin - Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəhşətli taleyidir.

Artıq Həsən Həsənov ağır işgəncələrlə qətlə yetirilmişdir. Hələlik sağ qalan Dilqəm Əsgərov və Şahbaz Quliyev isə əsl insan dramı ilə üz-üzədirlər. Onlara təcili olaraq nəfəs almaq üçün təmiz hava, dərman, yemək, lazımi qədər içməli su lazımdır. Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının 27, 29 və 32-ci maddələrinə zidd olaraq, azərbaycanlı girovlar 3 aydan çoxdur ki, ağır işgəncələrə məruz qalırlar. Halbuki, bu azərbaycanlılar heç bir cinayət əməli törətməyiblər, heç bir beynəlxalq hüquq normasını pozmayıblar. Həmin şəxslərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2, 3, 5, 6-cı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur".

Müraciətdə daha sonra qeyd edilir ki, 1966-ci il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsi, Avropa İnsan hüquqları Konvensiyasına əlavə 4-cü Protokolun 2-ci maddəsi və digər beynəlxalq hüquq normalarına əsasən, hər bir vətəndaşın öz ölkəsində hərəkət azadlığı hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin III bəndində də aydın əksini tapmışdır:

"Lakin həmin azərbaycanlılar məhz bütün dünya və BMT tərəfindən tanınan Azərbaycan Respublikasının sərhədləri daxilində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onları Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi bu ayın 27-də saxta “məhkəmə” qarşısına çıxarmağı planlaşdırır. Bu, dünyada ilk qondarma məhkəmə olacaq ki, insanın öz doğma evini və əzizlərinin məzarlarını ziyarət etdiyinə görə təşkil edilir.

Təsadüfi deyil ki, həmin gün Fransa Prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi 1 milyondan çox azərbaycanlı əziyyət çəkir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi və onlara verilən ağır işgəncələr, məhkəmə şousu danışıqlar prosesini pozmaq üçün təxribatdır.

Mən Azərbaycan parlamentinin bitərəf üzvü kimi Sizdən bölgəmizdə sülh, ədalət naminə xahiş edirəm ki, Ermənistan ictimaiyyətinə bu müraciətimi yaymaqda vasitəçi olasınız. Mən hər bir Ermənistan vətəndaşına üzümü tutaraq girov götürülmüş iki günahsız azərbaycanlını dərhal azad etməyi öz rəhbərlərindən tələb etməyə, Ermənistan Silahlı Qüvvələrinin başqa dövlətin - Azərbaycan Respublikasının suveren torpaqlarından geri çəkilməsinə nail olmağa çağırıram. Biz sülh və təhlükəsizlik şəraitində birgəyaşayış arzulayırıq.

Azərbaycan ictimaiyyətinin bu məsələdən nə qədər böyük narahatlıq keçirdiyini anlamaq üçün 5 dildə sosial şəbəkələrdə bu günlərdə başladılan virtual kampaniyaya nəzər yetirmək kifayətdir:

‪#‎SaveAzeHostages‬
‪#‎GirovlarimiziAzadEt‬
‪#‎CпасемAzeЗаложников‬
‪#‎SauverLesOtagesAze‬
‪#‎Փրկենքադրգերիներին‬

https://www.facebook.com/events/303922283130654/

Mənim deputat seçildiyim Tərtər rayonunun Qapanlı kəndində məcburi köçkün həyatı sürən Şahbaz Quliyevin ailəsi də daxil olmaqla bütün Azərbaycana iki azərbaycanlı girovun azad olunması xəbərini kaş ki, ilk dəfə məhz Sizin media çatdıra biləydi.

Kaş ki, girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də sağ olsunlar və bizim onları azad etmək üçün vaxtımız çatsın".

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft