AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Həyat yoldaşım casusluq etməyib, onun məsələsi Türk dili və Azərbaycandır”
25/02/2017 Yazdır

“Qazi dedi, onu buraxsaq yenə gedib eyni yazılardan yazacaq, yenə sözündə olacaq. Qazi belə dedi, amma hər şey Ettelaatın əlindədir. Ettelaat onun buraxılmasını istəmir.”

Bu, keçən ilin may ayında tutulan siyasi məhbus Həbib Sasaniyanın həyat yoldaşının sözləridir. Ərdəbildən Amerikanın Səsinə danışan Fərəhnaz Fəkur həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığını deyir.

Onun dediklərinə görə, Həbib Sasaniyanın sağlıq durumu bu yaxınlarda pisləşib və xəstəxanaya aparılıb:

“Ettelaatda saxlanıldığı zaman bilmirəm nələr oldu, başına nə işlər gəldi ki, halı pisləşirdi, təzyiqi yuxarıya gedirdi. Bu, indi də davam edir. Zindana düşmədən öncə belə narahatlığı yox idi. Xəstəxananın doktoru da təsdiq edib ki, o bu [durumda] zindanda saxlanılmamalıdır.”

Xanım Fəkur həyat yoldaşının təhlükəsizlik qurumunun (Ettelaat) həbsxanasında saxlanıldığı zaman işgəncəyə məruz qaldığını bildirib.

Sasaniyan həyat yoldaşının dediyinə görə, 2016 may ayının 4-də tutulduqdan sonra 4 ay Təbrizin Ettelaat həbsxanasında saxlanılıb və ondan sonra Təbriz Mərkəzi Zindanına köçürülüb.

O deyir ki, “Ettelaat həyat yoldaşıma casusluq ittihamı vurub. Amma onun bundan heç xəbəri yoxdur. Bir şey tapmadıqları üçün belə bir ittihamı ortaya atırlar. Heç bir sənədləri yoxdur... Casusluq ittihamı bunun üçündür ki, sən ana dilini sevmə, yazma, əhalini başa salma. Amma o qəbul etmir bunları... Deyirlər, sən Telegramda kanal vurub ana dilindən yazırsan. Amma o, elə bu Ana Dili Günündə zindandan şeir yazdı göndərdi. Ona nə etsələr də dilini buraxmayacaq. Onunku Türk məsələsi, Azərbaycan məsələsidir.”

Fərəhnaz Fəkurun söylədiklərinə görə, həyat yoldaşı haqqında hər hansı bir məhkəmə hökmü çıxarılmayıb. Onun nəzarət müddətini hər ay daha bir ay uzadırlar.

Xanım Fəkur iki uşağı ilə birlikdə Ərdəbildə yaşayır. Bu da onların Təbrizdə həbsdə olan Həbib Sasaniyan ilə görüşməyini olduqca çətinləşdirir. Onsuz də ilk dörd ayda Ettelaat həbsxanasında saxlanıldığı zaman görüşmə icazəsi verilməyib.

“Təqribən dörd ay Ettelatda olduğu zaman danışmaq haqqı yox idi. Məmurlar zəng edib telefonu ona verirdilər bir iki kəlimə danışırdı. Uşaqlar haqqında və bu kimi söhbətlər olurdu. Niyə tutulduğu haqqında danışmağa icazə vermirdilər,” deyə məhbusun həyat yoldaşı söyləyir.

O, əlavə edib: “Ettelaata heç kəsin gücü yetmir ki, bir iş görsün. Qalıb öz imanlarına, görək nə zaman buraxacaqlar.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft