AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda “fətullahçılığı” təbliğ edənlərlə bağlı Türkiyə Baş prokuroru qarşısında vəsatət qaldırıldı
23/08/2016 Yazdır

Xəbər verildiyi kimi, Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda “fətullahçılığı” təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumata görə, bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə “Azərfon” MMC-nin operatoru vəzifəsində işləyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı digər maddi sübutlarla yanaşı, Fətullah Gülənin çıxışları, “Gülən camaatı” adlandırılan qrupun üzvləri və “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilmişdir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən həmin maddi sübutların məzmununda sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn çağırışların olması barədə rəy verilmişdir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində eyni məzmunlu cinayət işinin istintaqının aparılması ilə əlaqədar Fuad Əhmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin icraatında olan cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilərək vahid icraatda birləşdirilmişdir.

Davam etdirilən istintaq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvü - partiya sədrinin köməkçisi Faiq Əmirovun “Azadlıq” qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək “Hizmət hərəkatı”nın təəssübkeşləri ilə birlikdə, məzmununda “fətullahçılığı”, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə  öz adının və mobil telefon nömrələrinin olduğu “Hizmət imam”ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunmuşdur. Bu baxımdan, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən F.Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılmışdır. Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim etmiş və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını və yük yerini açmışdır.

Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə “Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Faiq Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

“Hizmət hərəkatı”nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.                                                                                   

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft