AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Hacı İbrahim Nehrəmli: "Dövlət adamı tanıyıram ki, həccə gedib-gələndən sonra içirlər" - Video
26/06/2015 Yazdır
“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin konyak içməsini etiraf etdiyi video yayılandan mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
 
Bəziləri Həcc ziyarətinə getmiş, hacı adını almış şəxsin “hər səhər konyak içirəm” deməsini tənqid edir, bəziləri də bunun nə dərəcədə düzgün olduğunu dindarlardan soruşur. Hətta bu ifadəsinə görə iş adamının “hacı titulu”ndan məhrum edilməsini tələb edənlər də var…
 
Məsələ ilə bağlı “a24.az”a açıqlama verən İbrahim Nehrəmli vurğulayıb ki, həmin videomüsahibəni üç il əvvəl verib və bu fikri zarafatyana dilə gətirib.
 
Daha sonra Nehrəmli deyib ki, Məkkəyə getmək içkini tərk etmək məcburiyyəti gətirmir: “Həccə getməyimin məqsədi Allah evini ziyarət etmək idi. Hər bir imkanlı müsəlman kimi, mən də bu müqəddəs yolu getdim. Məkkədən gəldin, sonra şərabını iç də, o nə deməkdir ki?
 
Mən, açığı, bu məsələyə etiraz eləmirəm və içirəm. Məkkəyə gedəndə də üzümü Allaha tutub bildirdim ki, mən şərab içəcəyəm. Mən iş adamıyam, Məkkədə içmirəm ki?! Gəlmişəm, Azərbaycanda içirəm də. Məkkədən gəlib, üstündən 40 gün keçəndən sonra 50 qram içki içmək o demək deyil ki, hacısan, içməməlisən. Belə qəbahət heç yerdə yoxdur.
 
O adama içki haramdır ki, içib özünü apara bilmir və gedib nəsə eləyir. Həm də içki içməmək də o demək deyil ki, sən pak adamsan. Pak adam insanlara hörmət, qayğı göstərməyi, maddi yardım etməyi bacarmalıdır. Yoxsa, hacı olum, gəlib burada oğurluq edim, baş kəsim, yenidən bir də gedim Allah evinə, deyim ki, qurbanın olum, günahımdan keç…
 
Məgər Məkkə günah yumaq yeridir? Mən Azərbaycanda 5 məscid tikdirmişəm. Hələ Məkkəyə getməmişdən əvvəl hamı mənə “hacı” deyə müraciət edirdi. Sonradan həccə getdim. Bu, o demək deyil ki, mən Məkkəyə gedib-gələndən sonra içməməliyəm. Məgər şərab içmək Allahsızlıqdır? İçkini hamı içə bilər. Mən də hər gün 100 qram şərab içirəm”.
 
İş adamı onu da qeyd edib ki, xeyli dövlət adamı tanıyır ki, həccə gedib-gələndən sonra içirlər: “Bunların guya heç biri içki içmir? Mən min nəfər adam adı çəkə bilərəm ki, 10 dəfə həccə gedib-gəliblər, amma gündə bir litr viski içirlər”.
 
İ.Nehrəmli bəzi insanların onunla bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət edərək hacı adının alınmasını tələb etmələrinə də münasibət bildirib: “Hacı adı ilə bağlı hər hansı bir sənəd yoxdur ki, onu da əlimdən alsınlar. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda 5 məscid tikdirdiyim üçün bu ad mənə insanlar tərəfindən verilib. Mənə bu titulu həccə getməmişən qabaq veriblər. Mən həccə getməmişdən qabaq hacı idim. QMİ titul verir ki, titul da alsın?!.”
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft