AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Hadisələr təkcə iş adamlarının dindirilməsi və ya həbsə atılması ilə bitməyəcək” - MÜSAHİBƏ
21/05/2015 Yazdır

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc uzun müddətdir gündəmi zəbt edən iş adamlarının həbsi ilə bağlı modern.az saytına müsahibə verib

- Zahid müəllim, artıq bir neçə gündür ki, iri iş adamlarının istintaqa cəlb olunması gündəmi zəbt edib. Oliqarxların həbsi ilə bağlı böyük çoxluğun ehtiyatla danışdığı məqamda siz kəskin çıxış edən az sayda deputatlardansınız. Bilmək istərdik etdiyiniz çıxışlara görə hər hansı narahatlıq keçirdinizmi və ya bununla bağlı sizə hər hansı təzyiqlər oldumu?

- Reallaşan həbslər sıradan bir hadisə deyil. Bu səbəbdən də həbs dalğası ilə bağlı gedən diskussiyalarda parlament üzvlərinin yanaşmasını göstərmək gərəklidir. Başqa tərəfdən paradiqmalar kimi yeniləşən dövlət-vətəndaş münasibətləri üçün sonuncu hadisə xüsusilə də iqtisadi sistemdə mühüm dəyişikliklərə yol açacaq. Problem öz-özlüyündə təkcə hansısa vəsaitlərin kredit resursu kimi götürülməsindən və onun müxtəlif istiqamətdə sərf olunmasında deyil. Eyni zamanda vəziyyət göstərir ki, maliyyə-bank sektorunda mühüm addımlar atmağa ehtiyac var.

Hesab edirəm ki, baş verənlər müəyyən mənada hökumətin fəaliyyətinə, yeniləşməsinə yol açacaq. Hadisələr təkcə bank sektorunda, onların çevrəsində ayrı-ayrı adamların dindirilməsi və ya həbsə atılması ilə bitməyəcək, eyni zamanda gələcək dövrdə iqtisadi həyat üçün dövlətin mühüm qərarlarına da yol açacaq.

Ona görə də bunu həm mətbuatın sorğularına cavablarımızda, həm parlamentin iclaslarında, həm də Mərkəzi Bankla bağlı qəbul olunan qanunda irəliyə sürülmüş dəyişikliklərin nədən vacib olduğunu göstərməyə çalışdıq. Bu məsələyə görə heç bir təzyiqdən, kəskin reaksiyadan söhbət gedə bilməz. Əksinə çıxışlarımıza dəstəklər gəldi. Çünki parlament üzvü kimi öz missiyamı yerinə yetirməyə çalışmışam, özəl niyyətim olmayıb.

- Müəyyən qruplar sizin kəskin çıxışlarınızı bir çox deputatlar kimi biznesinizin olmaması ilə əlaqələndirirlər. Yəni Zahid Orucun qorxacaq bir yeri yoxdur...

- Faktiki olaraq qanun deputatın bizneslə məşğul olmasını qadağan edir. Sabiq parlamentarilər sırasında hökuməti hansısa işinə görə qınayanların əlində bir-birinə zidd olan üç ticari-iqtisadi sahibkarlıq fəaliyyəti var. Onlar bu gün obyektiv mövqe sərgiləməyə çalışırlar. Mən o dövrdə də, indi də xüsusi biznes dövriyyəsinə sahib olmayan deputatlardanam. Digər tərəfdən qorxu amilindən daha çox dövlət mənafeyi məsələlərini qabartmaq tərəfdarıyam.

Hətta müxtəlif dolayı vasitələrlə iqtisadi struktura himayəçiliyim olsaydı belə, mən bu yerdəki müşahidələrimdən, məlumatların təhlilindən geri durmazdım. Çünki, burda önəmli niyyətimiz kredit resursunun problemli məsələ olaraq gözqamaşdıran sosial tələ kimi insanların qarşısında olduğunu göstərməkdir. İnsanların 50 min manat kredit götürərkən ondan 3-4 qat artıq girov qoymasına, bəzən isə bazarın ağır şərtləri daxilində borcunu geri qaytara bilmədiyinə görə məhkəmə instansiyalarının həmin işəxslərin girov qoyulan evini əlindən almasına şahidlik etmişəm.

Onların problemlərinin çözülməsi üçün də xeyli çalışmışam. Belə çıxır ki, götürdüyü kreditin rəqəmi 100 mini aşmayan insanlar üçün qanunun sərt üzünü göstərməliyik, amma milyonlarla kredit götürənlər üçün tamam fərqli ölkə bərqərar olmalıdır? Mənim olaya reaksiyam dediyim məsələləri nəzərə almaqdan irəli gəlirdi. Mən hesab edirəm ki, biznes fəaliyyətinin olması fəxarət yeri deyil, olmaması da kədər və qınaq mövzusuna çevrilə bilməz.

- Bir çoxları iddia edir ki, Zahid Oruc sifarişlə danışır...

- Parlament üzvü müəyyən komanda içərisində olursa, onun eyni zamanda həmin komandanın mənafeyindən çıxış etməsi gərəkdir. Başqa tərəfdən millətin də maraqlarını vəhdət şəklində birləşdirməyi bacarmalıdır. Digər tərəfdən sifariş sözünün mənfi və müsbət konteksti var. Konkret olaraq bu məsələ ilə kimsə bizi tezislərlə silahlandırıb yönləndirmir. İlk il deyil ki, siyasi həyatdayam. Artıq 3-cü çağırış dönəmdir ki, parlamentin üzvüyəm, dövlət quruculuğu prosesinin strategiyasını dərk edirik.

Buna qədərki dövrdə atılan addımlar Azərbaycanın yenilənməsi, beynəlxalq əlaqələrin qurulması məntiqinə uyğun mövqelərdən çıxış edirəm. Əgər bu kimlərdəsə mənim sifarişlə danışmağım mənzərəsini yaradıbsa, ona təəssüf edirəm və onlara “məntiq”lərində bir az dairəli gedib söyləsələr ki, kim tərəfindən verildiyini söyləsələr onlar özlərini pis vəziyyətə qoyurlar. Bu məsələlərin heç bir əsası yoxdur. Söylədiyimiz fikirlərin, qaldırdığım məsələlərin dəyərləndirilməsini bir kənara buraxıb şəxsiyyət üzərindən gəzişmələrə keçmək heç də yaxşı üslub deyil.

- Həbs edilənlər içərisində sizə sürpriz olan adlar oldumu, ümumiyyətlə, həbs dalğasının davam edəcəyini gözləyirsinizmi?

- Düşünmürəm ki, hökumətin, yaxud hüquq-mühafizə orqanlarının konkret hədəfi kimlərinsə həbsidir. Niyyət bu ola bilməz. Dövlət çalışır ki, bütün insanlarla, xüsusilə də iri burjuaziya ilə ittifaqda olsun. Çünki, onların çevrəsində özünəməxsus dairələri var. Düzü hazırda həmin kompaniyaların Ümumi Daxili Məhsulda (ÜDM) nə qədər yer tutduğu barədə məlumatlara tam malik deyiləm. Odur ki, sözügedən şəxslərin adı mənim üçün sürpriz olmasa da, konkret bir məsələyə xidmət etdikləri qənaətindəyəm.

Alınmış vəsaitlər geri qaytarmalıdır. İnsan aylıq öhdəliyi ödəyə bilmədiyi halda “vaxt tamam olanda bir dəfəyə ödəyəcəyəm” kimi öhdəliyə malik ola bilməz. Məsələni abstraktlaşdıranda “ölkədən böyük pulların axını baş verəcək”, “xarici investorlar Azərbaycanda iş qurmaqdan imtina edəcək” və s. kimi hədələyici tona keçirməklə, yaxud həmin insanların müdafiəsinə qalxıb siyasi səmərə gözləməklə iş bitmir. Məsələ bu qədər sadədir: götürdüyünüz vəsaitləri geri qaytarın! Dünyanın heç bir yerində səmərəsi əsaslandırılmamış layihələrə vəsaitlər verilmir.

Hətta çox ciddi texniki əsaslandırılmış proqramlara vəsaitlər yönləndirilərkən sonradan təyinatından yayındırılıb tamam başqa istiqamətlərə gedib. Göstərin görək  dünyanın hansı yerində belə bir hal var? Ona görə də məsələyə nə qədər fərqli siyasi yozumlar edilsə də, o qədər də əsl mətləbdən yayınmış olacağıq. Başlıca niyyət həbslərə yönəldilməməlidir. Heç bir imtiyazlı təbəqə olmayan cəmiyyət qurulmalıdır.

Mən iqtisadi sferada da müəyyən dəyişikliklərin olması tərəfdarıyam və bunu çox arzulayıram. Məsələ yalnız bir bankın nəzarət olunmayan vəsaitlərlə çıxış etməsindən getmir. Əgər onların sərəncamlarındakı vəsaitlər İqtisadi İnkişaf Nazirliyinkindən 5-10 dəfə çoxdursa, paralel strukturlarla işləməyin dövlət üçün əlverişli olub-olmaması barədə düşünmək lazımdır...

- Necə düşünürsünüz, baş verənlər də günah tək tərəflidirmi?

-  Bildiyiniz kimi, mən bu işi aparan qurumun yaxud komissiyanın təmsilçisi deyiləm. Düşünürəm ki, dövlət gələcəkdə problemli kreditlərlə bağlı komissiya yaratmalı, bütün bunların səbəbləri geniş şəkildə aydınlaşdırılmalıdır. Çünki, əhali  və hüquqi şəxslər arasında belə öhdəlikləri olanlar çoxdur. Bu məsələ iqtisadi aktivliyə, təşəbbüskarlığa, yaxşı təkliflərin meydana çıxmasına, yeni iş yerlərinin yaradılmasına bu və ya digər formada mənfi təsir göstərir.

Ona görə də cazibədar ölkə kimi qalmaq və uğur inkişafını davam etdirmək naminə problemli kreditlər məsələsində xüsusi dövlət komissiyasının formalaşmasına rəvac verilməlidir. Hələ 90-cı illərin ortalarında “qarşılıqlı borclar” deyilən reallıq vardı. Hansı qurumu dindirirdin birinin o birinə mütləq borcu vardı. Müxtəlif mənimsəmələr həmin borcların içərisinə daxil olur və ölkənin imicinə də zərbə vururdu.

- Zahid müəllim, baş verənlərdən sonra Mərkəzi Bank rəhbərliyinin bu sahədəki problemlərin həll edilməsi üçün ciddi addımlar atacağını gözləyirsinizmi?

- Əminəm ki, bu baş verəcək. Çünki, Mərkəzi Bank baş verənləri mütəhərrik şəkildə izləməkdədir, beynəlxalq prosesləri yaxşı bilir. Dolların mövqeyinin möhkəmlənməsi fonunda onlarla ölkənin milli valyutası dəyər itirir, bu isə avtomatik iqtisadi sektorda tanınmış şirkətlərin mövqeyinin dəyişməsinə, əksəriyyətin iflasa uğramasına səbəb olur.

Mərkəzi Bankın edilən dəyişikliklərə rəğmən real qanunlar çərçivəsində prosesə müdaxilə etməyə kifayət qədər səlahiyyəti var. Bank sisteminin birinin də olsa çöküşü mənfi təsirdir. Çünki, orada çox sayda insan çalışır, kifayət qədər depoziti olan əhali var, hansısa planlar qurulub. Bir maliyyə strukturunun sıradan çıxması təkcə o sahəyə deyil, bütövlükdə bütün sferalara da mənfi təsir edir.

Müxtəlif dairələr iri iş adamlarının məlum məsələyə görə dindirilməyə çağırılmasından Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Halbuki, dünənə qədər deyirdilər ki, dövlət nəyə görə onları bu qədər himayə altında saxlayır, başqalarının belə əlçatan imkanları yoxdur? Deməli insanlar üçün bərabər şərtlər yaratmaq lazımdır, tenderlərə gedilməli, mühit dəyişilməlidir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft