AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Hindistanın Bakıdakı səfiri: “Azərbaycanda satılan Hindistan çayları xalis deyil, qarışdırılmış maldır” - MÜSAHİBƏ
17/10/2014 Yazdır

Vinod Kumar: “Biz supergüc, fövqəldövlət olmaq fikrində deyilik” 

 “Microsoft, Facebook, Twitter və digər sosial şəbəkələrin yaradılmasında hindistanlıların əli var” 

Hindistan deyəndə nağıllar aləmi yada düşür. Tək nağıllar ölkəsi deyil Hindistan. Zəngin mədəniyyəti, füsunkar təbiəti, filmləri, filləri, çayı, daha nələri yoxdur bu ölkənin.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar Modern.az saytına müsahibəsində dedi ki, SSRİ dövründə Azərbaycanda Hindistan çayına daha çox təlabat var idi. İndi burada Hindistan çayı yoxdur, olsa da o orijinal deyil, qarışdırılmış çaydır. Bir də onu dedi ki, niyə də Şahruh Xan, Aişvariyanın filmləri burda çəkilməsin. Əgər viza sistemi sadələşdirilərsə,  yəqin ki, Hindistanın digər kino ulduzlarını ölkəmizdəki film çəkilişlərində görə bilərik... 

- Cənab səfir, Hindistan azərbaycanlıların çox sevdiyi, hörmət bəslədiyi ölkələrdən biridir. Ölkənizin zəngin mədəni-mənəvi irsi ilə yaxından tanış olan hər kəsi valeh edir. Azərbaycanlıların orta və yaşlı nəsli hind filmlərinin təsirini hələ də unutmayıb. Hindistan azərbaycanlılar üçün parlaq rənglər, rəqslər, füsünkar təbiət və mənzərələr, yoqa ölkəsidir, həmçinin dinamik iqtisadi inkişaf edən bir dövlətdir. Siz özünüzü Azərbaycanda necə hiss edirsiniz? Müasir Azərbaycanı necə xarakterizə edərsiniz?

-   Mən sizinlə tam razıyam. Qeyd etdiniz kimi, Hindistan tək mədəniyyəti, rəqsləri, Bolluvud filmləri ilə deyil, iqtisadi cəhətdən də Azərbaycan daxil olmaqla bütün ölkələrin diqqətini cəlb edir. 1987-ci ildə ilk dəfə mən Almaniyada çalışanda orda qonşularla münasibət yaratmağım uzun müddət çəkdi. Amma Azərbaycanda isə bu mənə üç gün bəs etdi və bu üç gün ərzində mən qonşularımla münasibət yarada bildim. Bu onun göstəricisidir ki, mən burada çox rahatam.

- Almaniyada rahat münasibət yaratmağınıza nə mane olurdu?

-  Problem insanlarla bağlı deyildir. Problem onda idi ki dinimiz, dilimiz, mədəniyyətimiz, yeməklərimiz fərqli idi. Buna görə də mənim orda yerləşməyim və insanları tanımağım da uzun müddət vaxt apardı. Amma Azərbaycan üçün belə deyil.

-  Amma bizim də sizinlə fərqli görüşlərimiz var, bu, dinimizin, dilimizin ayrı olmasıdır, bəzi hallarda yeməklərimizdə də özünü göstərir...

- Düzdür, din, dil baxımından fərqimiz var. Amma bir müddət sonra başa düşdüm ki, biz Azərbaycana çox yaxın ölkəyik. Bizdə fərq çox azdır. Hətta ailə sistemi də sizinki kimidir, çox adam, ailə üzvləri bir yerdə yaşayır. Bundan başqa, Novruz bayramı və digər bayramlar sizdə də keçirilir, bizdə də. Atəşgah məbədini buna misal göstərə bilərəm. Orada olanda öz-özümə dedim ki, bura Hindistandır. Azərbaycan Dillər Universitetində tələbələri Bolluvud rəqslərinə tamaşa edəndə özümü Rac Kapurun studiyasında hiss etdim.

Hindistandakı Holi, rəng bayramının tarıxı sizin Novruz Bayramı ilə eyni vaxta təsadüf edir... Holi bayramı bütün Hindistanda qeyd olunur. Bu bayramda bizdə də sizin Novruzdakı kimi ocaq qalanır, insanlar tonqal ətrafına toplaşır. Onun simvolu budur: “qış gedir, yaz gəlir”. Əsrlər əvvəl Azərbaycandan Hindistana, Hindistandan bura gəlib- gedənlər olub. Buna görə də bizim oxşar cəhətlərimiz daha çoxdur. Hindistanda fars cəmiyyəti daha çox formalaşıb. Onlar Hindistanda Novruz bayramını hər zaman qeyd edir.  

Azərbaycanlılar hind müsiqisini çox sevir. Toylarda belə,  tez-tez hind musqisi səslənir. Siz necə Azərbaycan musiqisi, mədəniyyəti, bölgələri  ilə yaxından tanış ola bilmisinizmi?

- Gəncədə, Qəbələdə, Qubada, Şəkidə, Astarada, Şamaxıda, Naxçıvan MR-da olmuşam. Orada bir-iki gün qalmağıma baxmayaraq,  Azərbaycanın zəngin mədəniyyətinin canlı şahidi olmuşam. Şamaxıda olanda arxeoloji məbədlə tanış oldum, hansı ki, 100 il əvvələ təsadüf edir. Sürücüdən xahiş etmişdim ki, məni əsas yolla deyil, kəndlərarası yolla aparsın, yolboyu insanları, ordakı şəraiti görə bilmək üçün. O insanları görəndə özümü ölkəmdəki kimi hiss etdim. Düzdür, dil vacibdir, amma dil olmasa belə, biz münasibət qura bilərik. O insanların dünyagörüşü, baxışları bizim münasibət qurmağımıza bəs edə bilər.

Azərbaycanın klassik şairi dahi Nizami Gəncəvinin yubleyi ilə bağlı Gəncədə olmuşam. Bizdə də Amir Kusro adında dahi yazıçı var və aralarında oxşar cəhətlər çoxdur. Bu da bizim oxşarlığımızın bir nümunəsidir. Bundan başqa, bizim tacirlər Boyuk İpək Yolu vasitəsilə Azərbaycana gəlib, burada məskən salıblar. Atəşgah məbədi də bunun bir nümunəsidir ki onlar burda qalıb öz məbədlərini yaradıblar. Bugünkü mədəniyyətimiz də, mədəniyyətlərarası əlaqələrimiz də iqtisadi cəhətdən inkişaf edir. Hazırda İranı, Türkiyəni, Azərbaycanı və digər ölkələri birləşdirəcək dəmir yol layihəmiz var.

Bu ayın 14-15-də Hindistanda Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı böyük bir konfrans keçirildi. Konfransda bir çox məsələlər müzakirə olundu.  İlin axırı, ya da gələn ilin yanvar-fevral aylarında bu məsələlərin həll olunması gözlənilir.  Bütün işlər başa çatdıqdan sonra mallar Munbaydan gəmi ilə İrana, Bəndər Abbasa gətiriləcək, oradan qatarla Astaraya yola salınacaq, oradan da Bakı-Tbilisi-Qars yolu ilə göndəriləcək . Digər bir xəttlə isə keçmiş sovet respublikalarına bu mallar göndəriləcək.  Bildiyiniz kimi, bu layihəni Hindistan hökuməti həyata keçirir, Dəmir Yol, Gəmiçilik və Nəqliyyat Nazirlikləri iştirak edir.

 - Hindistan dünyanın inkişaf etməkdə olan güclü potensiala malik ölkələrindən biridir. Ölkəniz Brazilya, Rusiya, Çin, Cənubi Afrika ilə birlikdə  BRİCS-in (İnkişaf etməkdə olan ölkələr qrupu) üzvüdür. Son zamanlar bu dövlətlər Qərb ölkələrindən daha müstəqil iqtisadi siyasət yürüdülməsi, alternativ qlobal maliyyə institutları yaradılması təşəbbüsü ilə çıxış edir. Bu təşəbbüslər nəyə hesablanıb və müsbət nəticələr gözləyirsinizmi? Qərb ölkələri BRİCS üzvlərini özlərinə alternativ kimi görürmü?

- Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq institutlar haqda danışarkən onların daha çox Qərbin maraqlarına cavab verdiyini görərik. Qərb onları idarə edir. İkinci Dünya Müharibəsi dövründə vəziyyət başqa cür idi. Yəni hər şey Qərbin əlində idi. Digər ikinci ölkələr onlardan asılı vəziyyətə düşmüşdü. Amma indi ssenari dəyişib. Çin Hindistan, Rusiya inkişaf edib. Təkcə onu qeyd etmək kifayətdir ki Hindistan bir neçə gün əvvəl Marsa öz peykini göndərdi. Bu uçuşun bütün xərcləri Amerikanın çəkdiyi xərclərin 1/10 qədərdir.

Hindistan İnformasiya Texnologiyaları sahəsində tədqiqat apara bilən bir ölkədir. Bütün tədqiqat institutları Heydərəbadda yerləşir. Bu sahədə çalışan insanlara dünyanın hər yerində rast gəlmək mümkündür. Microsoft, Facebook, Twitter və digər sosial şəbəkələrin yaradılmasında hindistanlıların əli var. Qeyd etdiyiniz kimi Hindistan BRCİS-in üzvüdür. Baş ofisi Çində yerləşən bu qrup öz bankını yaradıb. 100 milyard dollar məbləğində kapitala malikdir. Vurğulayım ki, bu qrupun üzvləri heç də Qərbdən geri qalmır. Bütün bunlarla yanaşı, səy göstəririk ki Qərblə aramızda ədalətlilik, bərabərlilik prinsipi və kollektiv məhsuliyyətlilik olsun.

- Avropanın bu sadaladığınız prinsiplərə təsiri hiss olunurmu və belə olan halda bunun qarşısı hansı yollarla alınır?

- Əlbəttə maneələrlə rastlaşırıq. Məsələn, İMF (Beynəlxalq Monitor Fondu), Dünya Bankı Amerika və Avropa ölkələri tərəfindən idarə olunur. Bütün bunlar siyasətdir. Digər ölkələr hər hansı bir problem olanda, bu təşkilatlara müraciət edəndə istədiklərini ala bilir. Amma biz müraciət edəndə buna nail ola bilmirik. Hətta ala bilsək belə, sonradan atdığımız bəzi addımlara görə problemlərlə üzləşirik. Bütün bunlar bizə maneələr, maliyyə problemləri yaradır. Bəzən ölkədə vergiləri artırmaq məcburiyyətində qalırıq. Bu da xalqın vəziyyətinin pisləşməsinə səbəb olur. Hökumətə etiraz edilir.

Məsələn, Ümumdünya Ticarət Təşkilatı deyir ki, bizə əsas azad ticarət zona lazımdır. Amma biz istəyirik ki əsas ərzaq təhlükəsizliyi təmin olunsun, sonra azad ticarət zonası. Çünki biz əsasən kasıb insanları düşünürük. Amma onlar bunu düşünmür. Bütün bunlar aramızda yaranan maneələrdən biridir. İstəyirik insanlar sülh şəraitində yaşasın. Bizim bir atalar sözümüz var: “Yaşa və icazə ver başqaları da yaşasın”. Buna görə də biz sizin kimi dostcanlı ölkələrlə münasibət yaratmaq istəyirik ki, insanların həyat standartlarını inkişaf etdirə bilək.

Əgər dünyada ədalət, düzgün paylaşım varsa, niyə bəzi ölkələr daha yaxşı yaşaya bilir, digərləri yox. Hindistanda günəş enerjisindən istifadə olunur. Bu sahədə yaxşı inkişaf etmişik. Avropa ölkələri bu sahədə bizimlə əməkdaşlıq etsə, enerji istehsalı həm ucuz başa gələr, həm də ətraf mühitə az ziyan vurular. Buna görə də onlarla əməkdaşlıq etmək istəyirik.  

- Hindistanın adı Ukrayna hadisələrində Rusiyanı səssiz də olsa, müdafiə edən ölkələr sırasında çəkildi. Hindistanın mövqeyini düzmü başa düşmüşük? Dehlinin Ukrayna hadisələrinə münasibəti necədir?

- Bu problemlər postsovet məkanında həmişə olub. Sovetin vaxtında bizim bu ölkələrlə yaxşı münasibətlərimiz olub, indi də münasibətlərimiz çox yaxşıdır. Həmçinin, Hindistan Asiya Sammiti Qrupunun da üzvüdür. Düzdür, aramızda fərqliliklər çoxdur, amma bu fərqliliklər yavaş-yavaş aradan qaldırılır.  Ukrayna hadisələrində problemin müvəqqəti xarakter daşıdığını hiss etdik və buna görə də açıq çıxış etmədik. Hələ də düşünürük ki, problem ikitərəfli danışıqlar yolu ilə həll oluna bilər.

- Açıq çıxış etmədiniz, amma Hindistanın problemə münasibəti dolayısıyla Rusiyanın tərəfində olduğunu göstərdi.

- Biz tərəf tutmuruq, belə bir şey yoxdur. Sadəcə postsovet zamanı olan problemlər köhnə tarixi köklərə malikdir. Buna görə də bu problemlərin həlli yolu digər ölklərin müdaxiləsi ilə deyil, birbaşa ikitərəfli danışıqlar vasitəsilə şözülməlidir. Biz supergüc, fövqəldövlət olmaq fikrində deyilik. Ölkələr arasında körpü rolunu oynamaq istəyirik.

- Hindistanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Azərbaycanlılıar getdikcə münaqişənin sülh yolu ilə həllinə inamı itirir. Siz bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və sona kimi də belə olacaq. Düzdür, sülh danışıqları çox yavaş gedir. Belə olanda da insanlar problemin sülh yolu ilə həllinə inamını itirir. Biz prezidentlərin Soçidə, Parisdə görüşlərini izlədikcə, bütün bu səylərin sülh prosesini daha da tezləşdirəcəyinə ümid edirik. ATƏT-in Minski Qrupu sülh danışıqlarına daha çox səy göstərsə, bu, sülh prosesinin daha da tezləşdirilməsinə gətirib çıxara bilər.

- Hindistanla Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq      hansı səviyyədədir? Mövcud vəziyyət sizi qane edirmi və daha nələr etmək olar?

- İqtisadi sahədə əlaqələrimiz məni qane etmir. Çünki 2012-ci ildə bizim ticari dövriyyəmiz 2 milyard dolları ötmüşdü. 2 milyard dollardan çox olan ticari dövriyyənin əsas hissəsini Hindistanın Azərbaycandan aldığı 1,2 milyard dollarlıq xam neft tuturdu. Qalan ticarət əməliyyatlarımız çox azdır. Aramızdakı əməkdaşlıq potensialı çox böyükdür. Buna ölkəmizin əzcaçılıq, tibb sahəsində olan irəliləyişləri misal ola bilər. Hindistanın dərman preparatları digər Avropa ölkələrinə ixrac olunur. Onlar xam əmtəəni alır, qablaşdırır və Azərbaycana 4-5 dəfə baha qiymətə satırlar. Bu üzdən burada bizim dərmanlara təlabatı azalıb.

Düzdür, Azərbaycan Hindistandan Basmati” düyüsünü çox alır. Biz digər kənd təsərrüfatı məhsullarını da ölkənizə sata bilərik. SSRİ dövründə Azərbaycanda Hindistan çayına daha çox təlabat var idi.  Burada Hindistan çayı yoxdur, olsa da o orijinal deyil, qarışdırılmış çaydır. Geyimlər, bəzək-düzək əşyaları, elektrik avadanlıqları, yeni istehsal olunan Hindistan avtobuslarını sizə göndərə bilərik. Bilirik ki, Azərbaycan hökuməti hazırda iqtisadiyyatını şaxələndirməyə çalışır. Təkcə neft sahəsində deyil, digər sahələrdə də inkişaf etmək istəyir. Neft sahəsində əməkdaşlığımız yaxşıdır.

Çünki Hindistanın iri neft şirkəti Azərbaycanda fəaliyyət göstərir və artıq 1 milyard dollar ölkənizə sərmayə qoyub. Azəri-Çıraq-Günəşli neft yatağı və Bakı-Tbilisi-Ceyhan neft kəmərində iştirak edir, həmçinin, “Əsrin Müqaviləsi”nin tərəfdaşıyıq.  Əlavə edim ki, Hindistan dünyada ən böyük süd istehsalçısıdır. Bu barədə də danışıqlar apara bilərik. Hindistan dünyada 1.25 milyard insanı doyuzduracaq qədər kənd təsərrüfatı məhsullarına sahibdir. İstərdim bu sahələrdə əlaqələrimiz inkişaf etsin, qarşılıqlı sərmayə yatırılsın.  

- Bu cür əlaqələrin yaradılması adətən, hökumətlərarası qarşılıqlı səfərlər, ikitərəfli sazişlərin imzalanması, xüsusən də iki ölkə başçısının səfərləri zamanı həyata keçirilir. Ümumiyyətlə, Hindistanın baş nazirinin nə zamansa Azərbaycana gəlişi gözlənilirmi?

- Son iki il ərzində bir çox nazirlər səviyyəsində qarşılıqlı səfərlər baş tutub. Haqlı olaraq vurğulayırsınız ki, bu kimi razılıqlar qarşılıqlı səfərlər, danışıqlar səviyyəsində həyata keçirilir. Düzdür, prezident və baş nazirin görüşü çox mühümdür. Bu il Azərbaycan xarici işlər naziri Hindistana səfər edib. Biz qayıdış səfərini, Hindistanın xarici işlər nazirinin Azərbaycana gəlişini gözləyirik.  Hazırda bunun üçün çalışırıq. Bu həyata keçdikdən sonra biz daha yüksək səviyyədə görüşü gözləyəcəyik.

- Ölkələrimizin biri-birini tanımaqla bağlı daha nə kimi problemlər mövcuddur?

- Aramızadakı əsas problemlərdən biri əlaqə problemidir. Qarşılıqlı səfərlər olarsa, bir-birimiz haqda daha çox məlumat əldə etmiş olarıq. Həm birbaşa uçuşumuz yoxdur, həm də viza prosesi çətinləşib. Məsələn, mən hər hansı bir məsələylə bağlı 3 saat ərzində də viza verə bilərəm. Azərbaycan da bu sistemi həyata keçirsəydi daha yaxşı olardı.

Bir misal çəkim. Malayziyaya hindistanlılar şəxsi təyyarəsiylə gəlib orda restoranlarda dəbdəbəli toy edir. Malayziya hökuməti bundan milyonlar əldə edir. Çünki orda çoxlu milyoner hindistanlı var. Viza prosesi sadələşdirilərsə şad olardım. Turistlər, biznesmenlər rahat şəkildə tez-tez səfərə gələrdi. Hindistanlılar digər Avropa ölkələrinə gedib film çəkməkdənsə, Azərbaycanda bunu həyata keçirə bilərlər. Niyə də   Şahruh Xan, Aişvariyanın filimləri burda çəkilməsin?  Belə olarsa Azərbaycan həm Hindistanda, həm də dünyada daha da yaxından tanına bilər.

 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft