AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyənin, İranın Azərbaycanda çalışan həkimlərinə çox da inanmayın - XƏBƏRDARLIQ  •   Ərdəbildə baş verən partlayışda ölənlərin sayı artıb  •   İlham Əliyev: Status-kvo qəbuledilməzdir - Digər həmsədrlər kimi, Fransa da bu barədə dəfələrlə bəyanatlar verib  •   Azərbaycanda ikili vətəndaşlığı aşkarlananların sayı AÇIQLANDI  •   Təbriz Podşipnik Zavodunun işçiləri etiraz aksiyası keçirib  •   Azərbaycanda magistraturaya qəbul elan edilib  •   Bakıda qadın sürücülər yeni avtomobillərlə taksi xidmətinə cəlb olunacaq - Foto  •   ABŞ səfiri: "Dağlıq Qarabağ problemi çox uzandı"  •   “Traxtur” növbəti rəqibi ilə Əhvazda qarşılaşacaq  •   “İslam radikal dindir, türk qadınını qəlibə salıb” - MÜSAHİBƏ  •   Ərdəbilli fəal Əsgər Əkbərzadə məhkəməyə çağırılıb  •   Martın 10-na manatın dollara nisbətdə orta çəkili məzənnəsi  •   SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib  •   Bakı- Sumqayıt yolundakı qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb  •   Şair və tərcüməçi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib - Fotolar  •   İranda modellik fəaliyyəti ilə məşğul olan 16 nəfər saxlanılıb  •   Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı açıqlandı  •   Ərdəbilli fəal Meysəm Colani İnqilab Məhkəməsinə çağırıldı  •   Roman Nəsirov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib  •   Prezident Azərbaycan qadınlarını təbrik etdi  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR İbrahim NƏBİOĞLU
12
14
16
18
21/04/2014 16:23
Məzarlığa gedirik, siz də gəlin

və ya Borxesin Praqası

Karlof körpüsünü keçib, piyada Vltavanın sağ sahilindəki Stare Mesto kvartalına doğru gedirəm. Praqanın hər köşəsindən tarix boylanır, qədim şəhərin hər küçəsi öz əfsanəsini, hər evi öz damdabacasını yaşadır. Klementinum kitabxanasının önündə dayanıb, onun tərifedilməz gözəllikdəki əsalətli binasına tamaşa edirəm. Kitabxana deyəndə ağlıma hər zaman ilk olaraq Borxes gəlir.

Praqada isə Borxes deyəndə “Sirli möcüzə” hekayəsi. Borxesin edama məhkum edilmiş qəhrəmanı Hladek romanını bitirmək üçün Allahdan bir il möhlət istəyir. Klementinumun yaşlı kitabxanaçısı ona Allahı harada tapa biləcəyini söyləyir. Bu ezoterik şəhər haqqında dahi mistifikator belə yazmışdı “Praqada hər şey heyrətvericidir və ya bəlkə də heç deyil. Orada hər an hər şey ola bilər”.

Birdən arxamdan gələn “Məzarlığa gedirik, siz də gəlin” dəvəti ilə səksənirəm. Gənc bir çex qızı məşhur Yozefof kvartalının tarixi qəbiristanlığına turist qrupu toplayır. İki saat vaxtım vardı və bu ürkütücü təklifi qəbul etdim…

Nekropol turizmi, yəni qəbiristanlıqları, toplu məzarları, toplu cinayətlərin olduğu yerləri görməyə olan maraq son dövrdə artmaqdadır. Luksordakı fironların dəfn edildikləri piramidalar, Pyer Laşez məzarlığı, Hollivuddakı kino ulduzlarının yatdıqları əbədi istirahətgahlar bu turizm trendinin əsas brendlərindəndir.

XX əsrə qədər Praqanın əhalisi əsasən yəhudi, alman və çexlərdən ibarət idi. Günümüzdə isə şəhər o bənzərsiz koloritini itirib, amma yəhudilərlə bağlı mədəni, tarixi abidələr, sinaqoq və ratuşalar hələ də Praqanın ən çox ziyarət edilən yerləridirlər. Bunların içində 100 min yəhudinin dəfn edildiyi Yozefof məzarlığının xüsusi yeri var.

Çox sayda yəhudi əsilli elm və sənət xadiminin yatdığı bu yer konspiroloji ədəbiyyatda “Sion müdriklərinin” toplantı keçirtdikləri məkan olaraq bilinir. Umberto Eko heyranları buranı onun “Praqa məzarlığı” romanından xatırlayacaqlar. Bələdçilik edən çex qızı isə XVI əsrdə yaşamış görkəmli yəhudi alimi və mütəfəkkiri Yequda Ben Betsalelin (15121609) buradakı məzarından, gördüyü işlərdən, haqqındakı əfsanələrdən və Qolemdən danışırdı…

Dini sionizmin banisi sayılan, eləcə də ədəbiyyat, fəlsəfə, riyaziyyat kimi sahələrdə dərin bilgiyə sahib Ben Betsalel Praqanın baş ravvini olub, haqqında müxtəlif rəvayətlər də dolaşmaqdadır. Bunlardan biri onun yapdığı Qolem heykəlidir. Müxtəlif əmrləri icra etmək, hətta yəhudiləri antisemit qırğınlarından qorumaq kimi işləri görmək üçün gildən düzəldilmiş bir frankenştayndır. Beyinsiz və şüursuz bu biçimsiz və heyvərə heykəl ədəbiyyata, sinematoqrafa dəfələrlə mövzu olmuşdur. Ən bilinən örnək alman ədəbiyyatında Qustav Maynrikineyni adlı romanıdır. Sosial satira janrındakı romanda Qolem kütlə ruhunun simvoludur, azadlığa susamış xalqı ehtirasa gətirən qüvvədir.

Borxes isə “Qolem” şeirində bu köntöy heykəli insanın uğursuz kopiyası kimi göstərərək, onun kədərini təsvir edir. Lakin, buyuruqqulu bu gil heykəl, zənnimcə, özünə ən çox psixologiyada yer tapıb, adına hətta elmi bir termin də var. “Qolem effekti”nə görə, əgər insan haqda nə qədər aşağı fikirdə olsan və bunu hər vəchlə nümayiş etdirsən, o insan özünü daha pis aparacaq, davranış və hərəkətləri daha pozğun hal alacaq. Başqa sözlə, söyüləsöyülə insan sırtılır.

Tanınmış rus yazıçısı Boris Akunin bir yazısında “Qolem effekti” nəticəsində rus xalqının uzun illərdir təhqir olunaoluna, ləyaqəti və şərəfi alçaldıla-alçaldıla mənəvi və əxlaqi yöndən deqradasiyaya uğradığını, bunda da Rusiya rəhbərliyini günahlandırır. Akunin Putini rusları “Qolem effekti”nə tabe edərək, keyfiyyətini aşağı salmaqda ittiham edir…

Bahar yağışı basdı anidən. Yağmur məzarlıq üzərindəki qara magiyaları, ezoterik buludları yuyaraq zərərsizləşməyə başladı. Turistlər əllərində gətirdikləri kiçik daşları yəhudi adətinə görə dilək tutub, Yequda Ben Betsalelin məzarının üzərinə düzməyə başladılar. Mənsə bunu eləmədim, oxumuşdum ki, Ben Betsalel diləkləri yerinə yetirir, amma əvəzində iki mislini alır. Bir də oxumuşdum ki, mutluluğu daha çox mutlu olanda yox, dalınca düşəndə hiss edirsən.

Qolemin Staranova sinaqoqunda dəfn edildiyi nağıl olunur. “Məzarlıq turistləri” ora tərəf istiqamət alanda mən Starıy Hrad tərəfə döndüm. Praqanı bəziləri Kafkaya görə sevir, mən Borxesə görə. Hladekin ayaq basdığı küçələrdən keçib Klementinumdan iki tin aralıdakı çex pabına – dostlarımın yanına qayıdıram. Pilsner, Budvar və Kruşevitsenin su kimi axdığı pabda bir qrup rus turist ukraynalı qızlara sataşırdı. Şkaf yekəliyində bir rus söyüş qarışıq şovinist şüarlar deyir, qızları təhdid və taciz edirdi. Bir göz qırpımında içəri girən iki gənc pivə şüşəsini onlardan birinin başında partlatdı. Asayiş bər-kəmal oldu.

Leninə, bolşevizmə və 1917-yə döşəməyin vaxtı gəlmişdi. Pabdakı müxtəlif millətlərin gözü önündə bunu elə məharətlə etdim ki, ilk badələri mənə qaldırdılar. Anşlyüs və ikrah oyandıran “Derjava” demaqojisindən uzaqlaşmaq üçün Qolemdən, sonra da onun tam tərsi olan Piqmaliondan açıldı söhbət. Gələn həftə Sizə Hindistandan, Racastan əyalətindəki mistik bir əfsanədən bəhs edəcəm. Çünki Borxessiz olmur…

nebioglu.i@gmail.com  

Önceki Yazılar :
 
Hava Vəziyyəti
29-03-17
 Bakı
+8C /+15 C 
 Gəncə
+4C /+16C 
 Naxçıvan
+5C /+17C 
 Şuşa
+9C /+20C 
Məzənnələr
 USD :  1.7220
 EUR :  1.8623
 GBP :  2.1371
 TRY :  0.4708
 EUR/USD :  1.0815
YAZARLAR
İbrahim NƏBİOĞLU
Məzarlığa gedirik, siz də gəlin
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Ermenistan’da Etnik Hoşgörüsüzlük ve Yezidilerin Durumu
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
"İslam Birliği" Konferansı Üzerine
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİEV
Azerbaijan-Turkey relationship passed the 2015 exam
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft