AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR İbrahim NƏBİOĞLU
12
14
16
18
05/04/2014 11:38
Twitter-mvitter, Facebook-meysbuk

İstanbul

Douglas Frantz Amerika Dövlət Katibinin müavinidir. Deyir “Tvitter-i qapatmaq kitab yandırmaq kimi şeydir”. Vaşinqtonun Türkiyədə olub-bitənlərə rəsmi münasibəti belə acı və sarsıdıcıdır. Türkiyənin bu gününü Orta əsrlərin qaranlıq çağları, inkvizisiya məhkəmələri, nasistlərin “tonqal bayramları” ilə müqayisə etmək olardımı? Müqayisə nədir, Türkiyəni internet yasaqlarına, tvitteri qapatmağına görə nasistlərlə bir cərgəyə qoydular…

1933-cü ildə Hitler Veymar respublikasının Reyxskansleri seçilir. Totalitar nasist diktaturasının yaradılması üçün nasionalsosialistlər “Qeyri-alman ruhuna qarşı” böyük kampaniyaya başlayırlar. Bu kampaniyanın kulminasiyası 10 may 1933-də Berlinin tarixi Opera meydanında qalanmış böyük tonqalda “antialman” müəlliflərin on minlərlə kitabının yandırılması olur. Bu müəlliflər içərisində Teodor Volf, Henrix Mann, Karl Kautski, Erix Maria Remark, K.fon Osetski, Karl Marks, Ziqmund Freyd və b. var idi. Freyd məşhur “Əvvəllər müəllifləri yandırırdılar, indi isə kitablarını. Əməllicə tərəqqi var” sözlərini də elə o “tonqal bayramı” üçün demişdi.

Aradan keçən 80 il ərzində bu “tərəqqi” daha da inkişaf etdi. Türkiyə nə kitab yandırdı, nə də ki onu yazanı. O, sadəcə olaraq, fikrin, bilginin, informasiyanın yayılmasının qarşısını aldı – tvitteri qapatdı. Hökumət rəhbəri tvitteri əngəlləməklə dövlətin gücünü ortaya qoyduğunu söyləsə də, bəsit bir proqram sayəsində 80 milyonluq Türkiyə başqa ölkələr üzərindən bu sosial şəbəkəyə asanlıqla girməyə nail oldu. Xalq hökumətin basqısını yendi, əsl gücün kimdə olduğunu göstərdi. İnterneti nəzarətə almaq və senzura tətbiq etməklə ifadə azadlığını qəsb etmək Türkiyəni Şimali Koreya və Venesuela ilə yanaşı qoydu. Orta və yaşlı nəslin təmsilçiləri bəlkə də alışmış olduqlarından çox da təəccüblənmədilər. Amma yeni nəsil, gənclik bu anti- demokratik icraatlardan heyrətə düşdülər. Necə də düşməsinlər, axı iqtidar onlara “Yeni Türkiyə” vəd etmiş, işıqlı gələcəyə aparacağını demişdi. Əvəzində isə qarşılarına qaranlıq çağlara və zülmətə aparan yollar çıxdı.

Hitlerin təbliğat naziri Yozef Gebbels o dəhşətverici gün xalqına belə müraciət etmişdi – “Bu tonqalın alovları, sadəcə, köhnə bir çağın sonunu aydınlatmaqla qalmayacaq, həm də yeni bir çağa işıq saçacaq”. 10 may gecəsi çəkilmiş arxiv kadrlarında on minlərlə kitabın yandırılma səhnəsi insanı dərindən sarsıdır. Bu gün Türkiyədəki son hadisələr isə düşünən insanları sarsıtmaqla bərabər qorxuya da salır. İlk kitab yandırma olayı miladdan əvvəl Çində imperator Şi Xuan tərəfindən həyata keçirilmişdi. Bu hadisənin üzərindən keçən 2000 il ərzində nə kitablar yandırıldı… Bütün yandırılan kitablar, hətta ispan inkvizisiyasının Quranı yandırması belə iqtidarlara qarşı olan hərəkatlara cavab tədbirləri idi. Zira kitablar azadlığı, azad fikri təmsil edirlər. Və kitab cahil kütlələri idarə etmək istəyən totalitar rejimlərin qorxduqları ən əsas təhdiddir. Kitab yandırmaqla interneti yasaqlamaq arasında isə fərq yoxdur. Çünki hər dövrün özünün avtoritar basqıları, qaranlıq və məkrli maraqları var. Zatən avtoritar rejimlər də elə xalqlarını qaranlığa və keçmişə aparır. Bu fikirləri düşünüb, yazıya nöqtəni qoymaq istəyirdim ki, Youtube-un da qapandığı xəbəri yayıldı. Növbədə facebook var…

İqtidar sahibləri senzura tətbiq edib, sosial şəbəkələri tək-tək bağlamaq yerinə, zənnimcə, elə birdəfəlik elektrikləri kəssin. Məsələni kökündən həll etmək üçün ən doğru yoldur.

Tvitteri-mvitteri kəsəcəm deyirdi Ərdoğan. Tvitter getdi işinə, qaldı mvitter. Onunla isə çox da uzağa getmək olmayacaq, hətta seçkilərdən birinci çıxsan belə…

 

nebioglu.i@gmail.com  

Önceki Yazılar :
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft