AZ TR RU EN
»Make my homepage »Add to favorites »Add to website »Archive
Mainpage Photo Gallery Vıdeo Gallery Contact
   
LAST MINUTE : Azerbaijan implements big projects for future in Karabakh, Italian professor says     Activity of OSCE MG on peaceful settlement of Azerbaijani-Armenian conflict proved to be fruitless     Turks in US capital remember Turkish diplomats killed by Armenian terror groups     US president distorted facts about 1915 events: Azerbaijan     Armenian Patriarchate in Istanbul holds ceremony on anniversary of 1915 events     Turks, Armenians have co-existed for centuries, says Turkish president     European Council chief, Azerbaijani president hold talks on situation in South Caucasus     Military solution to Azerbaijan’s Karabakh conflict resulted in Armenia’s catastrophic loss - Georgian expert     European Council chief, Armenian premier discuss South Caucasus peace efforts     If Armenia refuses to sign peace treaty, we will not recognize its territorial integrity      Shusha to host Victory Congress of World Azerbaijanis on April 22     Azerbaijani, Kyrgyz presidents hold one-on-one meeting     Armenia has yet to give locations for routes linking Azerbaijan, Nakhchivan: Aliyev     Azerbaijan Defense Minister expressed condolences to the Turkish side     Azerbaijan, Albania must work to increase trade turnover: Azerbaijani president     Russian FM discusses Karabakh with Armenian counterpart     Armenia accepts proposal to normalize ties: Azerbaijani president     Turkish, Azerbaijani leaders discuss recent Brussels meeting with Armenia     Azerbaijan, Armenia to start process for peace talks: EU’s Michel     President Ilham Aliyev receives co-chair of Israel-Azerbaijan Joint Intergovernmental Commission, Minister of Tourism of Israel Yoel Razvozov    
News World Latest News Economics Politics Diaspora Sport Culture
YAZARLAR İbrahim NƏBİOĞLU
12
14
16
18
22/06/2018 14:26
YARIMÇIQ VƏ NATAMAMIN GÖZƏLLİYİ

Ninnigi Dağlar Tanrısıdır, iki qızı varmış. Günəş Tanrısı bu qızlardan birini öz nəvəsinə almaq istəyir. Ninnigi düşünür ki, əgər adı Yüksək Qaya olan böyük qızını versə, onların nəsli qaya kimi möhkəm və uzunömürlü, Çiçəkləyən adlı kiçik qızını isə versə uşaqlarının ömrü çiçək kimi gözəl, amma qısa olacaq. Və Ninnigi kiçik qızını Günəş Tanrısının nəvəsilə evləndirir. Yapon İmperatorlarının nəsli də məhz bu izdivacdan başlayır.

Yaponlar hər bahar Sakura ağacının çiçəklərinin əsrarəngiz gözəlliyinin seyrinə çıxırlar. Çiçəklər tez töküldüyü üçün onlar gözəlliyin əbədi olmadığını, həyatınsa qısa və kövrəkliyi haqda dərin fikirlərə dalırlar. Gilənar ağacının meyvə verməyən bir növü olan Sakuranın saralıb solmadan tökülən çiçəkləri də elə həyatın fani və müvəqqətiliyinə işarə edir. Sakura çiçəkləri deyəndə yaponlar həm də samurayları düşünürlər – həyatı, onun gözəlliyini, sevincini yaşamadan ölümə gedən samurayları…

* * *

Bizim gənclik illərimizdə kitab oxumaq yaşamaqdan maraqlı idi. Qiraət bir kult idi, hamı oxuyurdu. Kitabları o qədər diqqətlə seçir və böyüklərin tövsiyyəsinə elə etibar edirdik ki, indi, illər keçəndən sonra da oxuduqlarımın çoxunu xatırlayıram. Ancaq onların içində bir kitab var ki, heç biri məni onun qədər əfsunlamamışdı. “Sakura Budağı” (В.В.Овчинников, Ветка сакуры. Рассказ о том, что за люди японцы, 1970) kitabının təsirilə az qalsın Moskvaya gedib “jurfaka” sənəd verəcəkdim. Böyüklərin bircə sözü ilə o sevdadan vaz keçmişdim.

Vsevolod Ovçinnikov (1926, Leninqrad) tanınmış jurnalist, yazıçı və publisistdir. Mənfur “Pravda” qəzetində çalışsa da onun iki kitabı – Yaponiya haqdakı “Sakura Budağı” və İngiltərə haqda yazdığı “Palıdın kökləri” mənim stolüstü kitablarım idilər. Ovçinnikov uzun illər “Pravda”nın Çin, Yaponiya və İngiltərə müxbiri işləyib, sovet jurnalistikasında ilk dəfə olaraq yeni janr – xarici ölkə insanlarının psixoloji portretini yaradıb. “Sakura Budağı” sovet publisistikasının şah əsəri sayılır, kitab SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Yaponlar “Sakura Budağı”nı öz dillərinə tərcümə ediblər, onu Yaponiya haqqında yazılmış ən gözəl əsər sayırlar. “Sakura Budağı” hər iki ölkədə də bestseller idi. Ovçinnikov qədər heç kim yapon ruhunu belə ustalıqla qələmə almayıb – bunu yaponlar deyirlər.

* * *

Bütün dinlərdə kütləvi olaraq yapılan kollektiv ayin və mərasimlərin məqsədi insanları hansısa bir inancın doqmalarına yaxınlaşdırmaq, insanın ruhuna müdaxilə və təsir etmək üçündür. Yaponiyada dinin yerini əsasən gözəllik kultu tutduğu üçün dini mərasimlərin yerini
müxtəlif adət və ənənələr tutur. Onların əsas vəzifəsi insanlarda mükəmməl bədii zövqün formalaşdırılması və inkişaf etdirilməsidir.

Gözəlliyi duymaq, qiymətləndirmək, ondan mənəvi qidalanma bacarığı anadangəlmə bir qabiliyyət deyil. Ona görə də yaponlar qədim zamanlardan bəri bədii zövqü formalaşdırmaq üçün müxtəlif metodlar düşünmüş və tətbiq etmişlər. Bu da ibtidai sinifdən formalaşdırılan estetik tərbiyədən başlayır. Məsələn, ikinci sinfin axırında 7 yaşlı bir çocuq 36 rəngi tanımalı və adını bilməlidir. Estetik tərbiyənin əsasını isə kiçik yaşdan başlayaraq balacaları gözəl xətlə yazmağa, yəni hüsnüxəttə öyrətmək təşkil edir. Zamanla hər bir yaponun xətti o qədər gözəlləşir ki, yazı olmaqdan çıxıb rəsm əsərinə çevrilir. Yaponlar insanın xarakterini onun xəttinin göstərdiyini deyirlər.

Siz heç tək gəzən yapon turisti, təkbaşına yemək yeyən, təkbaşına dağa dırmanan və Günəşin batmasını seyr edən yalqız bir yapon gördünüzmü? Onlar gözəlliyi, Sakura bağları kimi “əcəb seyrangahları” kütləvi şəkildə gəzir, sevir və bərabər ləzzət alıb, onları beyinlərinə həkk edirlər. Sonradan bütün bu həyəcan və gözəlliyi nəvə-nəticələrinə öyrədib, gələcək nəsillərə daşıyırlar. Onlar haylı-küylü deyillər, çoxdurlar, kollektivdirlər. Bu gün dünyada elə bir yer varmı ki, orada hokku, hayku, ikebana, netski, koryü, suşi və yüzlərcə başqa yapon mədəniyyəti incisinin adını duymamış olsun. Ovçinnikov kitabında bunların çoxu haqda yazıb, ancaq yaponların qədim bir sənət növündən yazmağı nədənsə unudub.

* * *

“Dünya hamını sındırır. Amma bəziləri qırıldıqları yerdən daha da bərkiyirlər” —
Ernest Heminqueyin sözləridir. Trumen Kapote isə “Uğursuzluq uğura ləzzət qatan ədviyyatdır” demişdi.

Uğursuzluq bəzən faydalı da olur. Çünki onu uğura döndərmək mümkündür. İnsan çocuqluqdan arzuladığı şeylərə çatmaq üçün xəyallar qurur, böyüyüncə hər şeyə nail olacağı haqda röyalar görür və buna inanır. Büluğ çağına çatanda yaxşı həyat yoldaşı tapacağını, ürəyincə işi olacağını, ətrafının onu sevib sayacağını, ailəsi və uşaqları ilə bəxtəvər yaşayacağını düşünür. Lakin, bu arzuların tamamı çox az insanda gerçəkləşir, şad-xürrəm yaşayacam deyən yerdə həyat reallıqlarla toqquşub param-parça olur. Bu parçalanmış hissələri necə birləşdirək, nə edək?

Bu durumda insanın köməyinə Kintsugi adlı yapon sənəti gəlir. Bu sənətin fəlsəfəsi problem, uğursuzluq və həyəcanı necə qarşılamağı, onlarla necə başa çıxmağı öyrədir. Kintsugi keramika əsərlərini restavrasiya sənətidir. Qırılmış qab-qacaq, vaza və amforanın hissələrini xüsusi yapışqanla birləşdirirlər yapon sənətkarlar. Ancaq çatlamış və qırılmış hissələri, yəni yapışdırılan yerləri cilalayıb gözdən itirmirlər, əksinə — yapışqana qızıl əlavə edib, birləşmə yerlərinin daha bariz görünməsinə nail olur, onu daha qiymətli edirlər. Bu yanaşma, bu baxış necə də “yaponcadır”, necə də onların kövrək və alicənab qəlbləri ilə həmahəngdir. Qırılmış bir saxsı qabı əvvəlki halından daha da qiymətli etmək, qırığı altunla yamamaq! Necə də ülvi bir duyğudur, necə də dərin və incə fəlsəfədir – Dəyərdən düşmüş bir əşyaya təkrar dəyər qatmaq!

Kintsugi daşıdığı müdrikliyi sadəcə keramikaya deyil, insan həyatına da tətbiq etməyə çalışır. Yaralı insana da bənzətmək olar Kintsugini – samuray vurulub, can çəkir, amma o, gücünü toplayıb ayağa qalxır. Bəs qırılan könülləri, parçalanan ürəkləri necə? Kintsugi dərman ola bilirmi?…

Kintsugi yaponların Vabi-sabi fəlsəfəsi ilə vəhdət içindədir – nöqsanı və kəsiri görərək gözəlliyi mükəmməl olmayanda, natamamda da görmək. Bir yapona Vabi-sabi haqda nə bildiyini soruşsanız, üzr istəyib, izahının çətin olduğunu deyəcək. Mən bu sözü “Utancaq sadəlik” kimi yazdım və onu “mükəmməl olmayan bir şeyin gözəlliyi”, “müvəqqəti və natamam olanın cazibəsi” kimi anladım.

Qohumlarımın, dostlarımın içində xeyli qıyıq gözlü var. Ulu Babalarımın yatdığı torpaqlarda günü bu gün də belə insanlara çox rastlanır. Zalım uşağı, elə bil hamısı durub oralardan – “Günəşin Çıxdığı Torpaqdan” gəliblər buralara. Hərdən də dostumu “Yapon” deyə çağırıram, incimir, əksinə xoşuna gəlir, elə qımışır ki, qıyıq gözləri daha da qıyılır. Niyə də xoşuna gəlməsin — Kim istəməz ki, yapona bənzəsin? Bəzən isə deyirəm, görən biz də yaponlar kimi indiyədək qırdıqlarımızı birləşdirə bilərikmi? Yəqin ki, bu xeyli müşkül məsələdir, bunun üçün yapon olmaq lazımdır ən azı.

Babalarımız o böyük coğrafiyalardan köç edərkən niyə özlərilə oralardan az şey gətiriblər? Yoxsa yolda itirə-itirə, qıra-qıra gəlib çıxıblar buralara. Biz itirdiklərimizi toplaya bilmir, geri alammırıqsa, qırdıqlarımızı birləşdirə bilmiriksə gəlin heç olmasa indən belə verməyək, itirməyək, parçalamayaq, qırmayaq…

Elə bilirsiz yapon olmaq asandır?…

* * *

Onlar dindar deyillər. Evlərində dini atributlar yerinə gözəllik mehrabları var. Mehrabda güldan, güldanda çiçək, divarında isə kalliqrafiq xəttlə yazılmış şeir parçası asılır adətən.

Onlar dindar deyillər. Dini ayinlərin yerinə adət və ənənələr yaradıblar. Bu adətlər sayəsində zövqlərini inkişaf etdirir, gözəllikləri daha yaxşı duyub, görürlər.

Onlar dindar deyillər. Dini mükəlləfiyyətlər yerinə kütləvi şəkildə təbiətin seyrinə çıxır, üç-dörd misralıq qısa şeirlərə bir kitaba sığmayan duyğu yükləyirlər.

Milli psixologiyalarının əsasını Gözəllik təşkil edir. Belə olanda Həyat da fərqli olur, ona baxış da…

Önceki Yazılar :
 
Weather Forecast
Rates
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
AUTHORS
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
Most popular articles This week | This month
Statistics
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az     www.turaltrade.com

Asersoft