AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Dövlət bayrağının şaquli asılma qaydası dəyişdirilib  •   Təbrizin bələdiyyə başqanı İnstaqram səhifəsində etiraz komentlərinə qadağa qoydu  •   Hikmət Hacıyev: Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib  •   Ukrayna yazıçısı Bakıdan yazdı...  •   İranda türklər futbolda ayrı-seçkiliyə etiraz edir  •   Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib  •   Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib  •   Özəl bağçaların əksəriyyəti məmurlarındır  •   Güneydə türk fəalların şəhərlərarası səyahətinə əngəl törədilir  •   Maroş Şefçoviç: TANAP-ın açılışı göstərir ki, biz niyyətləri reallığa çeviririk  •   Azərbaycanlı fəaldan Urmu gölünün qurudulmasına etiraz – VİDEO  •   190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb  •   Con Toşak Traktorsazinin yeni baş məşqçisi oldu  •   Paytaxtın mərkəzində 2 göyrüş ağacının kəsilməsi faktı aşkarlandı  •   Şəhər Şurası: ‘Ana’ adı qanuna uyğun deyil, məkan adları farsca olmalıdır  •   Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir  •   Bu gün “Cənub Qaz Dəhlizi”nin açılışı keçirilir   •   Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq  •   Traktorsazi klubu satılıb  •   Cümhuriyyət parlamentinin sonuncu iclasından REPORTAJ: Zalda ağlayan və ürəkləri parçalanan deputatlar…  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İlham Əliyev: Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır
10/04/2016 Yazdır

"Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun:

"Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son tarixin nümunələri bunu göstərir".

İlham Əliyev vurğulayıb ki, 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir:

"Hər iki tərəf görüşü müsbət qiymətləndirmişdir. Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın.

Ondan sonra demək olar ki, bir ildən çox müddət ərzində danışıqlar, ümumiyyətlə, aparılmırdı. Minsk qrupunun xahişi ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan prezidentləri görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Vasitəçilər çalışırlar ki, məsələ öz həllini tapsın.

Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər, bəyanatlar verirlər. O cümlədən status-kvo haqqında çox dəyərli bəyanatlar verilir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur.

Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.

Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik.

Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər.

O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir"./trend/


+ Benzer Haberler
» Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib
» MSK İlham Əliyevin namizədliyini təsdiqlədi
» Prezidentliyə namizədlərin sənədləri fevralın 27-dən MSK-ya təqdim ediləcək
» Mikayıl Cabbarov vergilər naziri təyin edilib
» Ərdoğan-Putin görüşü: Həll olunmayan məsələlər...
» Müxalifətdən hakimiyyətə işləyənlər... - YAP-çı deputatdan AÇIQLAMA
» Tehranda Azərbaycan və İran prezidentlərinin görüşü olub
» Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
» Oqtay Əsədov: Azərbaycana qarşı ikili standartlar bizi yorub
» 3 məntəqədə referendum etibarsız sayıldı
» Bu gün AŞPA-da Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq
» Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı azərbaycanlı idi - Foto
» Azərbaycan və ABŞ arasında imzalanmış "Açıq səma sazişi" qüvvəyə minib
» Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyunun 20-də keçiriləcəyini açıqlayıb
» Hikmət Hacıyev: “Ermənistan rəhbərliyi yenə də destruktiv siyasət yürütməklə məşğuldur”
» İlham Əliyev və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub
» XİN: Azərbaycan Sergey Lavrovun açıqlamasını təqdir edir
» Milli Məclisə təkrar seçkilərdə 6 nəfər iştirak etmək istəyir
» Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrdə ABŞ-ın təmkinliliyinin ciddi nəticələri ola bilər
» Həmsədrlər Bakıda görüşlərə başlayıblar


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (24)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9658
 GBP :  2.2363
 TRY :  0.3578
 EUR/USD :  1.1564
YAZARLAR
İbrahim NƏBİOĞLU
YARIMÇIQ VƏ NATAMAMIN GÖZƏLLİYİ
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft