AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Rəsulzadənin ev muzeyi açılmalıdır: “AXC-100”-lə bağlı TƏKLİF  •   Türkiyə prezidenti İrana gedir  •   Prezidentlərin övladları Bakıya gələcək  •   Azərbaycanda nikaha daxil olmaq istəyən 225 nəfərdə təhlükəli virus aşkar edilib  •   Nadir Qazipur: Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib  •   Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü  •   Türkiyədə dəhşətli qəza: Azərbaycanlılar öldü – Video  •   Mandatı ləğv edilmiş deputatlar: Onların deputat kreslosunu itirmələrinin səbəbləri - SİYAHI   •   Yaşar Əsədi: İranda milli fəalların sürgün edilməsi psixoloji təzyiq vasitəsidir  •   Azərbaycanda boşanan ailələrin 50 faizi uşaqsızdır  •   İran Nazirlər Kabinetinə Namizədlər Siyahısında Heç Bir Türk Yer Almadı  •   Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər almırıq”  •   Bakıda 17 uşağı gün vurub, 41 nəfər xəstəxanaya yerləşdirilib  •   İran rejiminin erməni sevgisi: Ermənilər Çaldıranda mərasimə başlayıb  •   Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari qəza: 4 nəfər xəsarət alıb   •   Rusiya-Ermənistan birgə qoşun qüvvələrinin yaradılması haqqında saziş: Qarabağla bağlı öhdəlik   •   Türk Şurasının baş katibi qızıl medalla təltif olunub - Foto  •   Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub  •   Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.  •   Güney Azərbaycanda Milli Qiyamın 11-ci ildönümüdür - VİDEO  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İlham Əliyev: Status-kvo qəbuledilməzdir - Digər həmsədrlər kimi, Fransa da bu barədə dəfələrlə bəyanatlar verib
15/03/2017 Yazdır

Martın 14-də Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

Prezident İlham Əliyev şam yeməyində çıxışında qeyd edib: "Hörmətli cənab Prezident. Xanımlar və cənablar. Cənab Prezident, ilk növbədə məni Fransaya rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərimiz artıq ənənəyə çevrilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam.

Siz, cənab Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz. Qarşılılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Aramızda çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə təsadüf etməsindən olduqca məmnunam".

Dövlətimizin başçısı bildirib ki, Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır.

Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir: "Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Humanitar sahədə də əməkdaşlığımız çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır".

Prezident qeyd edib ki, Fransa ilə Azərbaycanın regionları arasında da əməkdaşlıq inkişaf edir: "Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında müvafiq sənədlər imzalanmışdır.

Hörmətli cənab Prezident, dəvətə və göstərdiyiniz yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram".


+ Benzer Haberler
» Rəsulzadənin ev muzeyi açılmalıdır: “AXC-100”-lə bağlı TƏKLİF
» Türkiyə prezidenti İrana gedir
» Azərbaycanda nikaha daxil olmaq istəyən 225 nəfərdə təhlükəli virus aşkar edilib
» Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü
» Türkiyədə dəhşətli qəza: Azərbaycanlılar öldü – Video
» Mandatı ləğv edilmiş deputatlar: Onların deputat kreslosunu itirmələrinin səbəbləri - SİYAHI
» Azərbaycanda boşanan ailələrin 50 faizi uşaqsızdır
» İran Nazirlər Kabinetinə Namizədlər Siyahısında Heç Bir Türk Yer Almadı
» Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər almırıq”
» Bakıda 17 uşağı gün vurub, 41 nəfər xəstəxanaya yerləşdirilib
» Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari qəza: 4 nəfər xəsarət alıb
» Rusiya-Ermənistan birgə qoşun qüvvələrinin yaradılması haqqında saziş: Qarabağla bağlı öhdəlik
» Türk Şurasının baş katibi qızıl medalla təltif olunub - Foto
» Bu gündən yollarda sarı xətt qadağası ləğv olunur
» Azərbaycanda şəhid məzarları digərlərindən SEÇİLƏCƏK
» Sulduz və Urmiyədə keçiriləcək Şura Seçkiləri ilə bağlı ikinci dəfə müraciət ünvanlanıb
» DTX MTN agentləri ilə bağlı araşdırmaya başladı
» Moskvada vəfat edən azərbaycanlı yazıçı Bakıya gətirilməyəcək
» Ərinə xəyanətdə günahlandırılan qadın 2 il mürdəşirxanada işləməyə məhkum edilib
» Ötən rüb baş verən 400-dən çox yol qəzasında 162 nəfər ölüb Böyüt


 
Hava Vəziyyəti
19-08-17
 Bakı
+22C /+31C  
 Gəncə
+22C /+33C  
 Naxçıvan
+21C /+30C 
 Şuşa
+24C /+32C 
Məzənnələr
 USD :  1.7008
 EUR :  1.9963
 GBP :  2.1926
 TRY :  0.4822
 EUR/USD :  1.1737
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Ermenistan’da Etnik Hoşgörüsüzlük ve Yezidilerin Durumu
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
"İslam Birliği" Konferansı Üzerine
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİEV
Azerbaijan-Turkey relationship passed the 2015 exam
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft