AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İlin sonuna qədər 20-yə qədər bank bağlana bilər
25/08/2015 Yazdır

Azərbaycanda banklarla bağlı yaranan ajiotaj insanlar arasında çaşqınlığa səbəb olub. Kredit götürmək, əmanətlərini bankalara yatırmaq istəyənlər çıxılmaz vəziyyətdə qalıb. Bir çoxları bankların çoxunun bağlanacağını, onların sayının ən azı ona qədər azalacağını iddia edir. İqtisadçı Natiq Cəfərli isə bunu real hesab etmir.

O, Modern.az saytına açıqlamasında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əksəriyyətinin bağlanacağını istisna etməyib: “Bunu vəziyyət diktə edir. Bütün bankların həm geri dönüşlü, həm də xaricdən cəlb etdikləri valyutanın geri qaytarılması ilə bağlı problemləri var.

Görünən odur ki, risk menecmenti çox aşağı səviyyədə olub. Ona görə də geri dönüşü problemli olan kreditlərin həcmi getdikcə artmaqdadır.

Hazırda Azərbaycanda 42 bank bu və ya digər şəkildə fəaliyyətini davam etdirir. Bu bankların sayının birdən-birə 6-7-yə enməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi fəsadlar törədə bilər. Ən azı, ilin sonuna qədər 15-20 bankın bağlanma, yaxud kiçik bankların böyük banklar tərəfindən “udulması” ehtimalı yüksəkdir. Buradan çıxış edərək ilin sonuna qədər 20-25 bankın qala biləcəyini demək olar.

Nəzərə alaq ki, proses gələn il də davam edəcək. Lakin bu ilin sonuna qədər fundamental dəyişikliyin ola biləcəyi ehtimalı aşağıdır. Ən azından, iqtisadiyyat bunu qaldıra bilməz”.

Ekspert “Azərbaycanda bank sektorunun normal fəaliyyəti üçün neçə bank kifayətdir” sualına cavab olaraq deyib ki, normal bazar iqtisadiyyatı işləyən ölkələrdə bankların sayını bazar özü tənzimləyir:

“Bankların az, yaxud çox olmasının ölkənin kiçikliyi, əhalinin sayı ilə birbaşa əlaqəsi yoxdur. Məsələn, Lüksemburq kimi kiçik ölkə dünyada bank ölkəsi kimi tanınır. Bu ölkədə onlarla bank fəaliyyət göstərir. Çünki ölkədə bank sektoru üçün çox aşağı vergilər müəyyənləşib. Bu isə dövlətin apardığı siyasətdən və rəqabətli mühitin formalaşmasından asılıdır. Beynəlxalq praktikanı götürsək, xarici banklar yerli banklarla rəqabətli mühit şəraitində fəaliyyətə başlayır. Beləcə, neçə bankın ayaqda qalmasını bazar özü müəyyən edir.

Təəssüf ki, Azərbaycanda xarici bankların çıxışına birbaşa icazə verilmir. Bu isə rəqabətsiz mühitə gətirib çıxarır. Ona görə də bank sektorunun normal fəaliyyəti üçün neçə bankın gərəkli olması barədə dəqiq say demək doğru deyil. Bunu bazar özü müəyyən etməlidir. O bazar isə bizdə yoxdur”.

Natiq Cəfərli öz əmanətlərini banklara yatırmaq istəyən vətəndaşları bir neçə məsələdə diqqətli olmağa çağırıb

“İstənilən məqamda əhali öz əmanətlərini bankalara yatırmazdan əvvəl bank seçiminə diqqət etməlidir. Müqavilə imzalamadan əvvəl şərtlər ciddi öyrənilməlidir. Sığorta haqqında ayrıca müqavilənin olmasına, depozitin sığorta haqqında qanunun şərtlərinə uyğun tərtib edilməsinə fikir verilməlidir. Vətəndaş depozitlərini mütləq sığortalamalıdır.

Ən əsası oynayan məzənnədə az zərərlə çıxmaq üçün öz depozitlərini xarici valyutada yerləşdirmələri məsləhət olunur. Düşünürəm ki, indiki şəraitdə ajiotaja ehtiyac yoxdur. Əhalinin öz depozitlərini geri çəkməsi üçün böyük hadisələr baş verməyib”.  

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft