AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var
28/11/2018 Yazdır

Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan müəllimlərinin XV qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır: "Təhsil Nazirliyinin apardığı islahatlar neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Təhsil sahəsi üzrə qarşıda dayanan vəzifələr çoxdur. Bu sahədə daha ciddi addımların atılmasına ehtiyac var".

Ə.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır: "Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq".

Baş nazirin müavini hesab edir ki, Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir: "Zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur. İnsanı valideynləri ilə yanaşı, həyata hazırlayan ikinci şəxs müəllimdir. Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında xüsusi rol oynayırlar.

Azərbaycan müəllimləri bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Azərbaycanda təhsilin inkişafı əsas prioritetlərdəndir, bu sahədə inkişafa nail olmaq üçün əzəmətli işlər görülüb. Dövlətin təhsilə göstərdiyi diqqət yalnız statistik göstəricilərdə öz əksini tapmır. Bu gün müəllimlərin həyat səviyyəsinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir".

Ə.Əhmədov bildirib ki, dövlətin siyasəti və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymət verilməsi başlıca xətt təşkil edir. Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb: "Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabətqabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabətdə təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran dövlətlər qalib çıxacaq. Təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabətqabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir. Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir".

O vurğulayıb ki, yüksək təhsilə, biliklərə malik insanlar lazımi təhsil səviyyəsi olmayan işçilərdən 3 dəfə çox əməkhaqqı alırlar: "Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir".

Baş nazirin müavini deyib ki, məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir:

"Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsi vacibdir. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci tərəfdən də təhsilə qoyulan vəsaitin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik".

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft